İqlim dəyişməsinin təsiri

Mikdat Kadıoğlu: "İnsan Yer kürəsini təbii proseslərdən 1000 dəfə artıq qızdırmaqdadır"

Qlobal iqlim dəyişkənliyi dünyanın qayğısını birə-beş artırıb. Bəzi yerlərdə quraqlıq, bəzi yerlərdə isə güclü leysan yağışları minlərlə insanın həyatı bahasına böyük fəlakətlərə səbəb olur. İndi də alimlər istiləşmə prosesi davam etdikcə dünyanı tropik xəstəliklərin bürüyəcəyini bildirirlər. Belə alimlərdən biri də İstanbul Texniki Universitetinin Meteorologiya Mühəndisliyi və Fəlakətləri İdarəetmə Mərkəzinin (IPPC) professoru Mikdat Kadıoğludur. Öz tədqiqatlarının nəticəsi, ümumiyyətlə isə qlobal iqlim dəyişikliyinin bəşəriyyətə gətirə biləcəyi fəsadlar haqda "Həftə içi"nə danışan professor söhbətinə son zamanlar müşahidə olunan anomaliyaların əsas səbəblərinə aydınlıq gətirməklə başladı.
       - Bugünkü iqlim dəyişkənliyinin ən böyük səbəbi, təbii ki, insandır. Əslində, iqlim dəyişkənliyinin 4 başlıca səbəbi mövcuddur. Bunlar Günəş səthində baş verən kosmik proseslər, dünyanın astronomik hərəkətləri, vulkan püskürmələri və tektonik proseslərdir. Bu 4 təbii təsir dünya yaranan ilk gündən indiyədək qlobal iqlimin dəyişməsində rol oynayıb. Amma bu dəyişiklik təxminən 150 min ildə 1 dərəcə soyuma (buz dövrü) və 150 min ildə 1 dərəcə isinmə (isti periodlar) şəklində olub. İndiki durumda isə insan istifadə etdiyi böyük miqdarda parnik effekti verən maddələri yandırmaqla atmosferi çirkləndirir. Təsəvvür edin ki, bunun nəticəsində 1850-ci ildən 2000-ci ilədək havanın temperaturu təqribən 1 dərəcə artıb. Başqa sözlə desək, insan Yer kürəsini təbii proseslərdən 1000 dəfə artıq qızdırmaqdadır.
      - Temperaturun tədricən yüksəldiyini nəzərə alsaq, təxminən 30 il sonra - 2040-cı ildə havada istiliyin neçə dərəcə yüksələcəyini deyə bilərsiniz?
      - İstanbul Texniki Universitetinin Meteorologiya Mühəndisliyi və Fəlakətləri İdarəetmə Mərkəzinin apardığı tədqiqatlara əsasən, 2030-cu ildə Türkiyə də daxil olmaqla Aralıq dənizinin şərq bölgələrində qış fəslində havaların indikinə nisbətən 2, yayda isə 2 - 3 dərəcə yüksələcəyini gözləyirik.
     - Bəzi alimlər gələcəkdə havaların istiləşəcəyini, başqa bir qrup isə əksinə, soyuyacağını bildirir. Səbəb kimi isə atmosferin həddən artıq çirkləndirilməsini göstərirlər. Bu kimi nəzəriyyələrə qarşılıq nələri söyləyə bilərsiniz?
    - Bəli, atmosferə atılan kükürd və sair kimi aerosol maddələr buludların parlaqlığını artırır. Eyni zamanda havada günəş şüalarının geri qayıtmasına mane olur. Konkret olaraq bu səbəbdən də havada temperaturun yüksəlməsini öyrənmək üçün gündüzlər aparılan ölçmələrdən qlobal istiləşmə trendini qəti şəkildə müəyyənləşdirə bilmirik. Atmosferdəki çirkləndiricilərin təsirindən baş verən soyuqlaşmanın sürəti parnik effekti verən qazların təsiri altında başlamış istiləşmə prosesindən çox zəif olduğu üçün nəticədə temperatur yüksəlir. Bununla bağlı buxarlanma prosesinin güclənməsi və buludluluq dərəcəsinin artması üzündən uzun müddət sonra dünyada havanın soyumağa başlayacağı güman olunur. Ancaq bu, hava çirkləndiricilərinin təsirindən baş verən soyuqlaşmadan fərqli mövzudur.
   - Mikdat bəy, siz dünyanın tropik xəstəliklərin qurbanına çevriləcəyini bildirirsiniz. Bu fikir sizdə nəyə əsasən yaranıb, əlinizdə konkret hansısa faktlar varmı?
   - Hazırda tropik qurşaq şimala doğru sərhədlərini genişləndirməkdədir. İndiki tədqiqatların nəticəsinə əsasən deyə bilərik ki, isti hava dalğaları, "Qərbi Nil virusu", qızdırma, heyvanlardan insana keçən xəstəliklər və sair kimi hallarda artımlar olduğu qeydə alınmaqdadır.
   - Deyirsiniz ki, virusların yayılacağı güman olunur. Bilmək istərdik, siz alimlər tərəfindən bu cür fəsadların qarşısını almaq yönümündə hər hansı araşdırma aparılıbmı?
   - Qlobal iqlim dəyişikliyinin insanların sağlamlığına təsiri tibb alimləri tərəfindən öyrənilməkdədir. Biz atmosferdə gedən prosesləri öyrənən elm adamları isə onların tədqiqatlarına kömək göstərməyə çalışırıq. Amma deyəsən, bu sahədə aparılan araşdırmalarda dəqiq və düşündürücü nəticəyə çatmaqda çətinliklər yaranıb; məsələn, Türkiyə klinikalarında aparılan ölüm qeydlərində ölümün gerçək səbəbi açıq şəkildə yazılmadığı üçün isti hava dalğalarından ölənlərin sayını da tam olaraq bilmirik. Bununla bərabər, qızdırmadan dolayısı ölənlərin, ümumiyyətlə, bu xəstəliklərə tutulanların sayının Cənub-Şərqi Anadoluda sürətlə artması qlobal iqlim dəyişməsi ilə əlaqələndirilir. Bu durum Türkiyədə və Ümumdünya Səhiyyə Təşkilatında aparılan tədqiqatlarla, hazırlanan xəritələrlə öyrənilir.
   - Maraqlıdır, söz açdığınız tropik xəstəliklər indiki vəziyyətdə hansı yollarla yayıla, daha konkret desək, insanlara necə yoluxa bilər?
      - Araşdırmalara görə, sözügedən tropik xəstəliklərin yaradıcısı olan virusların havaların hədsiz istiləşməsi şəraitində ortaya çıxan növləri məhz temperatur yüksəldikcə şimala doğru arealını genişləndirməkdədir. Dünənədək tropik en dairələrində yaşayan bu cür xəstəliklərin virusunu daşıyan canlılar indi ekvatordan şimala və cənuba doğru hərəkət edirlər və bu səbəbdən də, təbii ki, həmin yeni ərazilərdəki canlıları "Qərbi Nil virusları" və sair bakteriyalarla yoluxdururlar.
   - Professor, sözügedən xəstəliklər yayılarsa, indiki vəziyyətdə insanları müalicə etmək üçün icad olunmuş hər hansı vaksin və sair formada dərman varmı?
   - Hazırda "Qərbi Nil virusu"nun müalicəsi bir qədər çətindir, qızdırma və sair kimi xəstəliklərin müalicəsi isə mümkündür. Burada əsas problem səhiyyə sisteminin sözügedən epidemiyalara qarşı hazır olmamasıdır; məsələn, hazırda tropik xəstəliklərin müalicəsini nəzərdə tutan poliklinikalar daha çox Cənub-Şərqi Anadoluda açılmaqdadır. Amma önümüzdəki illərdə heyvanlardan insana keçən və tropikal xəstəlikləri müalicə edən mütəxəssis həkimlərin azlığı böyük problemlər yaradacaq. Hesab edirəm ki, dövlət bu məsələlərlə bağlı konkret proqram işləməlidir.
   - Qəribədir ki, indiyədək dünyanı vahiməyə salmış SARS, "donuz qripi", "quş qripi" və bu kimi xəstəliklər Çin - Hindistan bölgəsindən yayılır. Buradakı Himalay dağlarında isə buzlaqlar əriməkdədir. Mümkündürmü ki, sözügedən xəstəliklər elə həmin ərimiş buzlaqların altından çıxaraq insanlar arasında epidemiyalara səbəb olur?
   - Həmin virusların buzlaqların altından və ya tərkibindən çıxdığını deyə bilmərəm. Amma bu da bir faktdır ki, bəzi viruslar müəyyən dövr keçdikdən sonra forma və mahiyyətini dəyişərək fərqli xəstəliklərə səbəb olurlar. Onu da deyim ki, qlobal iqlim dəyişikliyi elə bir fövqəladə problemlər yaratmayacaq. Qlobal istiləşmə yalnız mövcud problemləri bir qədər də ağırlaşdıracaq, onun daha da dərinləşməsini və ətraf aləmə mənfi təsirini sürətləndirəcək.
   - Mütəxəssis-alim olaraq deyə bilərsinizmi: dünyanın sonuna nə qədər qalıb? Hətta bu gün havaya karbon qazının atılması prosesini dayandırsaq belə, temperaturun yüksəlməsi prosesi nə vaxtadək davam edə bilər?
   - Dünyanın sonu nə vaxt gələcək və ya qiyamət nə zaman qopacaq, deyə bilmərəm. Amma qlobal miqyasda havada gedən istiləşmə prosesinin 2100-cü ilədək indiki sürətilə davam edəcəyi gözlənilir. Eyni zamanda nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin də sonu çatdığından onlar üçün də qiyamət günü olacaq.

   "İqlim dəyişkənliyinin əsas səbəbkarı insandır"

Son dövrlər planetimizi bürümüş təbii fəlakətlərin səbəbi hamını maraqlandırır. Elmi-texniki tərəqqi və texnologiyanın sürətli inkişafı nəticəsində atmosferə zərərli maddə və məhsulların atılması ətraf mühitin və ekologiyanın korlanmasına gətirib çıxarmışdır. Bu da öz növbəsində təbiətdə baş verən proseslərə əsaslı təsir göstərərək dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Müasir dövrdə dünyanın müxtəlif ölkələrində təbii fəlakətlərdən minlərlə insan həlak olur və milyonlarla insan isə xəsarət alır.

İqlim şəraitinin dəyişkənliyinin bəzi parametrləri haqqında Qlyasiosfera qatının tədqiqi məlumat verir. Qlyasiosfera - Yer səthində təbii buz və qar örtüyüdür. O, bir tərəfdən ətraf mühitdə baş verən dəyişikliyə reaksiya göstərir. Digər tərəfdən də bu dəyişiklikləri nəzarətdə saxlayan güclü faktor kimi çıxış edir və bununla da təbii qarşılıqlı təsirlərin mürəkkəb sistemini yaradır. Son illərdə dəniz-okean-quru-atmosfer qarşılıqlı təsir sistemlərinin öyrənilməsində mühüm nailiyyətlər əldə edilmişdir. İqlim dəyişikliklərinin hərtərəfli tədqiqi qlyasiosfera örtüyünün bütövlükdə ölçüsünün kiçildiyini söyləməyə əsas verir.

İqlim şəraitinin dəyişməsinin bəzi parametrləri haqqında məlumatı, Antarktida qitəsinin buz örtüyünün yarım milyon il ərzində baş verən dəyişkənliyini analiz etməklə əldə etmək mümkün olmuşdur. Buz uzun illər ərzində baş verən yağıntının miqdarı haqqında məlumatı qoruyub saxlaya bilir. Antarktidada 3 km dərinlikdən qaldırılmış buzun izotop analizi aparılmışdır. Həmin analiz, keçmiş minilliklər ərzində mövcud olmuş hərarət və yağıntının miqdarını təyin etməyə imkan verir. Bu uzun müddətli iqlim dəyişkənliyinin əsas xüsusiyyəti, onun çox ciddi dövriliyə malik olmasıdır. Hər 100 min ildə hərarət orta hesabla 8-90oC dəyişdiyi halda, maraqlıdır ki, son 50-60 ildə ən böyük dəyişmə qeydə alınmışdır. Soyuqlaşma dövrlərində 100 il ərzində 0,010oC dəyişmə müşahidə olunurdusa, indi qlobal istiləşmə dövriliyində 100 ildə 0,10oC istiləşmə müşahidə olunmuşdur. Bu əvvəlki dövrlə müqayisədə 10 dəfə artıqdır.

Yer kürəsinin buz örtüyünün azalmasını sübut edən amillərdən biri də böyük su hövzələrində, okeanlarda aysberqlərə son dövrlərdə daha tez-tez təsadüf olunmasıdır. Aysberq Yerin buz örtüyündən qlobal istiləşmə nəticəsində ayrılmış böyük buz parçasıdır. Həmin buz parçaları dəniz nəqliyyatı üçün də böyük təhlükə mənbələridir.

Havanın dünya miqyasında istiləşməsi "qlobal istiləşmə" adlanır. İnsanın gündəlik fəaliyyəti nəticəsində atmosferə atılan karbon-dioksid qazının (CO2) və digər qaz komponentlərinin, toz, aerozol və s. miqdarının artması qlobal istiləşməyə gətirən səbəblərdəndir. Məlum olduğu kimi, Yer atmosferində istixana effekti yaradan örtük əsasən su buxarından və karbon qazından ibarətdir. Su burada təbii komponentdir. Yer kürəsinin su hövzələrindən və insanın gündəlik tələbatını ödəmək məqsədi ilə istifadə etdiyi sudan buxarlanma nəticəsində yaranır.

İstixana effektini yaradan ikinci əsas amil karbon-dioksid qazıdır (CO2). Yerdə fəaliyyətdə olan zavod və fabriklərdən, üzvi yanacaqdan və həmçinin nəqliyyat vasitələrindən istifadə olunmasından atmosferə külli miqdarda karbon qazı atılır. Burada daha bir təbii amil vulkan püskürmələri zamanı külli miqdarda karbon qazının Yer atmosferinə atılmasıdır. Ancaq qeyd etmək lazımdır ki, antropogen fəaliyyətdən fərqli olaraq vulkan püskürmələri qısa müddətli xarakter daşıyır.

Alimlərin nəzərinə görə, qlobal istiləşmə davam edəcək. Bu da öz növbəsində dünyanın çox yerində yaşıllıqların, meşəliklərin geniş miqyasda yanıb məhv olmasına səbəb olacaqdır. Çünki ağacların müəyyən qədər istiyə və müəyyən qədər də rütubətə ehtiyacı var. İstinin artması və rütubətin azalması ağacların həyatı üçün təhlükə yaradır. Bundan əlavə, dünyanın çox yerində əkinçilik su və hava amilindən asılıdır. Havanın yüksək dərəcədə istiləşməsi Yer kürəsinin quru hissəsində suyun azalmasına səbəb ola bilər. Bu isə öz növbəsində quraqlıqla nəticələnə bilər. Quraqlıq nəticədə aclıq, xəstəlik, epidemiya və s. kimi fövqəladə halların yaranmasına səbəb ola bilər. Ən dəhşətlisi ondan ibarətdir ki, okean suyunun səviyyəsinin artmasına və Yer kürəsinin şimal və cənub qütblərində buzların yüksək səviyyədə əriməsinə səbəb ola bilər. Beləliklə, okean sularının səviyyəsi 1-2 metr artması və bunun nəticəsi olaraq bəzi ölkələrin böyük hissəsi su altında qalacağı ehtimal olunur.

İqlim şəraitinin uzunmüddətli dəyişməsi haqqında etibarlı məlumat almaq xeyli çətindir. Bunun əsas səbəbi Yer kürəsinin keçmiş dövrlərində iqlim şəraitinin dəyişməsi haqqında dəqiq hidrometeoroloci məlumatların olmamasıdır.

Qlobal istiləşmənin əsas səbəbləri aşağıdakılar hesab olunur:

1. Atmosferdə karbon qazı və metanın miqdarının artması havanın hərarətinin yüksəlməsinə səbəb olur. Kömürlə işləyən elektrik stansiyaları, avtomobillər, sənaye müəssisələri və insanların səbəbkar olduğu diğər mənbələrdən hava ildə 22 milyard tona yaxın karbon və buxar qazları ilə çirkləndirilir. Heyvandarlıq müəssisələrində gübrələrdən istifadə, kömür yandırılması və digər mənbələrdən isə havaya ildə 250 milyon tona qədər metan ötürülür.

2. Bəzi alimlər qlobal istiləşmənin əsas səbəbləri kimi günəş fəaliyyətinin dəyişməsini, vulkanların və yer altında yanar maddələrin fəal olmasını göstərirlər. Fikirlərinin sübutu üçün keçmişdə Yer kürəsinin çox soyuq və ya çox isti olmasına istinad edirlər.

Qlobal istiləşmənin qarşısını necə almaq olar:

Əlbəttə, atmosferə atılan karbon qazını təbiətdə həmişə ağaclar oksigen istehsal etməklə zərərsizləşdirirlər. Amma çox təəssüf ki, son illərdə karbon qazının istehsalı artır və eyni zamanda meşəliklər məhv edilir. Bu gün bu nəzəriyyəni alimlərin əksəriyyəti və beynəlxalq araşdırma mərkəzləri qlobal istiləşmənin əsas amili hesab edirlər. Bəzi alimlərin nəzərinə görə, enerci qaynaqlarının dəyişməsi, misal üçün, neft, benzin, kömür yerinə, külək və günəş enercisindən istifadə edilməsi zavod və fabriklərdə kimyəvi maddələrdən istifadənin nəzarət altına alınması, havanı qızdıran qazların istehsalının azalmasına və qlobal istiləşmənin qarşısının müəyyən dərəcədə alınmasına imkan yaradır.

XX əsr ərzində yerdə orta hesabla hərarət Selsi üzrə bir necə dərəcə artmışdır. Son dövrlərdə aparılan tədqiqatlar bu istilik artımının bütün Yer kürəsi üçün real olduğunu göstərir.

Ümumdünya Meteoroloci Təşkilatı tərəfindən 1961-1990-cı illərdə aparılmış hesablamalar bizim planetin səthində qlobal istiləşmənin baş verməsinə heç bir şübhə yeri qoymur. Müşahidə materialları göstərir ki, 13 isti ildən 11-i 1990-cı ildən sonrakı dövrə düşür. 1860-cı ildən sonra 1998, 2002 və 2003-cü illər, ən isti illər kimi qəbul olunur. Bu tendensiya hazırda da davam etməkdədir. Son iki min ildə ən böyük istilik artımı XX əsrin II yarısına təsadüf edir. İstiliyin artması nəzəri olaraq Yer kürəsində yağıntının miqdarının nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxaracaq. Hələlik yağıntının orta illik miqdarını dəqiq təyin etmək mümkün deyildir. Ancaq bir məsələni əminliklə qeyd etmək olar ki, orta enliklərdə yağıntının miqdarı xeyli artmışdır. Yalnız risklərin nəzərəçarpacaq dərəcədə azaldılması tədbirlərini görməklə fəlakətlərin qarşısını almaq və inkişafı qorumaq mümkündür. Təbii fəlakətlərin azaldılması məqsədilə ictimaiyyətin diqqəti planetdə baş verən ekoloci problemlərə cəlb edilməlidir. 

Təhlükənin ciddiliyini nəzərə alaraq Ümumdünya İqlim Proqramı yaradılmış və Birləşmiş Millətlər Təşkilatı tərəfindən iqlim dəyişkənliyi barədə Aralıq Konvensiyası, Çərçivə Konvensiyası və Kioto protokolu qəbul edilmişdir. İqlim dəyişkənliyini nəzarətdə saxlamaq üçün BMT tərəfindən Beynəlxalq Ekspert Qrupu yaradılmışdır. Bu sahədə əsas diqqət sənaye müəssisələrində karbon-dioksid qazlarının (CO2) tullantılarının azaldılmasına yönəlmiş qanunverici-normativ sənədlərin hazırlanmasına və alternativ enerci sistemindən daha geniş istifadə edilməsinə yönəldilməlidir. 

Comments