Iqlim dəyişiklikləri

 

 

 Mövzu: İqlim dəyişiklikləri

 

Hazırladı:Rzayev Bahadur

                  İsmayılov Murad

                  Kərimov Sadiq

Sinif:9a2

 

Müəllim:Nazlı Həsənova

 

 

 

 

 İQLİM  DƏYİŞMƏSİ  PROSESİ

 

 

Qlobal istiləşmə ətraf mühitdə dəyişikliklər edir

Isti hava ətraf mühitdə ciddi dəyşikliklər edir. Arktika, Antarktida, Qrenlandiya və digər yerlərin buzlaqları sürətlə əriyir. Bu isə dünya okeanındakı suyun səviyyəsinin artması deməkdir. Dünyanın ən böyük  adası olan Qrenlandiyanın 81 faizi buzlaqlarla örtülüdür. 60 min insanın yaşadığı adada dünyanın bütün şirin su ehtiyatının
onda biri mövcuddur.
   Qlobal istiləşmənin təsirindən buzlaqların sürətlə əriməsi böyük adanın gələcəyini şübhə altına alır.  Bu barədə məlumat verən təşkilatlar gələcəkdə Qrenlandiyada temperaturun hələ iki dəfə də artacağını bildiriblər. Bunun nəticəsində isə şirin suyun böyük hissəsi dünya okeanına axacaq. Bu da okean sahillərindəki əraziləri təhlükə altına alacaq. Müasir dövrdə bu problem hamını narahat etməlidir. Klimatoloqlar (iqlim dəyişkənliyi ilə məşğul olanlar) elan ediblər ki, XX əsrin II yarısından başlayaraq qlobal istiləşmə tədricən baş verir. Amma bu baş verənlərin ağır nəticələri olacağını bəri başdan bildirən alimlər  həyacan təbili çalırlar.

Qlobal istiləşmə Qurani-Kərimdə

“İnsanların öz əlləri ilə etdikləri üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr ki, Allah (bununla) onlara etdiklərinin bir qismini daddırsın və bəlkə onlar tövbə edib, pis yoldan qayıtsınlar”.(Ər-Rum, 30:41) Müqəddəs kitabımızda oxuduğumuz bu cümlələr qlobal istiləşmədən əsrlər öncə xəbər verib. Əslində, günəşin aldığı enerjinin miqdarına görə Yer kürəsi səthində 20 dərəcə selsi şaxta olmalıdır. Məlumdur ki, Yer səthində orta hesabla müsbət 20 dərəcə hərarət var. Bunun səbəbi isə yer atmosferində su buxarı, karbon, metan, ozon və s. qazlardan ibarət təbəqənin mövcud olmasıdır. Bu təbəqə Yer atmosferində təxminən 25 kilometrlik yüksəklikdə yerləşir. Adıçəkilən atmosfer təbəqəsi Günəşin istilik şüalarını Yerə doğru maneəsiz buraxır, yəni bu istilik şüaları Yer atmosferində udulmadan keçirlər.

 Həmin şüalar Yer səthindən əks olunub həmin təbəqəyə çatanda elə bil ki, möcüzə baş verir. Bu təbəqədə yerləşən həmin qazlar şüaları əks etdirərək yenidən Yerə qaytarır. Proses eynən insanların yerdə yaratdığı süni istixanalarda (parniklərdə) baş verən proseslərə bənzəyir. Bu səbəbdən Yer planetimizin səthində hərarət 39 dərəcə selsi yüksəlir. Belə bir çox böyük tənzimləmə hesabına Yer səthində orta illik hərarət +18-20 dərəcə selsi olur. İstixana effektinin mahiyyəti belədir. Əgər bu təbəqə olmasaydı, onda Yerdə -20 dərəcə selsi şaxta olardı. Yerin də səthi Mars planeti kimi buzla örtülü olardı. Su maye halında deyil, buz halında olardı. Belə olan halda, insanlar üçün Yer səthində yaşamaq mümkün olmazdı. Allahın qoyduğu bu gözəl nizamı bəşər övladı öz əməli ilə pozmaq üzrədir. Bu məsələ isə yuxarıdakı Quran ayəsində insana əvvəlcədən açıq şəkildə bildirilib.

Mal-qaranın artımı ölkədə qlobal istiləşməyə səbəb olur

Qlobal istiləşmə insanlara xoşagəlməz təbiət hadisələri ilə yanaşı müxtəlif xəstəliklər də gətirəcək. Daşqınlar, quraqlıq, epidemiya, meşə yanğınları kimi təhlükələr eyni zamanda bəşər övladının sağlamlığına və adi həyatına böyük zərbə vuracaq. Bəşəriyyət üçün real təhlükə mənbəyi olan bu təbiət hadisəsi haqqında şəhər sakinləri ilə apardığımız müzakirələr zamanı məlum oldu ki, onların çoxu buna biganədir və ya xəbərləri yoxdur. Onlar bilmir ki, istiləşmə istisna olmadan dünyanın bütün bölgələrinə təsir edir. Azərbaycan alimləri ölkədə əvvəlki illərə nisbətən havaların daha az yağmurlu keçdiyini, hava hərarətinin daha fərqli olduğunu qeyd edirlər. Hazırda iqlimin sərin keçməsinə baxmayaraq, hər gün bizi narahat edən maqnit dalğaları və bürkü ilə müşayiət olunan hava sıxlığı qocaları, orqanizmi zəif olanları incidir.
Havanın quraqlıq keçməsi kənd təsərrüfatına da ciddi ziyan vurur. Amma istiləşmənin səbəbini araşdıran mütəxəssislər deyir ki, şəhərdə nəqliyyatın çoxalması, rayonlarda mal-qaranın artması bu problemi ciddiləşdirir. Belə ki, mal-qara tullantısı təmiz metan qazıdır ki, o da havaya daxil olur. Bu xoşagəlməz qazın digər istehsalçısı isə məişət tullantılarıdır. Küçələrdə, bloklarda, harda gəldi qalaqlanan zibillər sən demə, qlobal istiləşməyə də rəvac verirmiş. Bundan başqa karbon anhidridin tullantıları da bizi hədələyən bu təhlükəni günbəgün artırır. Qlobal istiləşmə probleminin ortaya çıxmasının əsas səbəbi istixana effekti yaradan qatda karbon qazının və metanın miqdarının artmasıdır.
Bu problemdən azacıq xilas olmağın bir yolu isə alternativ enerji mənbələridir. Artıq illərdir ki, sivil ölkələrdə istifadə olunan bu qurğular vasitəsilə günəş şüasından lazımınca istifadə etmək mümkündür.

İstiləşməyə qarşı hansı ölkə daha çox mübarizə aparır?

Bu yaxınlarda mətbuatda bəşəri problemə qarşı ən yaxşı mübarizə aparan ölkələrin adları açıqlanmışdı. Bu siyahıya İsveç, Böyük Britaniya, Danimarka, Almaniya və Malta başçılıq edirlər. Postsovet ölkələri arasında ən yaxşı göstərici Latviyaya məxsusdur. Azərbaycana gəlincə, ölkə prezidentinin bu yöndə proqramlar hazırlamaq və digər işlərin görülməsi üçün verdiyi fərman elə kağız üzərində qalıb. Bundan hətta iqtidar nümayəndələrinin də xəbəri yoxdur.
Britaniya Universiteti iqlim dəyişikliyi haqda məlumatları gizlədib

Böyük Britaniyanın Şərqi İngiltərə Universitetinin bir qrup əməkdaşları informasiya azadlığı haqqında qanunu pozaraq, iqlim dəyişikliyi ilə bağlı ən son hesabat və məlumatları əks etdirən e-mail məktublarını gizlədiblərmiş.
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu barədə Britaniya Məlumatların saxlanmasına nəzarət üzrə komissiyadan məlumat veriblər.
 Məlumatda deyilir ki, dünyanın aparıcı alimlərinin iqlim dəyişikliyi ilə bağlı ən son hesablamaları və nəticələrini əks etdirən bir çox e-mail məktublar Şərqi İngiltərə universitetinin iqlimlə məşğul olan şöbəsi tərəfindən oğurlanıb və ictimaiyyətə açıqlanmayıb.

Komissiyadan bildiriblər ki, əvvəllər də 2007-ci ildən təqaüdə çıxmış alim Devid Hollanddan bu universitetlə bağlı oxşar şikayətlər alınıbmış. İndi məlum olub ki, alimin məlumat almaq haqqında hüquqları pozularaq ona bu haqda məlumat verilməyib.
Bu məlumatlar yalnız BMT-nin dekabr ayında baş tutan Kopenhagen görüşü qabağı ictimaiyyətə çatdırılıb və yayımlandığı andan alimlərin yanlış məlumat verməklə bağlı beynəlxalq müzakirələrə səbəb olub.
Universitetin vitse-prezidenti Edvard Akton isə məlumatım gizlədilməsi haqqında bütün iddiaları əsassız adlandırıb və bunu bir anlaşılmazlıq hesab edir. O deyib ki, indiyə qədər iqlim dəyişikliyi ilə bağlı bütün məlumatlar heç bir dəyişiklik edilmədən ictimaiyyətin nəzərinə çatdırılıb.

 

 

                  


AZƏRBAYCANDA İQLİM

  Qışın ilk ayı mülayim keçdi. Rəsmi proqnozlara görə, yanvar ayında da müsbət temperatur üstünlük təşkil edəcək. Mütəxəssislər havanın mövsümə uyğun keçməməsinin kənd təsərrüfatına və adamların səhhətinə təsirsiz ötüşmədiyini deyir.

K
ənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin rəhbəri Əsəd Musayev bildirir ki, qış aylarında temperaturun normadan artıq olması məhsuldarlığa zərbə vuracaq: “Qış olduqca əlverişsiz keçir. Yağıntıların miqdarı normadan azdır, qarın olmaması isə taxıl istehsalına mənfi təsir göstərir. İndidən proqnoz vermək mümkündür ki, 2011-ci ildə məhsuldarlıq 30-40 faiz aşağı düşəcək. Lakin hələ cücərməyən taxıl sahələri çoxdur, qar yağsa, vəziyyət qismən düzələ bilər. Qar çox vacibdir.

Havanın normadan isti keçm
əsi gəmiricilərin və həşəratların aktivləşməsinə də səbəb olub. Fermerlərin problemləri birə-beş artıb. Xüsusilə taxıl sahələrinə siçanların verdiyi ziyan böyükdür.

 Yüksək temperatur və yağmursuz hava ağacların və bitkilərin vaxtından əvvəl inkişafına gətirir. Ağac, bitki müsbət temperatura aldanır, ardınca kəskin şaxtalar olsa, onlar ziyan görəcək”.

Milli Elml
ər Akademiyasının Mərkəzi Nəbatat Bağının direktoru Oruc İbadlı bildirir ki, havanın anomal keçməsi bitkiləri aldadır: “Bitki yanvarda qara adət etdiyi təqdirdə müsbət temperaturla qarşılaşır və orqanizmində anormal inkişaf başlayır. Belə iqlim dəyişkənliyi zamanı bitkiləri mütəmadi dərmanlamaq lazımdır ki, zərərverici həşəratlar bitkiləri tələf etməsin. Belə havada qarğaların bitki toxumlarına hücumu da çoxalır”.

Oruc İbrahimli hesab edir ki, anomal hava ş
əraiti məhsuldarlığa ciddi ziyan vurmayacaq: “Əgər anomal hava şəraiti payız və yaz aylarında olsaydı, bu, ciddi fəsadlara yol açardı. Məhsuldarlığa ciddi ziyan bitkinin mayalanma, çiçəkləmə dövründə küləkdən, şaxtadan dəyə bilər”.

Az
ərbaycan Fermerlər İttifaqının sədri Sadıq Murtuzayev bildirir ki, qışlaqrda otlaqlar yararsız vəziyyətə düşüb: “Olduqca ağır vəziyyətdir. Qışlaqlar bərbad, yararsız haldadır. Çünki heyvanların qidalanması üçün yaşıllıq yoxdur. Xüsusilə qoyunçuluğa ağır ziyan dəyib.
Əkinçilikdə də vəziyyət ürəkaçan deyil. Sahələrin az qala 70 faizində bitmə heç yoxdur. Bundan sonra qar yağsa belə, vəziyyət düzəlməyəcək. Çünki indiyə kimi taxıl göyərməliydi ki, üstünü qar örtsün. Birdən-birə şaxtalar düşəcək və taxılın yeni cücərtilərini şaxta vuracaq. Bir sözlə, çox təhlükəli vəziyyət yaranıb”.

Havaların anomal keçm
əsi insan səhhətində də müxtəlif fəsadlar yaradır. Respublika Perinatal Mərkəzinin həkim-neantoloqu Aygün İbadullayeva deyir ki, havaların mövsümə uyğun keçməməsi ürək-damar, ağciyər, astma, oynaq, allergik xəstəlikləri olanlara və hipertoniklərə daha mənfi təsir göstərir: “İnsan orqanizmi xarici mühitlə qarşılıqlı əlaqədə olur və özünü xarici mühitə uyğunlaşdırır. İnsanlarda maddələr mübadiləsi, o cümlədən metabolizm həyatın əsasını təşkil edir. Xarici mühitdə baş verən bütün fiziki və kimyəvi proseslər orqanizmin hüceyrələrində struktur dəyişikliklərinə səbəb olur.
daxili mühitinin sabitliyi qan dövranından, ifrazat orqanlarının fəaliyyətindən və hidrogen ionlarının qatılığından asılıdır. Temperatur, rütubət, atmosfer təzyiqi metroloji amillər kompleksinə aiddir. Bunlar ayrılıqda və ya bir yerdə orqanizmə ciddi təsir göstərmək iqtidarındadır.
Məsələn, soyuq havanın uzun və ya qısa müddətli təsiri orqanizmdə ümumi və ya yerli reflektor dəyişikliklər əmələ gətirir. Yəni qış fəslində olduqca mülayim hava şəraiti və yaxud əksinə, yazda sərt hava şəraiti hökm sürdükdə insan orqanizminin yoluxucu xəstəliklərə qarşı müqaviməti aşağı düşür. Belə hava xüsusilə ürək qüsuru olan, damar sklerozu, ağciyər, oynaq xəstəlikləri keçirmiş şəxslər üçün daha təhlükəlidir. Bu tip anomal hava şəraiti həmin xəstəliklərin ağırlaşmasına səbəb olur.
Uzun müddətdir temperatur iqlimə uyğun deyil, yüksəkdir, bu isə ürək-damar sisteminin kompensator qabiliyyətinin, mədə-bağırsaq sisteminin funksional fəaliyyətinin zəifləməsi ilə müşahidə olunur. Belə şəraitdə tez yorulma, zehni və fiziki əmək qabiliyyətinin aşağı düşməsi baş verir. Burada günəş radiasiyasının orqanizmə təsiri amilini də nəzərə almaq lazımdır. Günəşin aktivliyi yüksəldikcə elektromaqnit sahəsinin gərginliyi artır və bir sıra xroniki xəstəliklər kəskinləşir. Anomal hava əsəb sistemi xəstəliklərinə də öz ciddi mənfi təsirini göstərir. Belədə qrip və başqa yoluxucu xəstəliklər daha da əl-qol açır. Yəni əlavə radiasiya maddələr mübadiləsinə, immun sisteminə təsir göstərir”.

Mənbələr:

www.xalqqazeti.com

www.google.az

www.az.trend.com

Comments