Qlobal istiləşmə

 
Azərbaycan Respublikası Təhsil Nazirliyi

 

Məktəb:Akademik Zərifə Əliyeva adına

 

Mövzu: Qlobal İstiləşmə


Hazırladı:Məmmədzadə

Orxan və Əhmədova Sevinc

 

Sinif:9a2

 

Fənn:informatika

 

Müəllim:Həsənova Nazlı

 

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu (AESMF) hər ay olduğu kimi, oktyabr ayında da, maarifləndirmə yönümündə fəaliyyətini davam etdirir.

Maarifləndirmə məqsədi ilə AESMF oktyabr ayında Bakı şəhərinin 3 orta məktəbində “Qlobal İstiləşmə və İqlim Dəyişikliyi” mövzusunda təlimlərin keçirilməsini planlaşdırıb.

İlk olaraq AESMF oktyabr ayının 15-də Bakı şəhərinin 204 saylı orta məktəbinin şagirdlər üçün təlim keçdi. Təlimi interaktiv üsullardan istifadə edərək fondun ekoloqu Sadiq Rzayev keçdi, və ona bu işdə 204 saylı məktəbin Biologiya müəlliməsi Almaz Həsrət də öz təcrübəsinə əsaslanaraq yardımçı oldu.

Təlimdə 20 şagird iştirak edirdi. Təlimin keçirilməsində məktəbin Biologiya müəlliməsi Almaz Həsrət də öz təcrübəsinə əsaslanaraq Fondumuza köməyini əsirgəməyib.

Məktəb şagirdlərinin biologiya, ətraf mühit haqda bilikləri çox yüksək səviyyədə idi, bu səbəbdən təlim çox maraqlı keçdi.

Cəmiyyət

İqlim dəyişikliyi Qlobal İqtisadi Depressiya yarada bilər

[S1] 

Dünya iqlim dəyişikliyi və iqtisadi artım arasında seçim etməlidir

31.10.2006

Arifə Kazımova

İqlim dəyişikliyi nəzarətsiz qalsa, qlobal istiləşmənin qarşısı alınmasa, 1930-cu illərin Böyük Depressiyasına bənzər iqtisadi fəlakət yarana bilər. Dünya iqtisadiyyatına 3.68 trilyon funt sterlinqdən çox ziyan dəyə bilər. Oktyabrın 30-da yayılmış İqlim Dəyişikliyinin İqtisadiyyatı adlı «Stern» İcmalında belə deyilir.

 

İcmalı Birləşmiş Krallığın Maliyyə Nazirliyinin tanınmış iqtisadçısı Nikolas Stern hazırlayıb. Məqsəd iqlim dəyişikliyinin iqtisadi fəsadlarını dərindən araşdırmaq və bu fəsadların qarşısını almaq üçün çıxış yolları təklif etməkdir.

 

Hesabatda deyilənlər Kyoto Protokolunun əleyhinə olanların, məsələn, ABŞ prezidenti Corc Buşun arqumentlərinə ziddir

Hesabata görə, əgər iyirmi ilə bir iş görülməsə, orta qlobal temperatur 5 dərəcə arta bilər. Nikolas Stern deyir ki, iqlimdə belə bir dəyişiklik heç vaxt qeydə alınmayıb və bu sonuncu Buz Dövrüylə müqayisə oluna bilər: «Sonuncu Buz Dövründə temperatur indikindən beş dərəcə az idi. Belə fərqlər dəyişdirilə bilir. Fiziki coğrafiyanı yenidən çəkmək insan coğrafiyasını dəyişmək deməkdir».

 

Ser Nikolas Sternin 700 səhifəlik hesabatının rəsmi təqdimatında baş nazir Toni Bler də iştirak edib: «Temperaturun 2-3 dərəcə artması o deməkdir ki, buzlaqlar əriyəcək və bir milyarddan çox adamın su ehtiyatı azalacaq, dənizlərin səviyyəsinin qalxması 200 milyon adamı evsiz-eşiksiz qoyacaq. Məhsulun azalması xüsusilə Afrikaya aclıq və ölüm gətirəcək. Malyariya kimi xəstəliklər yayılacaq, 40-adək heyvan və bitki növünün kökü kəsilə bilər».

 

Nikolas Stern təklif edir ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün dərhal qlobal Ümumi Daxili Məhsuoun 1 faizi-təxminən 184 milyard funt sterlinq vəsait ayrılmalıdır. Əgər bu pul indi ayrılmasa, sonda məbləğ 20 dəfə çox ola bilər.

 

Hesabatın əhəmiyyətinə gəldikdə isə, bu xəbərdarlığı ekoloq deyil, tanınmış iqtisadçı  edir. Üstəlik hesabatda deyilənlər Kyoto Protokolunun əleyhinə olanların, məsələn, ABŞ prezidenti Corc Buşun arqumentlərinə ziddir. Sonuncunun fikrincə, dünya iqlim dəyişikliyi və iqtisadi artım arasında seçim etməlidir.

           

 

 

2050-ci ildə 2 milyard insan suzuz qalacaq

2050-ci ildə dünyada 2 milyard insan sudan məhrum olacaq, 30 il sonra da 3 milyard insan istifadə olunan su qaynaqlarını itirəcək. İsveçin paytaxtı Stockholmda "Dünya Su Həftəsi Forumu"nda təqdim edilən, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan "İqlim dəyişiklikləri və su" mövzulu hesabatına görə, dünyadakı iqlim dəyişiklikləri su qaynaqlarına da təsir edir. Hesabata görə, 2050-ci ildə dünyada iki milyard insan sudan məhrum oalacaq, 30 il sonra da 3 milyard insan istifadə edə biləcəyi su ehtiyyatlarını itirəcək.
[ ətraflı ]


Qlobal İstiləşmənin Səbəbləri.
İnsanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına Qlobal İstilik deyilir. Daha ətraflı açıqlamaq lazım olsa dünyanın səthi günəş şüaları tərəfindən isidilir. Dünya bu şüaları təkrar atmosferə əks etdirir amma bəzi şüalar su buxarı, karbondioksid və əmtəən qazının dünyanın üzərində meydana gətirdiyi təbii bir örtü tərəfindən tutulur.


Qlobal istiləşmə nədir?
Bu da yer üzünün kifayət qədər isti qalmasını təmin edir. Amma son vaxtlar qalıq yanacaqların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və cəmiyyətlərdəki istehlak meylinin artması kimi səbəblərdən atmosferdə karbondioksid, əmtəən və diazot monoksit qazların yığılmasını arıtır. Alimlərə görə bu artım qlobal istiləşməyə səbəb olur. 1860-dən günümüzə qədər tutulan qeydlər, ortalama qlobal istiliyin 0.5 ilə 0.8 dərəcə arasında artdığını göstərir. Alimlər son 50 ildəki istilik artımının insan həyatına gözə çarpacaq dərəcədə təsir etdiyinin fikirindədirlər.
[ ətraflı ]


Təbii Səbəblər: günəşin təsiri, dünyanın presizyon hərəkəti.

[ ətraflı ]

Süni səbəblər: qalıq yanacaqlar, istixana qazlarının meydana gəlməsi, istixana təsirinin əhəmiyyəti, istixana qazları: karbondioksid (CO2), istixana qazları: metan(CH4), istixana qazları: azotoksit və su buxarı,

[ ətraflı ]

 

 

Quraqlaşma Dövrü

 

 

“İqlim Dəyişikliyi və İnkişaf” QHT[1] Alyansında 13 təşkilat təmsil olunur

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “İqlim dəyişikliyinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə olunması” layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirib. Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ombudsman aparatının, Milli Məclisin, Oxfam Humanitar Təşkilatının, ATƏT-in, yerli QHT-lərin mütəxəssislərinin qatıldığı tədbirdə “İqlim Dəyişikliyi və İnkişaf” QHT Alyansının təsis edildiyi elan olunub.

İTM-in ictimaiyyətlə əlaqələr departamentindən Lent.az-a bildiriblər ki, tədbirdə layihənin koordinatoru Aytəkin Əsgərova görülən işlər, aparılan tədqiqat haqqında məlumat verib. Daha sonra ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və Ətraf Mühit Departamentinin rəhbəri Yan Olson Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti proqramından (CASE) danışıb.

Layihənin eksperti Qubad İbadoğlu isə tədqiqatın yekunlarına dair təqdimatında deyib ki, iqlim dəyişikliklərinin yaratdığı qlobal təhlükələrin miqyası ildən-ilə genişlənir, bu istiqamətdə mövcud risklərin idarə olunması getdikcə çətinləşir. Belə ki, qlobal istiləşmə nəticəsində 1998, 2002, 2003, 2006 və 2007-ci illərdə əvvəlki illərlə müqayisədə daha yüksək hərarət qeydə alınmış, 2008-ci ildə isə temperaturun aşağı düşməsi müşahidə olunub. Onun sözlərinə görə, son 2 ildə (2009-2010-cu illər) yenidən istiləşmə tendensiyası geri qayıtmış və bu fasiləsiz prosesin yaratdığı təhlükələr son illər ərzində daha çox fəsadlara (daşqınlar, yanğınlar, quraqlıq və s.) yol açıb.

Ekspert Dünya Bankının apardığı tədqiqata əsaslanaraq deyib ki, Azərbaycan 28 ölkə arasında iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan 11-ci ölkədir. Bu sırada Rusiya 1-ci yerdə, Türkiyə 3-cü yerdə, Gürcüstan 7-ci yerdə, Ermənistan isə 4-cü yerdədir. Dəyişikliklərə qarşı həssaslığa görə Azərbaycan 8-ci, Ermənistan 20-ci, Gürcüstan 22-ci, Türkiyə 10-cu, Rusiya isə 25-ci, dəyişikliklərə adaptasiya imkanlarına görə isə Azərbaycan 24-cü, Ermənistan 5-ci, Gürcüstan 6-cı, Türkiyə 14-cü, Rusiya isə 16-cı yerdədir. İqlim dəyişiklərindən müdafiə olunma indeksinə gəlincə, Azərbaycan bu baxımdan 28 ölkənin sıralamasında 7-ci ölkədir. Ermənistan 4-cü, Gürcüstan 5-ci, Türkiyə 9-cu, Rusiya isə 10-cu yerdə qərarlaşıb.


Qubad İbadoğlu deyib ki, bu il iqlim dəyişikliklərinin təsiri ilə kənd təsərrüfatı istehsalında azalmalar baş verib. Belə ki, 2010-cu ilin noyabr ayında ötən ilin noyabr ayı ilə müqayisədə ərzaq məhsullarının inflyasiyası 16,15 faiz təşkil edib. İqlim dəyişikliyinin təsirində məhsuldarlıq aşağı düşüb. Bütün bunları nəzərə alan İTM tədqiqat qrupu hidrometeoroloji, iqtisadi, su və torpaq resurslarından səmərəli istifadə sahəsində müvafiq tədbirlərin görülməsini tövsiyə edir.

Tədbirin sonunda yeni təsis olunan “İqlim Dəyişikliyi və İnkişaf” QHT Alyansında birləşən 11 təşkilat tərəfindən birgə fəaliyyət haqqında Memorandum imzalanıb. Daha 3 təşkilat Gəncədə yerləşdiyi üçün tədbirdə iştirak edə bilməyib və məktubla Memoranduma qoşulduqlarını qeyd ediblər.

 




 

 

 

 

MƏNBƏLƏR:

WWW.BIG.AZ

WWW.TAC.AZ

WWW.LENT.AZ

 

Diqqətinizə görə təşəkkür edirik!!!




Comments