İqlim dəyişməsi prosesi

Akademik Zərifə Əliyeva adına məktəb

Iqlim dəyişməsi prosesi

Hazırladı:Rüstəmov Rial

Sinif:9a2

Fənn:İnformatika

Fənn müəllimi:Nazlı Həsənova

     İqlim dəyişməsı ərzaq qıtlığına gətirib çıxara bilər.

Bu qış dünyanın bir sıra regionlarında sərt keçsə də, ümumilikdə, qlobal iqlim dəyişməsi - istiləşmə prosesi davam edir. Temperaturun artması isə o deməkdir ki, dünya əhalisinin yarısı bu əsrin sonunacan ərzaq qıtlığı ilə üzləçəcək. Bu barədə Science, yəni, "Elm" dərgisində çıxan məqalədə deyilir.

Həmin araşdırmaya görə, dünyanın tropik regionları düyü və qağırdalı məhsullarının 40 faizə qədər azalacağının şahidi olacaqlar.

Alimlərə görə, növbəti 90 il ərzində dünyanın bir sıra regionları əsas ərzaq məhsullarının azalması ilə üzləşəcəklər.

Ən çox isə belə hallar tropik və sub-tropik bölgələrdə baş verəcək. Həmin bölgələrdə hazırda 3 milyarda qədər insan yaşayır və bu rəqəmin növbəti 50 il müddətində iki qat artacağı gözlənilir.

Qlobal istiləşmə bu regionlarda ərzaq məhsullarına iki cür zərbə vuracaq: birinci zərbə - düyü və qağırdalı məhsullarının azalması, ikinci isə - istilər nəticəsində torpaqların quruması və bunun nəticəsində, quraqlıq olacaq.

İqlim dəyişməsinin fəsadları artıq bu sahədə Hindistanda müşahidə olunur - orada taxıl məıhsulu xeyli azalıb.

Araşdırmanı aparan alimlər 23 iqlim modelindən məlumatları işləyib təhlil ediblər.

Onların hesablamalarına görə, tropik zonalarda 2100-cü ilə qədər aqrar mövsümündə ən aşağı temperatur o vaxta qədər ən rekord göstəricidən yüksək olacaq.

Araşdırma müəlliflərinin dediyinə görə, ərzaq qıtlığı ona gətirib çıxara bilər ki, insanlar, ümumiyyətlə, kənd təsərrüfatı sahəsi ata və yaşadıqları torpaqlardan başqa yerləyə köçə bilərlər.

            Torpaq əmələgətirən amil kimi

Torpaq proseslərinin təbiətini dərk etmək üçün vacib iqlim göstəriciləri olan temperatura və rütubət (nəmlik) xüsusi əhəmiyyət kəsb edir ki, torpağın da su temperatura (istilik) rejimləri bu göstəricilərlə bağlıdır. Həmçinin bioloji proseslərin intensivliyi bu amildən çox asılıdır və bitkilərin vegetasiya dövrünün aqroiqlim göstəriciləri torpaqda baş verən proseslərin fəallığını və intensivliyini təyin edir. Vegetasiya dövründən sonra isə bu proseslərin fəallığı azalsa da orta illik iqlim göstəriciləri və vegetasiya dövrləri arası (payız və qış) iqlim göstəriciləri torpaq proseslərinə yenə də öz təsirini göstərir. Bioloji və torpaq proseslərinin əsas istilik, enerji mənbəyi Günəş enerjisi, rütubət mənbəyi isə atmosfer çöküntüləridir. Torpaq və atmosfera arasında daimi olaraq istilik və rütubət mübadiləsi baş verir. Bu mübadilə zamanı isə torpağın hidrotermik rejimi formalaşır ki, bu da torpağın ən vacib xassələrini ifadə edir.

 

              Relyef torpaqəmələgətirən amil kimi

Relyefın səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formalan və s.) və formalannm (geomorfologiyasmm) öyrənilməsinə əsaslanır. Relyefın торпагямяляэятирян amil kimi öyrənilməsinə bir çox toрпaqşünaslaрын - V.V.Dokuçayev, N.M.Sibirtsev, Q.N.Vısotskiy, S.A.Zaxarov, S.S.Nestruyev, B.B.Polınov, V.R.Vilyams, İ.P.Gerasimov və başqalannm əsərləri həsr olunmuşdur. Relyefın 3 qrup formasmı fərqləndirirlər. makrorelyef, mezorelyef və mikrorelyef. Makrorelyef dedikdə böyük ərazilərin ümumi görkəmini müəyyən edən relyefın ян iri formalan başa düşülür: düzənliklər, yaylalar, dağ sistemləri. Makrorelyefın yaranması əsasən yer qabığmda baş verən tektonik proseslərlə əlaqədardır. Mezorelyef - relyefın orta ölçülü formalaрыdır: dağətəyi, təpə, dərə, vadi, terras və onun elementляri - hamar sahələr, müxtəlif meylli yamaclar və s. Mezorelyefin yaranması əsasən ekzogen geoloji prosesляr (denudasiya prosesbri, kontinental çöküntübrin yaranması və s.), о cümляdən qurunun ayn-ayn sahələrinin tədrici qalxması və enməsi ilə bağlıdır. Mikrorelyef adı altında relyefın kiçik formalaры başa düşülür. Bu relyef formalarынын sahəsi bir neçə kvadrat desimetrdən bir neçə yüz kvadrat metrə qədər, nisbi hündürlüyü isə bir metr arasındadır. Mikrorelyef formalarma düzən sahəляrdə çökmə, donuşluq deformasiyası və başqa səbəbлrdən əməля gəlmiş təpəciklər, çökəklikляr aid edilir. Yamaclarda mikrorelyef formalan toрпaq-qрунt kütляsinin sürüşməsi və ya toрпaq-eroziya prosesляri səbəbindən yaranır. Toрпağın formalaşmasmda və toрпaq örtüyünün inkişafında relyefm əhəmiyyəti böyükdür. Relyef yamacların baxarlığından və meylliyindən asıh olaraq günəş radiasiyasının və yağıntıların paylanmasının əsas amili kimi çıxış edir və torpağın su, istilik, qida, oksidləşmə-reduksiya və duz rejimlərinə təsir göstərir. Dağlarda yüksəklikdən asılı olaraq temperaturun aşağı düşməsi və nəmliyin dəyişməsi səbəbindən iqlim, bitki və toрпaqlaрыn şaquli zonallığı yaranır. Hava kütляləri dağlara yaxınlaşarkən tədricən yuxarı qalxır, soyuyur və yağıntılarm düşməsinə səbəb olur. Dağları aşan həmin hava kütляляri aşağı еняряк tədricən qızır və quru hala keçir. Mezo - və mikrorelyefın elementляri və xüsusən də müxtəlif meylliyə malik yamaclar ilk növbədə yer səthində yağıntıların paylanmasında iştirak edir və səthdə axan su ilə.

 

                            Cansız təbiət

Qeyri-maddi təbiət - enerjiyə malik olan maddə və fiziki sahə. Onun quruluşu aşağıdakı sıralama ilə gedir : elementar hissəcik, atom, kimyəvi element, planet, ulduzkainat.

Maddə müxtəlif hallarda ola bilər :qaz, maye, bərkplazma). Materialist dünyagörüşünə görə hesab edilir ki, qeyri-maddi təbiətin inkişafı canlı təbiətin yaranmasına gətirib çıxarıb.

Cansız təbiəti aşağıdakı şəkildə ayırmaq olar:

Canlı təbiət

Canlı təbiət — bütün orqanizmlərin cəmidir. Elmdə o 7 növə bölünür: viruslar, protistlər, arxeylər, bakteriyalar, göbələklər, bitkilər və heyvanlar. Canlı orqanizm biosferanın tərkib hissəsi olan ekosistemdə yaşayır. Təkamül nəzəriyyəsinə görə canlı orqanizmin inkişafı insanın yaranmasına gətirib çıxartmışdır.

 

 

Canlı təbiəti cansız təbiətdən fərqləndirən 5 əsas xüsusiyyəti qeyd etmək olar. Canlı təbiət

1.    Tənəffüs edir;

2.    Qidalanır;

3.    İnkişaf edir;

4.    Çoxalır;

5.    Məhv olur  
 
 
 

  İqlim dəyişikliyi bəşəriyyətə nə vəd edir?

Dünyanın təqribən 100 il vaxtı var

Son günlər dünyanın müxtəlif regionlarına dair hava proqnozu barədə verilən məlumatlarla tanış olduqda təəccüblənməyə bilmirsən. Dünya istiləşməkdən daha çox soyuyur. Londondan tutmuş Pekinədək hamı qalın qar kütləsilə mübarizə aparır. Sanki dünyada qlobal istiləşmə yox, qlobal buzlaşma prosesi gedir. Əslində bu iki proses biri digərinin nəticəsidir və qarşısı alınmazsa, planetimiz tarixində bəşəriyyət üçün təhlükəli olan mərhələsinə qədəm qoyacaq.
 
 

      Bu gün artıq çox az adam qlobal istiləşmə faktına inanmır. Çünki elmi dairələr ictimaiyyəti məlumatlandırırlar ki, atmosferdə parnik qazlarının səviyyəsi fasiləsiz artır. Arktikada buzlar sürətlə əriyir. Yer kürəsindəsə havanın temperaturu dayanmadan artır və onun əsrin sonunadək minimum 2 dərəcə artacağı bildirilir. Bununla belə, elmdən uzaq dairələrdə məsələylə bağlı daha çox əfsanə və miflər dövr edir. Hər şeyin öz yoluna düşəcəyinə inananlar iddia edirlər ki, istiləşmə iqlim sistemindəki dəyişikliklərin bir hissəsidir. Ona görə ki, istiləşmə və soyuq iqlim şəraiti əvvəl də bir-birilərini əvəz edib. Faciənin baş verəcəyinə inananlarsa, əksinə, ehtiyat edirlər ki, qlobal istiləşmə hamımızın yeni buz dövrünə atacaq. Bəs, kim haqlıdır?

 

Doğrudanmı bizi qlobal buzlaşma gözləyir, yoxsa deyilənlər, sadəcə, ehtimaldır?   

Dünyada buzlaşma üçün şərait həmişə olub. Bununla bağlı ilk dəfə ötən əsrin 30-cu illərində astronom və fizik Milyutin Milankoviç məlumat verib. Alimin fikrincə, buzlaşmaya səbəb yaradan faktorlardan biri Yer kürəsinin oxunun çevrədən ellipsə doğru və geriyə dəyişməsidir. Bundan başqa, planetin oxunun əyilmə bucağı da dəyişir və bu azmış kimi, əyilmə bucağı həm də fırlanır. Buna görə də, qütblər Günəşdən qeyri-bərabər istilik alır. Bu dövri dəyişikliklər mütəmadi olaraq baş verir, yəni Yer kürəsini təkcə Günəş deyil, digər kosmik cismləri də cəlb edir.

Şimal və Cənub qütblərinin bu dəyişikliklərə reaksiya verdiyi də məlumdur. Ekvatordasa, əksinə, istilik dəyişikliyi daha az hiss olunur, çünki o Günəş tərəfindən bərabər ölçüdə daimi işıqlandırılır. Amma buna baxmayaraq, hazırki buzlaşma yalnız müəyyən anlarda baş verir və Yer kürəsinin tarixində qısa dövrü əhatə edir.

Qütblər az həcmdə Günəş enerjisi aldığı zaman soyumağa başlayır. İsti su istənilən səviyyədə şimali doğru hərəkət edə bilmir, ona görə ki, cənub tərəfdə soyumağa başlayır. Doğrudur, okeanın konveyeri «işləyir», ancaq zəifləmiş rejimdə «çalışır» və orta enliklərdə temperatur 8-10 dərəcə aşağı düşür ki, bu da buz dövrünün üçün şərait yaradır. Yay mövsümü o dərəcədə soyuq olur ki, yuxarı şimal enliklərində başlanması qar yayda tam ərimir və növbəti qışa qalır. Bu da buzlaqların böyüməsinə səbəb olur. Qeyd etmək zəruridir ki, məhz Şimal yarımkürəsi buz dövrünün başlanmasına «cavabdehdir», ona görə ki, Antarktidada buzlaq daima mövcuddur. Antarktidada buz qatının həcmi böyükdür, kontinentin orta hissəsində buz qatının qalınlığı təqribən 4 min metr təşkil edir. Bu buz qatı buzlaşmalarası dövrdə ərimir, lakin buzlaşma dövrlərində həcmcə də böyümür.

 

 

 Məsələ ondadır ki, buz qatı okeanla əhatə olunub, okeanın suyu da buzlaşmır, çünki okeanın həcmi çox böyükdür və su daim yerini dəyişir. Yəni cənub qütbündə buzlaşmalarası dövrdə ərazidə xarici görkəmcə çox az şey dəyişir. Amma Şimal qütbünün ətrafındakı bütün materiklərdə-Şimali Amerikada, Kanada, Polşada, Almaniyada, Baltikyanı ölkələrdə və Asiyada, o cümlədən Rusiya Federasiyasında quru ərazilər güclü buz qatlarına bürünür. Ümumi temperaturun aşağı düşməsi və geniş buz örtüklərinin yaranması planetin mənzərəsini dəyişir. Kontinentlərdə bütki örtüyü dəyişir: enliyarpaqlı meşələr yerini tundra meşələrinə verir. Amma planetin daha çox qütb və qütblərarası əraziləri dəyişikliklərə məruz qalır.

 

 

NƏTİCƏ:

Beləliklə, aydın olur ki, qlobal istiləşmə tempi perspektivdə sürətlənəcək. Bəşəriyyətin bu prosesi qlobal fəlakətə çevrilməsi üçün təqribən 100 il vaxtı var. Əks təqdirdə, Arktikada və Qrenlandiyada əriyən iri buzlaq suyu Norveç-Qrenlandiya hövzəsində dəniz suyunun səthini şirinləşdirə və yeni qlobal buzlaşma dövrünün başlanmasına səbəb olmaqla müasir okean dövriyyəsini poza bilər. Doğrudur, son hesablamalar göstərir ki, belə bir ssenarinin gerçəkləşməsi üçün həddən artıq ərimiş buz suyu lazımdır. Amma istənilən halda qlobal istiləşmənin qarşısı alınmasıdır. Yoxsa hadisələrin inkişafı yerüstü canlıların xeyrinə cərəyan etməyəcək.

           

Comments