İqlim dəyişməsi prosesi

                          AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA ORTA MƏKTƏB

                       İQLİM DƏYİŞMƏSİ PROSESI

 

Hazırladı:9A2 sinfindən Oruczadə Rauf, Əliyev Mikayıl

Fənn:informatika

Müəllim:Həsənova Nazlı

Indi atmosferdə keçən 650 000 ildəkindən daha çox CO2 var. Yerin iqlim tarixinin tədqiqatları göstərir ki, hətta CO2 səviyyələrində baş verən xırda dəyişikliklər belə, ümumi olaraq, qlobal orta hərarətdə əhəmiyyətli dəyişikliklər əmələ gətirmişdir. Alimlər gözləyir ki, istixana qazı çirklənməsini azaltmaq üçün effektiv siyasətin olmadığı halda, qlobal orta hərarət 2100-cü ilə kimi daha 2.0 Farenhayt şkalası üzrə artaraq 11.5 dərəcə Farenhayta çatacaq. Hətta əgər hərarət dəyişikliyi verilən proqnozların kiçik hissəsi qədər olsa belə, iqlimdə baş verən dəyişikliklərin ciddi olacağı gözlənilir: daha güclü tufanlar, quraqlıqlar, dənizlərin səviyyəsinin artması nəticəsində aşınmaya (eroziya) məruz qalan sahilboyu ərazilər. Verilən proqnozlar özünü tam doğruldarsa, onda dünya qəfil və qarşısı alınmaz fəlakətlərlə üz-üzə qala bilər.  

Farenhayt şkalasından Selsi şkalasına keçmək üçün nəticə rəqəmdən 32 çıxılır və 5/9 –a vurulur. Selsi şkalasından Farenhayt şkalasına keçmək üçün nəticə rəqəmini 9/5-ə vuraraq üzərinə 32 əlavə edilir.

 

 
Farenhayt şkalası ABŞ-da qəbul edilib. Farenhayt üzrə buzun ərimə hərarəti +32 F-a, suyun qaynama hərarəti isə +212 F-a bərabərdir.

 

Siz bu səkillərin köməyi ilə aldığınız hər bir qida məhsulunun üzərində həmin işarələri tapmaqla, onların təbiətə nə dərəcədə ziyan vurub vurmayacağını aydınlaşdıra bilərsiniz.        

 

Zərərli sintetik kimyəvi preparatlardan istifadə edilmədən əldə olunan

materiallardan hazırlanıb.

 İiki nəslin

ehtiyaclarını ödəmək ücün gələcək nəsillərin ehtiyaclarını

qarşılamağa lazım olan ehtiyatlara ziyan vurmağa bizə imkan verməyən

və tərkibi təbii olan materiallardan hazırlanıb.

         Made out of high-quality recycled materials - Yenidən emal olunan

yüksək keyfiyyətli materiallardan hazırlanıb

         Made in a way that contributes little or no impurity to our air,

water or soil - Bizim havamıza, suyumuza və ya torpağımıza azacıq

və ya heç ziyan verməyən üsulla hazırlanıb.

 

 

2050-ci ildə 2 milyard insan suzuz qalacaq

2050-ci ildə dünyada 2 milyard insan sudan məhrum olacaq, 30 il sonra da 3 milyard insan istifadə olunan su qaynaqlarını itirəcək. İsveçin paytaxtı Stockholmda "Dünya Su Həftəsi Forumu"nda təqdim edilən, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan "İqlim dəyişiklikləri və su" mövzulu hesabatına görə, dünyadakı iqlim dəyişiklikləri su qaynaqlarına da təsir edir. Hesabata görə, 2050-ci ildə dünyada iki milyard insan sudan məhrum oalacaq, 30 il sonra da 3 milyard insan istifadə edə biləcəyi su ehtiyyatlarını itirəcək.

          

 

Qlobal İstiləşmənin Səbəbləri.

İnsanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına Qlobal İstilik deyilir. Daha ətraflı açıqlamaq lazım olsa dünyanın səthi günəş şüaları tərəfindən isidilir. Dünya bu şüaları təkrar atmosferə əks etdirir amma bəzi şüalar su buxarı, karbondioksid və əmtəən qazının dünyanın üzərində meydana gətirdiyi təbii bir örtü tərəfindən tutulur.

Qlobal istiləşmə nədir?

Bu da yer üzünün kifayət qədər isti qalmasını təmin edir. Amma son vaxtlar qalıq yanacaqların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və cəmiyyətlərdəki istehlak meylinin artması kimi səbəblərdən atmosferdə karbondioksid, əmtəən və diazot monoksit qazların yığılmasını arıtır. Alimlərə görə bu artım qlobal istiləşməyə səbəb olur. 1860-dən günümüzə qədər tutulan qeydlər, ortalama qlobal istiliyin 0.5 ilə 0.8 dərəcə arasında artdığını göstərir. Alimlər son 50 ildəki istilik artımının insan həyatına gözə çarpacaq dərəcədə təsir etdiyinin fikirindədirlər.

Təbii Səbəblər: günəşin təsiri, dünyanın presizyon hərəkəti.               

Süni səbəblər: qalıq yanacaqlar, istixana qazlarının meydana gəlməsi, istixana təsirinin əhəmiyyəti, istixana qazları: karbondioksid (CO2), istixana qazları: metan(CH4), istixana qazları: azotoksit və su buxarı,

Orta Amerikanlı ildə 9.44 ton CO2 ixrac edir

"Təbiətə bir toxunuş bütün dünyanı qohum edir ."

Uilyam Şekspir

“Bir neçə saatı, yaxud bir neçə günü meşədə, bataqlıqda, ya da çay kənarında keçirməyi, heç zaman boş vaxt itgisi kimi hesab etməmişəm.”

Cimi Karter (Jimmy Carter)

 2008-ci ildə təbii fəlakətlərdən 236 min adam ölüb

BMT bütün dünyaya 181 milyard dollar ziyan dəydiyini hesablayıb

 

2008-ci ildə dünyada baş verən təbii fəlakətlər nəticəsində 236 min adam həlak olub. Fəlakət nəticəsində dəyən ziyan isə 181 milyard dollar təşkil edib. Lent.az-ın BMT-nin xəbər xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin fəlakətlərin təhlükəsini azaltma üzrə Beynəlxalq strategiyasının katibliyi məlumat yayıb.

 

Hesabatda qeyd edilir ki, ötən il milyonlarla adam zəlzələ, qasırğa, fırtına, sel, şiddətli külək və quraqlıq nəticəsində yaralanıb və evini tərk etməyə məcbur olub. Təşkilat vurğulayır ki, 2008-ci ildə daha çox Myanmadakı "Nərgiz" qasırğası ziyan vurub. Həmin qasırğa nəticəsində 138 min adam ölüb, yüz minlərlə adam evsiz-eşiksiz qalıb. Təbii fəlakət nəticəsində Myanmaya 4 milyard dollar ziyan dəyib.

Hesabatda bildirilir ki, təbii fəlakətlər daha çox Asiya ölkələrində baş verib. Çində belə fəlakətlərin sayı 26, Filippində 20, İndoneziyada 16, Hindistanda 10 olub.

 

Ötən il leysan yağışları və qasırğalardan Mərkəzi və Şərqi Avropa ölkələri də ziyan çəkib. Yağışlar iyul ayında başlayıb, Dnestr və Prut kimi çaylarda suyun səviyyəsinin kəskin artmasına gətirib çıxarıb. Nəticədə Ukrayna, Moldova, Rumıniya, Slovakiya və Macarıstanda sel daşqınları 42 nəfərin ölümünə səbəb olub.

Təhlükə böyük bir sürətlə yaxınlaşır. Nə etməli lazım olduğunu bilirikmi? Və bunu bildiyimiz halda əhəmiyyətsiz hesab edib, çirklətməyə, yox etməyə ara vermədən davammı edirik? Oxuyaq, öyrənək, tətbiq edək.

 

Yaxınlaşan təhlükəyə qarşı " biz nə edə bilərik?"

Dövlət Olaraq qlobal istiləşməyə qarşı edilə biləcəklər :

* Əvvəlcə Azərbaycanın həqiqi bir istixana qazı dəyərlərini təyin etmək

* Hidrolik enerjidən ən çox faydalanmaq.

* Külək enerjisi, günəş enerjisi, jeotermal enerji və digər yenilənə bilər enerji qaynaqlarını təşviq etmək.

* Boş əraziləri ağaclandırmaq.  

* Meşə yanğınlarına nəzarət etmək.

* İstilik stansiyalarında, yaxşı yandırma metodlarını inkişaf etdirmək və keyfiyyətli yanacaq istifadə etmək.

* İstiləşmə məqsədli yanacaqlara nəzarət etmək.

* Xalqı şüurlandırmaq.

* Əkinçilik siyasətini nəzərdən keçirmək.

* Turizm planlamasını yenidən etmək.

 

Yerli Rəhbərliklərin qlobal istiləşməyə qarşı edə biləcəkləri :

* İqlim dəyişməsinin təsirlərini uşaqlarımız və onların uşaqları daha çox yaşayacaqlar. Bu səbəblə, məktəblərdə iqlim dəyişməsi mövzusunda təlimatçı proqramlar təşkil etmək.

* Enerji və su qənaətini proyektləndirərək tətbiqə əlavə etmək.

* Yeni su qaynaqları və yenilənə bilər enerji qaynaqları tapmaq.

* İstixana qazlarını azaldacaq tədbirləri və yoxlamaları artırmaq.

* İnfrastruktur və məskunlaşma planlamalarında iqlim dəyişməsi təsirlərini göz önünə almaq.

* Böyük şəhərlərə köçü cazibədar haldan çıxartmaq, geri köçü etina etdirmək.

 

Fərd Olaraq qlobal istiləşməyə qarşı edə biləcəklərimiz

 

* Evdə ən çox istifadə edilən 5 ampülü ən az enerji istehlak edən cinslərlə dəyişdirmək. 2.5 milyon evdə edilən bu tətbiq ilə 1 ildə 800.000 vasitənin atmosferə verdiyi istixana qazına ekvivalent qənaət etmiş oluruq. Eyni zamanda elektrik fakturamız da aşağı gələcəkdir.

* Evlərdəki 2. televiziyaları təkə endirməliyik. Kondisionerlərin filtrlərini 3 ayda bir dəyişdirməliyik. Çirklənən filtrlər hava axışını yavaşladacağından cihaz daha çox enerji xərcləyəcək.

* Su istifadəsindəki bədxərclik, həm enerji istehlakını, həm də su istehlakını artırmaqdadır. Məsələn, diş təmizliyində və taraş olarkən kranlar mütləq bağlanılmalıdır.

* Tualetlərin sifonları, sızıntılara qarşı nəzərdən keçirilməlidir.

* Əkili hobbi bağçanızı mütləq kiçildin. Sulama tələb etməyən sahələri böyüdün. Az sulama tələb edən bitkilər tikin.

* Vasitənizi xortumla deyil də vedrə su ilə yuyun.

* Evinizdə və işyerinizdə, istifadə etmədiyiniz zamanlarda, TV, radio, kompüter kimi elektronik cihazların çeklərini çəkin.

* Yaz aylarında evinizin günəş tutan pəncərəsinə ağ pərdə tutun və gün boyu bağlı saxlayın.

* Ağac əkin. Hər ağac atmosferdən əhəmiyyətli ölçüdə istixana qazı (CO2) əmər.

* Yaxın məsafələrə gedin. Uzun məsafələr üçün metro və tramvayı seçin.

* İstehlakı azaldın.

* Vasitənizi aşağı sürətdə istifadə edin!

 

Qlobal istiləşmə insanlar üçün daşqınlar, quraqlıq, meşə yanğınları, sunami və epidemiya qədər təhlükə kəsb edən təbiət prosesidir. “ACNielsen” şirkəti 46 ölkədən olan 25 min İnternet istifadəçisi arasında keçirilən sosioloji sorğunun nəticələrinə əsasən bu qənaətə gəlib.

 

Sorğuya qatılan respondentlərin 90 faizi qlobal istiləşməni bəşəriyyət üçün real təhlükə adlandırıblar. Maraqlıdır ki, bu qlobal təhlükənin mövcudluğu barədə daha çox əvvəllər ağır təbii fəlakətlərlə üzləşmiş ölkələrin sakinləri daha məlumatlıdır. Çexiya vətəndaşlarının 99 faizi, Çin, Rusiya, Portuqaliya və Tailand vətəndaşlarının isə 98 faizi qlobal istiləşməni bəşəriyyət üçün real təhlükə kimi qiymətləndirib. Qitələr üzrə bölgüdə isə Avropa və Latın Amerikası ölkələri vətəndaşlarının qlobal istiləşmə barədə məlumatlı olduğu və təhlükəni daha real dəyərləndirdiyi üzə çıxıb. Şimali Amerika və Yaxın Şərq ölkələrinin sakinləri isə bu problem barədə daha az məlumata malikdirlər və bu təhlükəyə görə çox da narahat deyillər. Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının 16 faizi, ABŞ vətəndaşlarının 13 faizi, Malayziya sakinlərinin isə 11 faizi ümumiyyətlə qlobal istiləşmə barədə heç bir məlumata malik olmadığını deyib.

• ABŞ-ın "Pew Research Center for the People & the Press" mərkəzinin keçirdiyi sorğunun nəticələri isə tam fərqli nəticələr üzə çıxarıb. ABŞ-da keçirilən sorğuya qatılan vətəndaşların 77 faizi qlobal istiləşmə adlanan prosesin mövcudluğunu təsdiqləyən faktların olduğunu düşünür. Respondentlərin 47 faizi qlobal istiləşməyə görə insanları, 20 faizi isə təbiəti günahlandırıb, amerikalıların 16 faizi isə ümumiyyətlə qlobal istiləşmə deyilən məfhumun mif olduğunu deyiblər. Problemin mövcudluğun təsdiqləyən respondentlərin 73 faizi qlobal istiləşməni ciddi təhlükə adlandırıb, 81 faiz isə hesab edir ki, bu təhlükədən qurtarmaq üçün bütün ölkələrin hakimiyyət orqanları öz səlahiyyətləri daxilində təcili tədbirlər görməlidir.

 

• Keçirilən sorğu daha bir maraqlı məqamı üzə çıxarıb. Sorğu nəticəsində məlum olub ki, amerikalıların qlobal istiləşmə probleminə münasibəti təhsil səviyyəsindən və siyasi mənsubiyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Təhsil səviyyəsi daha yüksək olan ABŞ vətəndaşını Yer kürəsinin "hərarətinin artması" daha çox narahat edir. Bundan başqa liberal dünyagörüşünə malik Demokrat Partiyasının tərəfdarları qlobal adlanan prosesin mövcudluğuna 100 faiz inanır, mühafizəkar Respublikaçılar Partiyasının tərəfdarları isə bu qlobal problemin olmasına şübhə ilə yanaşırlar.

• Qlobal istiləşmə artıq uzun illərdir ki, aclıq, işsizlik, nüvə silahının yayılması kimi qlobal təhlükələr siyahısına daxil edilsə də, dünya dövlətləri bu təhlükəyə qarşı heç də eyni səviyyədə mübarizə aparmır. Climate Action Network ekoloji təşkilatı dövlətlərin qlobal istiləşməyə qarşı apardığı mübarizənin səviyyəsinə görə reytinq cədvəlini tərtib edib. Reytinq siyahısına 56 dövlətin adı daxil edilib.

 

• Yerin səthində istiləşmənin əsas səbəbi karbon anhidridi tullantıları hesab olunur, dünyada karbon anhidridi tullantılarının 90 faizi məhz reytinq siyahısına daxil edilən 56 ölkənin payına düşür.

 

• Bu göstəriciyə görə qlobal istiləşməyə qarşı ən yaxşı mübarizə aparan dövlətlərin siyahısına İsveç, Böyük Britaniya, Danimarka, Malta və Almaniya başçılıq edir. Postsovet ölkələri arasında ən yaxşı göstərici Latviyaya məxsusdur – 11-ci yer. Litva 17-ci, Estoniya 30-cu, Belarus 37-ci, Rusiya 42-ci, Ukrayna 44-cü, Qazaxıstan 52-ci yerdədir. Reytinq cədvəlində son yerləri ABŞ, Səudiyyə Ərəbistanı, Malayziya və Çin tutur. Ekoloqlar Fransanın bu sahədə gördüyü işləri məqbul dəyərləndirərək, bu ölkəni 12-ci yerə layiq görüblər. Siyahıda Yaponiya 26-cı, Polşa 27-ci, İspaniya 38-ci, İran 49-cu, Kanada 51-ci yerdə qərarlaşıb.
 
 

 

Comments