Iqlim dəyişməsi prosesi


      Müasir  dövrdə  hər bir  insan  iqlimdə  baş  verən  dəyişkənlikləri  adi gözlə də müşahidə edə bilər.Bu hər birimizin  həyatına  öz  təsirini  göstərir . Bəs iqlim dəyiş-kənliyinin əsas səbəbləri nələrdir?Bu sualın bir çox cavabları vardır.Ancaq ağıla ilk gələn cavab Qlobal İstiləşmədir.Görəsən Qlobal İstiləşmə iqlimə necə təsir göstərir?


Qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. İstixana qazları özlüyündə (su buxarı, karbon dioksid, metan) Yerdəki həyat üçün çox vacibdir. Onlar Günəşdən Yer səthinə düşən enerjinin tam səpilməsinin qarşısını alır, planetin səthində həyat üçün zəruri temperatur intervalını təmin edir. Bu qazlar olmasaydı yer səthinin temperaturu indikindən təxminən 330 C aşağı olardı. Lakin bu qazların miqdarı yüksəldikcə temperatur həddən çox artaraq təhlükəli həddə yaxınlaşır. Bu, "istixana" effekti adlanır. İstixana qazları, daha dəqiq "istixana effekti yaradan birləşmələr" deyərkən, adətən CO2 (karbon qazı), CH4 (təbii qaz kimi tanıdığımız metan qazı), N2O (azot oksidi), halogenli qazlar olan xlorflorkarbon, xlorflorkarbohidrogen, perflorkarbon, SF6 (kükürd heksaflor), O3 (ozon) və su buxarı nəzərdə tutulur. Yer səthində “istixana qazları”nın konsentrasiyasının artması Yerdəki artıq infraqırmızı şüalanmanın geriyə – kosmosa səpilməsinin qarşısını alan “qaz örtüyü”nə çevrilir. Nəticədə Yer səthi nazik təbəqə ilə örtülmüş istixanaya bənzəyir. Sonda Günəşdən gələn enerjinin böyük hissəsi Yerə yaxın qatlarda toplanaraq onun səthinin və atmosfer havasının qızmasına səbəb olur. Bu isə temperaturun artmasına, buzlaqların əriməsinə, sellərə, iqlim dəyişmələrinə səbəb olur. 

Temperatur yüksəldikcə bir çox bitki və heyvanların yaşayış yerləri dəyişikliklərə məruz qalır. Bu növlər uzun dövrlər ərzində uyğunlaşdıqları ekoloji sığınacaqlar və xarakterik həyat şəraitlərindən məhrum olurlar. Bir çox növlərin sürətlə dəyişən şəraitlə ayaqlaşa bilməyib məhv olması ekosistemin tarazlığını pozur. Mütəxəssislərin hesablamalarına görə yüksək dağlıqlardan ibarət yaşayış yerlərinin 60%-i qlobal istiləşməyə məruz qalacaqdır. 

Buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəkləməsi, atmosfer havasının temperaturunun yüksəlməsi – bütün bunlar qlobal iqlim dəyişmələrinin əlamətləri hesab edilir. Son 150 il ərzində axırıncı 12 ilin 11 ili bütün dövrlərin ən isti illəri sayılır. Yer tarixində 20 ədəd rekord isti yay dövrü olmuşdur ki, bunlar da 1980-ci ildən bu dövrə təsadüf edir. Deqradasiyaya məruz qalmış, həyat qabiliyyətini itirmiş ölü zonalar getdikcə artır. Bu ekoloji fəlakətin bir səbəbi və evtrofikasiya – dəniz sularında üzvi maddələrin (xüsusən azot və fosfor tərkibli) ifrat konsentrasiyası ilə bağlıdır. BMT-nin “Minilliyin astanasında ekosistemin qiymətləndirilməsi” (Millenium Ecosystem Assessment) mövzusundakı 2005-ci il hesabatında qeyd edilir ki, 1860-cı ildən 1990-cı ilədək dənizə atılmış azot birləşməli maddələrin miqdarı 80% artmışdır. Ekosistemin evtrofiyanın təsiri ilə dəyişməsi əraziyə yeni növlərin gəlişinə səbəb olur. Hesablamalara görə müasir dövrdə Günəş enerjisi Yerin hər 1 m2 sahəsinə 0.12 Vt enerji verdiyi halda, insanların yaratdığı enerji mənbələri həmin sahədə 1.6 Vt əlavə enerjinin tutulub saxlanmasına səbəb olur. Yer iqliminin modelləşdirilməsi əsasında yaxın 2019 ildə Yer atmosferinin havasının temperaturunun 0.40C artacağı proqnozlaşdırılır. İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekspertlər Qrupunun - İDDEQ (İntergovernment Panel on Climate Change) qiymətləndirmələrinə görə sənayedən əvvəlki dövrlərdə havada CO2 konsentrasiyası təxminən 280 ppm (havanın hər milyon hissəciyindəki payı) olması havanın temperaturunu 30C artırmışdır. 1995-2005-ci illərdə illik artım 1.9 ppm/il, 2005-ci ilin sonunda Yer atmosferində CO2-nin konsentrasiyası 379 ppm olmuşdur. Bu son 650 min il ərzində ən yüksək göstəricidir. Komissiyanın 2007-ci il qiymətləndirmələrinə görə keçən əsrdə (1907-2007-ci illər) havanın orta qlobal temperatur dəyişməsi 0.740C olmuşdur. Son əlli ildəki temperatur dəyişməsi tempi əvvəlki dövrə (hər onillikdə 0.130C) nisbətən 2 dəfə yüksək olmuşdur. XXI əsrin sonunda Yerdə havanın orta temperaturu 6.50C arta bilər. Bu isə öz növbəsində Antarktida buzlarının əriməsinə, tayfun və qasırğaların artmasına səbəb ola bilər. Hesablamalara görə bu gün yer atmosferində karbon dioksidin miqdarı təxminən 400 m.d.-dir. Proqnozlara görə heç bir tədbir görülməzsə 2050-ci ildə bu rəqəm 500 m.d.-ə çatacaq. 1978-ci ildən aparılmış süni peyk müşahidələri okeanın Şimal Yarımkürəsindəki buz qatının hər on ildə 7.4% azaldığını qeyd etmişdir. Atmosferdən gələn əlavə istiliyin 80%-nin okean suları tərəfindən udulması okean suyunun termik genişlənməsinə səbəb olur. Termik genişlənmə və buzlaqların əriməsi XX əsrdə orta dəniz səviyyəsinin 0.17 m qalxmasına səbəb olmuşdur. 

Proqnozlar o qədər də ürəkaçan deyil. Belə ki: 

1.yaxın iyirmi ildə qlobal istiləşmə davam edərək hər on ildə 0.20C artacağı; 

2.keçən iyirmi il ilə müqayisədə qlobal istiləşmə 1.90C (1.10C-2.90C intervalında dəyişən «mülayim proqnoz») ilə 4.00C (2.40C-6.40C intervalında dəyişən «sərt proqnoz») civarında olacağı; 

3.iqlimin ekstremallığının (istilik dalğaları, leysan yağışlar, qasırğalar) getdikcə güclənməsi ehtimalının yüksələcəyi (>90%); 

4.XXI əsrin sonunda Şimal Buzlu Okeanının buzlarının tamamilə əriyəcəyi; 

5.istiləşmə nəticəsində bir növlər digərlərini əvəz edəcəyi, ərazinin su ehtiyatlarının kəskin dəyişəcəyi; 

6.torpağın məhsuldar qatında rütubətin kəskin azalacağı;

7.dəniz səviyyəsinin qalxması orta hesabla uyğun olaraq 0.18 m və 0.59 m olacağı gözlənilir.


                                

Bu dəyişmələrin bioloji müxtəlifliyə aşağıdakı təsirləri ola bilər: 

iqlim dəyişməsi şaquli zonallığa təsir edəcək: iqlim profili dağ yamacları boyunca irəliləyəcək; 

1.hündür otlardan ibarət olan alp çəmənliklərini bozqırlar, bozqırları yarımsəhralar, yarımsəhraları isə səhralar əvəz edəcək; 

2.onurğalı və onurğasız heyvanlar bitki zonallığındakı dəyişiklikləri təqib edəcək; 

3.istixana effektinin təsiri ilə orta sutkalıq temperaturun artması illik yağıntıların artmasına və ya azalmasına səbəb olub vegetasiya dövrünün dəyişməsinə (uzanması və ya qısalmasına) səbəb olacaq; 

4.yüksək dağlıq növləri daha böyük təzyiqə məruz qalacaq. 

5.müəyyən məhdud həyat şəraitinə (torpağın müəyyən tipi, gövdə, budaq, yalnız bir növ sahibin bədəninə yuva qoymaq) uyğunlaşmış canlıların məhvolma təhlükəsi artacaq. Aktiv miqrasiya qabiliyyəti olmayan canlılar üçün bu təhlükə daha da artacaq; 

6.temperaturun yüksəlməsi buzlaqların əriməsinə, vegetasiya periodunun uzanmasına səbəb olacaq; 

7.vegetasiya periodunun dəyişməsi trofik və detrit zəncirinin pozulmasına səbəb olacaq; 

8.göllərin su tutumuna iki faktor təsir edəcək. Buzlaqların əriməsi nəticəsində su axınının artması və temperaturun yüksəlməsi nəticəsində su tutumunun azalmasına səbəb olan buxarlanma onurğasız və onurğalı heyvanlara təsir edəcək. İkinci faktorun üstün olduğu ərazilərdə su-bataqlıq ərazilərin yarımsəhraya çevrilməsi su-bataqlıq quşları və bataqlıq biotoplarında yaşayan digər canlılar üçün təhlükə yaradacaq. Əks proseslər gedən ərazilərdə isə bataqlıqlaşma prosesi baş verəcək. Nəticədə qurşaqların şaquli sürüşməsi baş verəcək. Bitki örtüyünün yuxarıya doğru şaquli sürüşməsi endem heyvan növləri üçün təhlükə yaradacaq. 


Azərbaycan ərazisindəki mümkün iqlim dəyişmələrinin analizi 100 illik müşahidələr əsasında araşdırılmışdır. Tədqiqatlar göstərmişdir ki, 100 illik müşahidələr dövründə ölkə ərazisində havanın temperaturu 0.5-0.60C artmış, 1961-1990-cı illərdə temperatur artımı daha yüksək: 0.3-0.60C olmuşdur. Ümumilikdə bütün ərazidə istiləşmə baş verməsinə rəğmən bu proses ölkənin müxtəlif coğrafi ərazilərində müxtəlif olmuşdur. Belə ki, Böyük Qafqaz, Kür-Araz ovalığında temperatur artımı yüksək (0.50-0.650C) olduğu halda, Kiçik Qafqazın dağlıq ərazilərində bu göstərici nisbətən az (0.14-0.200C) olmuşdur. Qeyd etmək lazımdır ki, 100 illik temperatur dəyişmələri bu dövr ərzindəki yağıntıların miqdarına əhəmiyyətli təsir göstərməmişdir. 

Müxtəlif modellər əsasında Azərbaycan ərazisinin gələcək iqlim dəyişmələri qiymətləndirilmişdir. Bu modellərə əsasən atmosferdə CO2 konsentrasiyasının iki dəfə artması nəticəsində əsrin sonunda ölkə ərazisində aşağıdakı hadisələr gözlənilir: 

          1.orta illik temperatur 20C artacaq; 

2.illik yağıntıların miqdarı 6-12% artacaq: qış yağıntıları 15-21%, yaz və payız yağıntıları 9-17% artacaq, yay yağıntıları təxminən 40% azalacaq; 

3.su resursları 5.7-7.7 km3 azalacaq, su çatışmazlığının bugünkü qiyməti (5 km3) getdikcə artaraq XXI əsrin ortalarında 9.5-11.5 km3 olacaq; 

4.istilik resursları 700-12000C artacaq, havanın temperaturunun bu intervaldan yüksək olan günlərinin sayı 25-45 gün uzanacaq; 

5.isti və mülayim qurşaqların sahəsi genişlənəcək, soyuq qurşağın sahəsi isə azalacaq, illik buxarlanma 35% (180-540 mm) artaraq isti dövrlərdə 120-470 mm, yayda isə 200 290 mm olacaq; 

6.rütubətli zonalar 100-200 m, bəzi ərazilərdə 400-500 m yüksəkliklərə irəliləyəcək, əksər ərazilərdə bioiqlim potensialı regionlardan asılı olaraq 5–20% artacaq, Talışda 7% azalacaq, dağlıq və dağətəyi ərazilərin bioiqlim potensialının artımı hiss olunan, quru-bozqır və yarımsəhra ərazilərdə isə çox cüzi olacaq; 

7.yarımsəhra və quru çöl iqlim zonası genişlənəcək, hüdudları 100-200 m, bəzi yerlərdə 400 m yüksəkliklərə qalxacaq. Azərbaycanda səhralaşma prosesi sürətlənəcək. Müasir Kür-Araz ovalığının, cənubi Abşeronun və Naxçıvanın Arazsahili düzənlik ərazilərinin yarımsəhra sahələrinin əksər hissəsi səhra iqlim tipinə keçəcək. Müasir quru-çöl əraziləri aşağı və çox aşağı bioiqlim potensialına malik olan yarımsəhra kompleksinə çevriləcək. Yarımsəhra və səhra iqlim tipinin hakim olduğu ərazilərin ümumi sahəsi 30.5 - 43.5 km2 olub ölkə ərazisinin 35-50%-ni təşkil edəcək. 


BMT-nin iqlim dəyişmələri haqqında çərçivə konvensiyası üzrə Birinci Milli Hesabatında iqlim dəyişmələrinin biomüxtəlifliyə təsiri, əsasən, aşağıdakı dinamika üzrə proqnozlaşdırılır: 

1.meşələrin yuxarı iqlim sərhədi Böyük və Kiçik Qafqazda 550-950 m qalxacaq, Talışda isə əksinə 100 - 200 m enəcək. Meşələrin aşağı iqlim sərhədi 50 - 200 m yüksələcək; 

2.palıd meşələrinin sahəsi 3 - 3.5%, fısdıq meşələrinin sahəsi 15% azalacaq, vələs meşələrinin sahəsi 19% artacaq. Sərtyarpaqlı ağac cinslərinin (vələs, fısdıq, palıd, göyrüş və s.) ümumi sahəsi 17 min ha, yumşaqyarpaqlı (cökə, qovaq, qızılağac və s.) ağac cinslərinin ümumi sahəsi isə 4 min ha (20%), kol bitkilərinin sahəsi 13-14 min ha (70%) azalacaq. Ümumilikdə meşə sahələri 7.6 min ha azalacaq. 

             Xəzərin Azərbaycan hissəsində yaşayan əsas sənaye balıqlarının çoxalma dövrlərinin dəyişməsinə rəğmən ciddi təhlükələr olmayacaq.  


Qlobal istiləşmənin Azərbaycana təsiri artıq hiss olunmaqdadır. Xəzərin səviyyəsinin artması, buzlaqların əriməsi, çayların daşması, sellərin dağıdıcı təsiri, mövsümlərə uyğun olmayan temperatur anomaliyaları, ən isti ayın temperatur göstəricisinin getdikcə artması buna misaldır. Xəzər dənizinin səviyyəsinin 1978-1995-ci illərdə kəskin artması nəticəsində Azərbaycanın sahil ərazilərinin bir hissəsi su altında qalmışdır. 2000-ci ilin nəticələrinə görə Azərbaycanın sahil ərazilərinin 485 km2 sahəsi su altında qalmışdır. 

Proqnoz hesablamalara görə iqlim istiləşməsi Xəzər hövzəsinin rütubətliyini artıracaq, bu isə öz növbəsində yaxın illərdə onun səviyyəsinin 26.0-25.0 intervalında tərəddüdünə səbəb olacaqdır. Hesablamalar göstərir ki, Xəzərin səviyyəsinin 150 sm əlavə qalxması sahil ərazilərinin 87.7 min ha sahəsinin su altında qalması ilə nəticələnəcək və 2030-cu ildə bu rəqəm 136.2 min ha olmaqla ölkənin ümumi sahəsinin 1.6%-ni təşkil edəcəkdir. 2003-cü ildə Xəzərin səviyyəsi dünya okeanı səviyyəsindən 26.75 m aşağı olduğu bildirilir. 

Aydın məsələdir ki, istilik resurslarının artması, havanın temperaturunun yüksək olan günlərinin sayının uzanması Azərbaycanın bütün buzlaqlarının əriməsinə səbəb olacaq. Şəkildən göründüyü kimi son 43 il ərzində Azərbaycanın ikinci yüksək zirvəsi olan Tufan dağının buzlaqları və Azərbaycanın ən yüksək dağ gölü olan Tufan gölünün ətrafındakı qar örtüyü xeyli azalmış, demək olar ki, tamamilə ərimişdir. 

         Indi atmosferdə keçən 650 000 ildəkindən daha çox CO2 var. Yerin iqlim tarixinin tədqiqatları göstərir ki, hətta CO2 səviyyələrində baş verən xırda dəyişikliklər belə, ümumi olaraq, qlobal orta hərarətdə əhəmiyyətli dəyişikliklər əmələ gətirmişdir. Alimlər gözləyir ki, istixana qazı çirklənməsini azaltmaq üçün effektiv siyasətin olmadığı halda, qlobal orta hərarət 2100-cü ilə kimi daha 2.0 Farenhayt şkalası üzrə artaraq 11.5 dərəcə Farenhayta çatacaq. Hətta əgər hərarət dəyişikliyi verilən proqnozların kiçik hissəsi qədər olsa belə, iqlimdə baş verən dəyişikliklərin ciddi olacağı gözlənilir: daha güclü tufanlar, quraqlıqlar, dənizlərin səviyyəsinin artması nəticəsində aşınmaya (eroziya) məruz qalan sahilboyu ərazilər. Verilən proqnozlar özünü tam doğruldarsa, onda dünya qəfil və qarşısı alınmaz fəlakətlərlə üz-üzə qala bilər.

        Digər hesablamalara görə isə 2050-ci ildə dünyada 2 milyard insan sudan məhrum olacaq, 30 il sonra da 3 milyard insan istifadə olunan su qaynaqlarını itirəcək. İsveçin paytaxtı Stockholmda "Dünya Su Həftəsi Forumu"nda təqdim edilən, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan "İqlim dəyişiklikləri və su" mövzulu hesabatına görə, dünyadakı iqlim dəyişiklikləri su qaynaqlarına da təsir edir. Hesabata görə, 2050-ci ildə dünyada iki milyard insan sudan məhrum oalacaq, 30 il sonra da 3 milyard insan istifadə edə biləcəyi su ehtiyyatlarını itirəcək.

Dünya Su Həftəsi Forumuna təqdim edilən BMT hesabatını tanıdan Hollandiyalı səlahiyyətli Michael van deyər Valk, iqlim dəyişikliklərinin su qaynaqlarına da təsir etdiyini bildirdi. Məqsədi, dünyada su mövzusunda yaşanan vəziyyətin ciddiliyini qərar verici vəziyyətində olan siyasətçilərə daha detallı göstərmək və həll axtarışlarını sürətləndirmək olduğunu söyləyən Michael van deyər Valk, yağmurların azalmasıyla bir çox ölkədə su ehtiyatlarının quruduğunu izah etdi. Hesabata görə, dünya əhalisi ilə birlikdə əkinçilik və sənaye istehsalı artır, dünyanın iqtisadiyyatı böyüyür ancaq su qaynaqları sürətlə tükənir.

Hesabatda ayrıca xülasəylə bu başlıqlar yer almışdır:
Dünya əhalisinin yüzdən 20%-ni təşkil edən 30 ölkə su çətinliyi ilə qarşı-qarşıya durur. 2025-ci ildə isə bu ölkə sayı 50-yə catacaq və dünya əhalisinin yüzdə 25-i su çətinliyi ilə üz-üzə gələcək.

Dünyada 1950-ci illərə görə su ehtiyatları yüzdə 15 ilə 30 nisbətində azalmışdır. Buna qarşılıq 2050-ci ildə isə su ehtiyyatı bu günkündən yüzdə 50 çox olacaq. İqlim dəyişiklikləri su ehtiyatlarına da təsir etdiyi üçün, dəyişikliklər qlobal böhrana səbəb olacaq.

Forumda təqdim edilən bildirilərə görə, Şimali Avropa ölkələrindəki adam başı su istehlakı, digər Avropa ölkələrindən iki dəfə artıqdır. İnkişaf etməkdə olan ölkələrdə isə su istehlakı çox aşağıdır.

Məlumatlara görə, inkişaf etmiş bir ölkədə doğan uşaq, inkişaf etməkdə olan bir ölkədə doğan uşağa görə yüzdə 30 daha çox su xərcləyir. Dünyada hal-hazırda olan suyun yüzdə 97.5-i duzlu sulardan meydana gəlir. Şirin suyun nisbəti isə yalnız yüzdə 2.5%-dir. Şirin suyun yüzdə 70%-i qütblərdə donmuş halda, yüzdə 30-u isə yeraltındadır.

Ümumiyyətlə xəstəliklərin yüzdə 88%-i təmiz olmayan içməli sudan və qeyri-kafi gigiyenik şərtlərdən qaynaqlanır. Bu da inkişaf etməkdə olan ölkələrdə ildə 5 milyard gün iş itkisi mənasını verir.

Dünyada 2.5 milyard insan tualet ehtiyacını uyğun şərtlərdə aradan qaldıra bilmir, bu da ildə 1.4 milyon, gündə 5 min uşağın qarşısı alına bilən ishaldan ölümünə səbəb olur.

Məlumatlara görə, ABŞ-da qidaların yüzdə 30-u zibilə atılır. Bu 40 trilyon litr su, yəni 500 milyon insanın su ehtiyacı mənasını verir.

İnkişaf etməkdə olan ölkələrdə sənaye tullantılarının yüzdə 70-i suya qarışır. Ayrıca Asiyadakı bütün çaylar Avropada isə 5 çay da buna aiddir.

Stockholm Su İnstitutunun dəstəyiylə 1991-ci ildən bu yana təşkil edilən Dünya Su Həftəsi Forumuna 140 ölkədən 2000 araşdırmaçı, sənayeçi və siyasətçi qatılır. Forumda, iştirakçılar daha təmiz və sağlam bir ətraf üçün əməkdaşlığı ön planda tutur və dəyişən iqlim şəraitində daha təmiz bir dünya ilə birlikdə həddindən artıq su istifadəsininin qarşısını alma yönlü tədbirlər təşkil olunur. 



Resurslar:

                  Ecology.az













Comments