Qlobal istiləşmə

Qlobal istiləşmə nədir ?

İnsanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına Qlobal İstilik  deyilir. Daha ətraflı açıqlamaq lazım olsa dünyanın səthi günəş şüaları tərəfindən isidilir.

Dünya bu şüaları təkrar atmosferə əks etdirir amma bəzi şüalar su buxarı, karbondioksid və əmtəən qazının dünyanın üzərində meydana gətirdiyi təbiibir örtü tərəfindən tutulur. Bu da yer üzünün kifayət qədər isti qalmasını təmin edir.

Amma son vaxtlar qalıq yanacaqların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və cəmiyyətlərdəki istehlak meylinin artması kimi səbəblərdən atmosferdə karbondioksid, əmtəən və diazot monoksit qazların yığılmasını arıtır.

Alimlərə görə bu artım qlobal istiləşməyə səbəb olur. 1860-dən günümüzə qədər tutulan qeydlər, ortalama qlobal istiliyin 0.5 ilə 0.8 dərəcə arasında artdığını göstərir.


Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir.

Qütblərdəki buzlaqlar əriyir, dəniz suyu səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkinləri artır. Məsələn 1960-cı illərin sonlarından bu yana Şimali Yarımkürədə qar örtüyündə yüzdə 10 azalma olub. 20-inçi əsr boyunca dəniz səviyyələrində də 10-25 sm arasında bir artım olduğu müəyyən olunub.

  • Qlobal istiləşməyə bağlı olaraq dünyanın bəzi bölgələrində qasırğalar, sellər və daşqınların şiddəti və sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı, şiddətli quraqlıqlar və səhralaşmalar baş verir.






Süni səbəblər

 

Qalıq yanacaqlar

  • Kömür, neft və təbii qaz dünyanın bu günki enerji ehtiyacının cox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾'ünün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir. 

  • İstixana Qazlarının Meydana gəlməsi:
    Günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur.
    Bir qisimi litosferden, bir qisimi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutularaq dünyanı istitməkdə olan səth və troposfer normadan isti olur. Bu hadisə, günəş şüalarıyla istilənən amma içindəki istiliyi çölə buraxmayan istixanaları xatırladır; bu səbəblə də bunu təbii istixana təsiri olaraq adlandırılar.

 

  • Istixana Təsirinin Əhəmiyyəti:
    İstixana təsiri təbii olaraq meydana gələn və iqlim üzərində əhəmiyyətli rol oynayandır. Sənaye inqilabı ilə birlikdə, xüsusilə 2-ci dünya döyüşündən sonra, insan fəaliyyəti istixana qazlarının miqdarını hər keçən il artıraraq yüksək nisbətlərə çatdırmışdır.
    Bu təsirin yoxluğunda dünyanın ortalama istiliyinin -18ºC olacağı ifadə edilir. Ancaq həyati təsiri olan istixana qazlarının miqdarının normalın üzərinə çıxması və bu artımın sürməsi də dünyanın iqlim tarazlıqlarının pozulmasına səbəb olmasıdır.
    Bu təbii təsiri artıran karbondioksid, metan, su buxarı, azotoksit və kloroflorokarbonlar istixana qazları olaraq adlandırmışdırlar. Ozon təbəqəsinin incəlməsi də başqa bir faktordur.

Azərbaycandakı problemlər

  • Azərbaycanı qlobal istiləşmənin hansı fəsadları gözləyə bilər?

Qlobal istiləşmə ilə bağlı ən birinci təhlükə sellər, çay daşqınları təhlükələridir. Qlobal və regional miqyaslı buzlaqların əriməsi bol sulu çayların daşaraq əkin sahələrinin və yaşayış yerlərinin sıradan çıxmasına səbəb olursa, kiçik sulu çayların və bulaqların qurumasına səbəb olur. Qlobal istiləşmə kimi buxarlanmanın artmasına səbəb olur. Onun nəticəsində qrunt sularının səviyyəsi aşağı düşür. Bunun nəticəsində isə bitki örtüyü və meşə sahələri məhv olur. Meşələrin məhv olması isə yağıntıların tutularaq il boyu çay və bulaqları təmin etmək funksiyasını itirməsinə gətirir. Yağan yağıntı münbit torpaqları yuyur, daşqınlar yaradır. İllik su norması bir-iki ay içərisində sərf olur, sonra quraqlıq yaranır.

Qlobal istiləşmə günəş radiasiyasının artmasına, ultrabənövşəyi aqressiv şüaların insana mənfi təsirinə, mutasiyalara, dəri xərçənginə səbəb ola bilir. Qlobal istiləşmə torpağın eroziyası  münbit humus qatının itirilməsi prosesini də sürətləndirir. Qlobal istiləşmə nəticəsində 30-40 ildən sonra Azərbaycanın əkinəyararlı torpaqlarının səhralaşmasına səbəb ola bilər.

 

Qlobal istiləşmə buzlaqların əriməsinə, daşqınlara, əkin sahələrinin subasmasına səbəb olur. Çayların su rejimi pozulur.

Qlobal istiləşmə qida sektoruna bilavasitə və dolayı yollarla təsir edir. Yerdəki bütün canlılara, yazın gəlişini-oyanışı xəbər verən əsas siqnallardan biri temperaturun artmasıdır. Qlobal istiləşmə zamanı temperatur mövsümü qabaqladığından bitkilər erkən çiçək açaraq vegetasiyaya başlayır. Kəskin gecə-gündüz temperatur qradiyenti, qar, dolu, çiçəkləri və son nəticədə məhsulu məhv edir. Dolayı təsiri isə torpaqların səhralaşması ilə bağlıdır. Torpağın məhsulu su balansı ilə bağlıdır. O, isə düşən yağıntı ilə buxarlanma arasındakı fərq ilə ölçülür. Temperatur artımı buxarlanmanı artırır. Son nəticədə ərazidə səhralaşma prosesi baş verir, bitki örtüyü və bioloji müxtəliflik azalır, torpağın məhsuldarlığı kəskin aşağı düşür. Bütün bunlar sonda ərzaq qıtlığına, qida çatışmazlığa, kənd təsərrüfatının, ölkə iqtisadiyyatının və aqrar sektorun zəifləməsinə səbəb olur




  • Qlobal istiləşmənin qarşısının alınması ücün nələr etmək lazımdır?

Bunlara əlavə olaraq bir neçə maddə daha əlavə etdik. Xahiş olunur  yalnız oxumaqla qalmayaq. Tətbiqimiz lazım olduğunun fərqinə varaq.

  1. Yenilənə bilər enerji qaynaqları istifadə edilməli

  2. Qənaətli lampalar istifadə edilməli

  3. Küçə dirəklərinin lampaları, qənaətli lampalarla dəyişdirilməli

  4. Karbon vergisi çıxarılmalı, dünyanı çirklətməyə davam edən, əvəzini ödəməli

  5. İstehsalda ibarət olan yaranan artıq enerji itkisini azaltmaq üçün, keyfiyyətli geyimlər alınmalı, uzun müddət geyilməli

  6. Enerji qənaəti təmin edən binalar tikilməli, bu binalarda yaşamalı

  7. Karbon artımının azaldılması üçün lazımlı işlər görülməli. Xüsusilə fabriklərin, təbiətə saldığı karbon miqdarı azaldılmalı

  8. Ev ilə işyeri arasındakı məsafənin az olmasına çalışılmalı. Beləliklə vasitələrin egzoslarından çıxan zərərli qazların azaldılması da təmin edilməli

  9. Kütləvi nəqliyyat vasitələri istifadə edilməli

  10. Kondisioner istifadəsi azaldılmalı, ev və işyerindəki havanın yenilənməsi üçün pəncərələr açılmalı

  11. Ev və işyerlərindəki sahil idimlər edilməli, lazım olsa mütəxəssislərdən kömək alınmalı

  12. Yenilənə bilər enerji qaynaqlarının istifadəsinin artması üçün bu cür meydana gəlmələrə dəstək verilməli

  13. Yanacaq sərfi aşağı olan vasitələr alınmalı

  14. Bağça əkinçiliyi dəstəklənilməli, məhsullar bu istehsalçılardan alınmalı

  15. Yolçu təyyarələrinin karbon püskürtdüyü göz önünə alınaraq, hava sahənliklərində tənzimləməyə gedilməli, ən qısa yoldan çatış nöqtəsinə getmələri təmin edilməli

  16. Tez-tez səyahət etmək məcburiyyətində olanlar ilə uzun məsafəli təyyarə səfəri edənlər, bunlara qarşılıq ağac əkməlidir. Heç olmasa çirklədikləri dünyaya az da olsa faydaları olar. Səyahətləri iş gərəyi edənlər üçün də işə götürənlər dövrəyə girməli. Səbəb olduqları çirkliliyə qarşılıq, dünyanı gözəlləşdirmək üçün də məşğul olmalıdır

  17. İşlə çalışılmayan zamanlarda kompüterlər bağlanmalıdır. Hazır gözləmədəki və ekran qoruyucusu aktiv kompüterlər də enerji xərcləməsinə səbəb olar

  18. Uzun müddət istifadə edilməyəcək bütün elektrikli əşyalar ştepseldən çıxarılmalıdır. Məsələn, tətilə gedərkən soyuducundakı yeməklər çıxarılaraq, çeki ştepseldən çəkilə bilər.

  19. Kağızların geri çevrilməsi maksimum ölçüdə təmin edilməli

  20. Enerji qənaəti təmin edən ev alətləri istifadə edilməli

  21. Mümkünsə, hər kəs bağçaçılıqla məşğul olmalı, öz yeməyinin bir qisimini çıxara bilməli. Çıxara bilmədiyini də digər bağçaçılardan götürməli.



Comments