iqlim dəyişməsi prosesi

  

 

İqlim dəyişikliyi bəşəriyyətə nə vəd edir? 

Dünyanın təqribən 100 il vaxtı var 

Son günlər dünyanın müxtəlif regionlarına dair hava proqnozu barədə verilən məlumatlarla tanış olduqda təəccüblənməyə bilmirsən. Dünya istiləşməkdən daha çox soyuyur. Londondan tutmuş Pekinədək hamı qalın qar kütləsilə mübarizə aparır. Sanki dünyada qlobal istiləşmə yox, qlobal buzlaşma prosesi gedir. Əslində bu iki proses biri digərinin nəticəsidir və qarşısı alınmazsa, planetimiz tarixində bəşəriyyət üçün təhlükəli olan mərhələsinə qədəm qoyacaq. 

Bu gün artıq çox az adam qlobal istiləşmə faktına inanmır. Çünki elmi dairələr ictimaiyyəti məlumatlandırırlar ki, atmosferdə parnik qazlarının səviyyəsi fasiləsiz artır. Arktikada buzlar sürətlə əriyir. Yer kürəsindəsə havanın temperaturu dayanmadan artır və onun əsrin sonunadək minimum 2 dərəcə artacağı bildirilir. Bununla belə, elmdən uzaq dairələrdə məsələylə bağlı daha çox əfsanə və miflər dövr edir. Hər şeyin öz yoluna düşəcəyinə inananlar iddia edirlər ki, istiləşmə iqlim sistemindəki dəyişikliklərin bir hissəsidir. Ona görə ki, istiləşmə və soyuq iqlim şəraiti əvvəl də bir-birilərini əvəz edib. Faciənin baş verəcəyinə inananlarsa, əksinə, ehtiyat edirlər ki, qlobal istiləşmə hamımızın yeni buz dövrünə atacaq. Bəs, kim haqlıdır? Doğrudanmı bizi qlobal buzlaşma gözləyir, yoxsa deyilənlər, sadəcə, ehtimaldır? 

Günah axındadır 

Dünyada buzlaşma üçün şərait həmişə olub. Bununla bağlı ilk dəfə ötən əsrin 30-cu illərində astronom və fizik Milyutin Milankoviç məlumat verib. Alimin fikrincə, buzlaşmaya səbəb yaradan faktorlardan biri Yer kürəsinin oxunun çevrədən ellipsə doğru və geriyə dəyişməsidir. Bundan başqa, planetin oxunun əyilmə bucağı da dəyişir və bu azmış kimi, əyilmə bucağı həm də fırlanır. Buna görə də, qütblər Günəşdən qeyri-bərabər istilik alır. Bu dövri dəyişikliklər mütəmadi olaraq baş verir, yəni Yer kürəsini təkcə Günəş deyil, digər kosmik cismləri də cəlb edir. Şimal və Cənub qütblərinin bu dəyişikliklərə reaksiya verdiyi də məlumdur. Ekvatordasa, əksinə, istilik dəyişikliyi daha az hiss olunur, çünki o Günəş tərəfindən bərabər ölçüdə daimi işıqlandırılır. Amma buna baxmayaraq, hazırki buzlaşma yalnız müəyyən anlarda baş verir və Yer kürəsinin tarixində qısa dövrü əhatə edir. 

Bununla belə, təqribən 1,8 milyon il öncə Yer kürəsi aşkar və sərt iqlim dəyişiklik tsiklinə daxil olub: istilik fazaları buzlaşma dövrlərilə əvəz edilib. Bəs, niyə belə olub? Amerikalı alim V.Brokerin sözlərinə görə, qütblərdə planet oxunun dəyişməsi üzündən baş verən iqlim dəyişikliklərini gücləndirən faktorlar var və 1,8 milyon il əvvəl məhz bu faktorlar işə düşüb. Həmin vaxt Atlantik və Sakit okeanı birləşdirən Panama boğazı yox olub. Buna qədər Atlantik okeanından su maneəsiz olaraq Sakit okeana tökülüb, Qolfstrim cərəyan sisteminin də formalaşması bu ana təsadüf edir. Məhz bu hadisə planetdə iqlimin istidən soyuğa dəyişməsinə məcbur edib, daha dəqiq desək, iqlimin birindən digərinə dəyişməsinə Qolfstrim sisteminin formalaşması səbəb olub. 

Qeyd etmək yerinə düşərdi ki, Qolfstrim cərəyanı tropik və subtropik enliklərdə «Qolfstrim», şimal enlikdə Şimal-Atlantik, qütb enliklərindəsə Norveç cərəyanı adlanır. Məhz qütb enliklərində, obrazlı desək, isti üst suların şimala doğru hərəkət etməsinə şərait yaradan müasir okean dövriyyəsinin mühərriki yerləşir. Bu isti cərəyan suları həddən artıq duzludur və Norveç-Qrenlandiya hövzəsində güclü şəkildə soyuyan zaman onun sıxlığı əhatəsindəki suyun sıxlığından artıq olur. Ağırlıq qüvvəsi sayəsində cərəyan suları dərinliyə enərək cənub istiqamətli dərin sualtı cərəyan formalaşdırır. Bu cərəyan Antarktidanın sahillərinə doğru hərəkət edir, sonrasa şaxələnir. Bir qolu Hind okeanına, digərisə Sakit okeana istiqamətlənir. Lakin hər iki qol sonda yuxarı qalxaraq Karib dənizinə və Meksika körfəzinə qayıdır. Qolfstrim cərəyanı da başlanğıcını buradan götürür. Dairə beləcə qapanır. Buzlaşmaarası dövrdə Dünya okeanında suyun dövriyyəsi də məhz belə baş verir. 

Qeyd etmək lazımdır ki, Qərbi Avropanın istilik büdcəsinin 30 faizini Qolfstrim cərəyanı təmin edir. Məhz bu cərəyan sayəsində Avropada qış isti və mülayim keçir. Müqayisə edin: Norveç sahilində yanvar ayında orta aylıq temperatur 0-5 dərəcə olduğu halda, Çukotkada -30-35 dərəcə təşkil edir. Hər iki ərazi eyni enlikdə yerləşməsinə baxmayaraq fərq böyükdur. 

Bəs, buz dövrü nədir? 

Qütblər az həcmdə Günəş enerjisi aldığı zaman soyumağa başlayır. İsti su istənilən səviyyədə şimali doğru hərəkət edə bilmir, ona görə ki, cənub tərəfdə soyumağa başlayır. Doğrudur, okeanın konveyeri «işləyir», ancaq zəifləmiş rejimdə «çalışır» və orta enliklərdə temperatur 8-10 dərəcə aşağı düşür ki, bu da buz dövrünün üçün şərait yaradır. Yay mövsümü o dərəcədə soyuq olur ki, yuxarı şimal enliklərində başlanması qar yayda tam ərimir və növbəti qışa qalır. Bu da buzlaqların böyüməsinə səbəb olur. Qeyd etmək zəruridir ki, məhz Şimal yarımkürəsi buz dövrünün başlanmasına «cavabdehdir», ona görə ki, Antarktidada buzlaq daima mövcuddur. Antarktidada buz qatının həcmi böyükdür, kontinentin orta hissəsində buz qatının qalınlığı təqribən 4 min metr təşkil edir. Bu buz qatı buzlaşmalarası dövrdə ərimir, lakin buzlaşma dövrlərində həcmcə də böyümür. Məsələ ondadır ki, buz qatı okeanla əhatə olunub, okeanın suyu da buzlaşmır, çünki okeanın həcmi çox böyükdür və su daim yerini dəyişir. Yəni cənub qütbündə buzlaşmalarası dövrdə ərazidə xarici görkəmcə çox az şey dəyişir. Amma Şimal qütbünün ətrafındakı bütün materiklərdə-Şimali Amerikada, Kanada, Polşada, Almaniyada, Baltikyanı ölkələrdə və Asiyada, o cümlədən Rusiya Federasiyasında quru ərazilər güclü buz qatlarına bürünür. Ümumi temperaturun aşağı düşməsi və geniş buz örtüklərinin yaranması planetin mənzərəsini dəyişir. Kontinentlərdə bütki örtüyü dəyişir: enliyarpaqlı meşələr yerini tundra meşələrinə verir. Amma planetin daha çox qütb və qütblərarası əraziləri dəyişikliklərə məruz qalır. 

Nə qədər kədərli olsa da, buz dövrləri təxminən 100 min il sürür, yəni 10 min davam edən buzlaşmalararası dövrlərdən daha uzun çəkir. Planetimizin iqlim sisteminin xüsusiyyəti belədir. İndi yaşadığımız buzlaşmalararası dövr artıq 10 min ildir davam edir. Vurğulamaq lazımdır ki, insan sivilizasiyası məhz bu son 10 min il ərzində inkişaf edib. Bəs, bəşəriyyəti qarşıda nə gözləyir? 

Bu gün atmosfer sürətlə isinir və bu da buz qatının əriməsinə səbəb olur. Hazırda planetdə iki böyük buzlaq var. Biri qalınlığı 2 kilometrə çatan Qrenlandiyada, digərisə qalınlığı 4 kilometrə çatan Antarktidada yerləşən buzlaqdır. Bundan başqa, Şimal Buzlu okeanda və yüksək dağ buzları da var. Qısası, dünyada əriyəsi çox buz mövcuddur. Buzların əriməsi Dünya okeanının səviyyəsini artırır. Dəniz səviyyəsindən aşağı ərazilərdə yaşayan insanların sayı az deyil və okean sularının səviyyəsinin artması yaşayış üçün böyük təhlükə törədir. 

Amma bu da son təhlükə deyil. Buzlaqların üst qatının azalması albedonun səviyyəsini aşağı salır. Albedo-Yer kürəsi səthinin Günəş şüalarını əks etdirmək qabiliyyətidir. Yerin səthi nə qədər parlaq olarsa, Günəş şüalarını bir o qədər əks etdirəcək və nəticədə yer səthi daha az isinəcək. Buzlar Günəş enerjisinin təqribən 80-90 faizini, okeansa cəmi 5 faizini əks etdirir. Artıq qalan 5 faiz udulur və istiləşməyə sərf olunur. Yəni qlobal istiləşmə prosesi daha da sürətlənir. 

Bundan başqa, Yer kürəsinin böyük əraziləri əbədi buzlaşmalarla örtülüdür. Yalnız Afrika və Avstriya istisna təşkil edir. Rusiya ərazisinin 65 faizi əbədi buzlaqlardan ibarətdir. Problem ondadır ki, əbədi buzlaqlar karbon qazının və metanın güclü potensial mənbəyidir. Hesablamalara görə, buzlarda cəmləşən karbon qazı hazırda atmosferdə mövcud olan karbon qazından iki dəfə çoxdur. Atmosferin isinməsi də əbədi buzlaqların əriməsini sürətləndirir və bu da karbon qazının və metanın azad olmasına şərait yaradır. Son nəticədə «istixana effekti» güclənir. 

Beləliklə, aydın olur ki, qlobal istiləşmə tempi perspektivdə sürətlənəcək. Bəşəriyyətin bu prosesi qlobal fəlakətə çevrilməsi üçün təqribən 100 il vaxtı var. Əks təqdirdə, Arktikada və Qrenlandiyada əriyən iri buzlaq suyu Norveç-Qrenlandiya hövzəsində dəniz suyunun səthini şirinləşdirə və yeni qlobal buzlaşma dövrünün başlanmasına səbəb olmaqla müasir okean dövriyyəsini poza bilər. Doğrudur, son hesablamalar göstərir ki, belə bir ssenarinin gerçəkləşməsi üçün həddən artıq ərimiş buz suyu lazımdır. Amma istənilən halda qlobal istiləşmənin qarşısı alınmasıdır. Yoxsa hadisələrin inkişafı yerüstü canlıların xeyrinə cərəyan etməyəcək. 


Indi atmosferdə keçən 650 000 ildəkindən daha çox CO2 var. Yerin iqlim tarixinin tədqiqatları göstərir ki, hətta CO2 səviyyələrində baş verən xırda dəyişikliklər belə, ümumi olaraq, qlobal orta hərarətdə əhəmiyyətli dəyişikliklər əmələ gətirmişdir. Alimlər gözləyir ki, istixana qazı çirklənməsini azaltmaq üçün effektiv siyasətin olmadığı halda, qlobal orta hərarət 2100-cü ilə kimi daha 2.0 Farenhayt şkalası üzrə artaraq 11.5 dərəcə Farenhayta çatacaq. Hətta əgər hərarət dəyişikliyi verilən proqnozların kiçik hissəsi qədər olsa belə, iqlimdə baş verən dəyişikliklərin ciddi olacağı gözlənilir: daha güclü tufanlar, quraqlıqlar, dənizlərin səviyyəsinin artması nəticəsində aşınmaya (eroziya) məruz qalan sahilboyu ərazilər. Verilən proqnozlar özünü tam doğruldarsa, onda dünya qəfil və qarşısı alınmaz fəlakətlərlə üz-üzə qala bilər.

 




Qlobal istiləşmə nədir?

Bu da yer üzünün kifayət qədər isti qalmasını təmin edir. Amma son vaxtlar qalıq yanacaqların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və cəmiyyətlərdəki istehlak meylinin artması kimi səbəblərdən atmosferdə karbondioksid, əmtəən və diazot monoksit qazların yığılmasını arıtır. Alimlərə görə bu artım qlobal istiləşməyə səbəb olur. 1860-dən günümüzə qədər tutulan qeydlər, ortalama qlobal istiliyin 0.5 ilə 0.8 dərəcə arasında artdığını göstərir.

Alimlər son 50 ildəki istilik artımının insan həyatına gözə çarpacaq dərəcədə təsir etdiyinin fikirindədirlər.

Üstəlik artıq geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşıırıq.
Heç bir tədbir görülməzsə bu əsrin sonunda qlobal istiliyin ortalama 2 dərəcə artacağı təxmin edilir.

Həmcinin dünya daxilində tutulmağa başlanan qeydlərdə bildirilib ki, son 150 illik dövr içində 2007-ci il ən isti il idi.

Yaxşı bu istilik artımı yəni qlobal istiləşmə nələrə gətirib çıxarır, həyatımıza necə təsir edir?

Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir.

Qütblərdəki buzlaqlar əriyir, dəniz suyu səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkinləri artır. Məsələn 1960-cı illərin sonlarından bu yana Şimali Yarımkürədə qar örtüyündə yüzdə 10 azalma olub. 20-inçi əsr boyunca dəniz səviyyələrində də 10-25 sm arasında bir artım olduğu müəyyən olunub.

Qlobal istiləşməyə bağlı olaraq dünyanın bəzi bölgələrində qasırğalar, sellər və daşqınların şiddəti və sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı, şiddətli quraqlıqlar və səhralaşmalar baş verir.

Qışda  istiliklər artır, yaz erkən gəlir, payız gecikir, heyvanların köç dövrləri dəyişir. Yəni iqlimlər dəyişir.

Bunun nəticəsində dəyişikliklərə dözə bilməyən bitki və heyvan növləri ya azalır ya da tamamilə yox olur.

Qlobal  İstiləşmə insan sağlamlığına ciddi təsir göstərir.
Alimlər, iqlim dəyişiklikləri ürək, tənəffüs yolu, yoluxucu, allergik və bəzi digər xəstəliklərə təsirinin gostərəcəyi fikirindədirlər.

Qlobal İstiləşmənin Səbəbləri: Hava şəraitinin uzun bir zaman içində ortalama vəziyyəti iqlim olaraq təyin olunar. Dünya son bir milyard il içində təxminən 250 milyon il davam edən isti dövrlər və bunların ardından gələn dörd böyük soyuq dövr keçirmişdir. Dünya təxminən əlli milyon il əvvəl soyuq bir dövrə girmiş, bu dövrdə yüz min ildə bir on min il müddətlə görülən isti dövrlərin xaricində soyuma meyli göstərmişdir. Hal- hazırda bu isti dövrlərdən biri yaşanmaqdadır. Dörd min il əvvəl başlayan istilik enişləri nəticəsində dünyanın soyuma meylinin artmasını gözləyirdilər. Lakin bu artım son yüzəlli ildə reallaşmamışdır.

Günəş kimi təbii faktorlarla böyüyən bu artımın səbəbi, xüsusilə son vaxtlarda, böyük ölçüdə insan qaynaqları olan istixanaların təsirindən yaranan qlobal istiləşmədir.

Qlobal İstiləşmənin Səbəbləri.

İnsanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına Qlobal İstilik  deyilir. Daha ətraflı açıqlamaq lazım olsa dünyanın səthi günəş şüaları tərəfindən isidilir.
Dünya bu şüaları təkrar atmosferə əks etdirir amma bəzi şüalar su buxarı, karbondioksid və əmtəən qazının dünyanın üzərində meydana gətirdiyi təbii bir örtü tərəfindən tutulur

Gözlənilməz təbiət hadisələrinin Azərbaycanda da baş verəcəyi barədə həyəcan doğuran proqnozlar hələ bir neçə il əvvəl səslənsə də, çoxları buna inanmırdı. İndi bu proqnozlar reallığa çevrilib, son bir ayda ölkənin müxtəlif regionları daşqınlara məruz qalır, sel sularının axınına tab gətirə bilməyən çaylar məcrasından çıxaraq yolları körpüləri evləri yuyub aparır.

 Qlobal iqlim dəyişmələri və onun Azərbaycana                                 təsiri haqqında:

- Son dövrlərdə təhlükəli anomal proseslərin dinamikası artır, keçən əsrin sonlarından başlamış bu proses dünyada baş verən qlobal iqlim dəyişmələrinin nəticəsidir. Qlobal iqlim dəyişmələrinə səbəb olan əsas amil isə atmosferin yerə yaxın təbəqəsində orta illik temperaturun artmasıdır. Orta illik temperaturun dəyişməsi indiyədək dünyanın ayrı-ayrı regionlarında müxtəlifdir. Ancaq bütövlükdə 0,8-1 dərəcəyədək temperatur yüksəlib. Bu isə dünyanın mövcud iqlim sistemində rütubətin paylanmasını dəyişib. Burada əsas səbəb atmosferlə dünya okeanı səviyyəsində gedən istilik mübadiləsidir. Bu, həm də okeanlarda cərəyanların hərəkətinin dəyişməsinə səbəb olur. Okeanlarda cərəyanların hərəkət istiqamətini dəyişməsi isə dünyanın bu və ya digər regionunda quru ərazilərdə kəskin yağıntıların artmasına, yağıntının çoxillik normadan az olduğu ərazilərdə isə quraqlığa gətirib çıxarır. Ona görə də istənilən regionda sel, daşqın və təhlükəli hidrometeoroloji proseslərlə bağlı digər hadisələr baş verir. Qısaca desək, proses belədir: temperatur artırsa, buxarlanma da artır. Buxarlanma artırsa, buxarlanan su atmosferdə qalmır və yerə qayıtmalıdır. Yəni min illər ərzində Yer kürəsindən nə qədər su buxarlanıbsa, o qədər su yerə qayıdır. Bunun 14-15 faizi quruya, 84-85 faizi isə birbaşa okeana qayıdır.

- Son bir həftədə Azərbaycanda və dünyanın bir sıra ölkələrində baş verən təbiət hadisələri arasında ümumi cəhət varmı?

- Əlbəttə, var. Bayaq dediyim kimi, temperatur artması yağıntını artırır. Yağıntılar isə Şərqi Asiyada, Mərkəzi Amerikada, Avropa, Türkiyə, Yunanıstan, yaxud elə Cənubi Qafqaz ölkələrində daşqın və sellərin artmasına səbəb olur. Təbii ki, qlobal iqlim dəyişmələrinin təsirinə ən çox məruz qalan ölkələr sahil zonalarıdır. Yəni materiklərin sahil ərazilərində yerləşən quru zonalar. Bu ərazilər zəlzələlərlə əlaqəli sunami hadisələrinin, müxtəlif qasırğaların təsirlərinə daha çox məruz qalır. Materikdaxili ərazilərdə isə hava axınlarının təsiri tədrici olur. Amma Azərbaycanda olan qlobal iqlim şəraiti Azərbaycanın özündə formalaşmır. Bu formalaşma Şimali Atlantikadan, Şimaldan, Şərqdən, Cənubdan gələn hava kütlələri sayəsində baş verir. Məsələn, Cənubdan gələn hava kütlələri yayda istiləri artırırsa, Şimaldan və Şimal-Qərbdən gələn hava kütlələri yağıntını artırır. Orta çoxillik temperatur paylanmasına nisbətən Azərbaycanda temperatur 0,7-1 dərəcə artıb. Hətta deyə bilərəm ki, bu artım fəsillər üzrə müxtəlifdir. Qış aylarında temperatur artımı daha çox müşahidə olunur. Təbii ki, qışda temperatur artımı yüksək dağlıq ərazilərdə qar və buz örtüyünün sərhədinin yuxarı qalmasına səbəb olur. Yəni qışda düşən qar öz axını bəzən qış dövründə verir. Halbuki, qar yazda əriməlidir və çaylar bu dövrdə daşmalıdır. Bundan başqa, qışda temperaturun artması nəticəsində buz örtüklərində azalma prosesi baş verir. Bu proses az da olsa, Azərbaycanda da baş verir. Azərbaycanda ən çox temperatur artımı isə yüksək dağlıq ərazilərində müşahidə olunur. İndiki temperaturun qlobal, əsas nəticələrindən biri budur. Dünyada isə ən çox temperatur artımı Arktikada, Qrenlandiyada və Antarktidadadır. Bu ərazilərdə temperatur 2,5-3 dərəcəyədək artıb. Bu, orta illik göstərici baxımından böyük, dəhşətli rəqəmdir.

- Son illər qlobal iqlim dəyişmələri ilə bağlı elmi tədqiqatlar da çoxalıb. İndiyədək əldə olunan nəticələr nəyi göstərir?

- Bu gün tədqiqatlar və proqnozlar göstərir ki, dünyada həm antropogen, həm də təbii amillərdən olan istiləşmə təhlükəli həddə çatır. Yəni dünyanın istənilən regionunda anomal istiləşməyə, istiləşmə isə selə, daşqına, qasırğaya şərait yaradır. Bütün bunlar dünya iqtisadiyyatı, insanlar əziyyət çəkir. Ona görə də dünya siyasətçiləri, alimləri gec də olsa birgə tədbirlərlə problemin qarşısını almağa səy göstərməlidir. Heç olmasa, bu prosesdən dəyən ziyanları dəqiq proqnozlarla, düzgün tədbirlərlə, müvafiq layihələr həyata keçirməklə azaltmaq olar.

- Bu profilaktik tədbirləri bir qədər də konkretləşdirə bilərsinizmi?

- BMT-nin baş katibi Antarktidaya səfərindən sonra dünya dövlətlərinə müraciət edərək, yaxın 3-4 ildə dünya birliyi qlobal iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görməsə, prosesin təhlükəli həddə çatacağını demişdi. Antropogen amillərin qarşısını almaq üçün atmosferə atılan zərərli qazların miqdarı azaldılmalı, meşə örtüyü qorunmalı, yerlərdə proqnoz dəqiqlik artırılmalı və bunlara vaxtında əməl olunmalıdır. Bu məsələdə mütləq tədqiqatçılarla, sinoptiklərlə, alimlərlə yerli icra hakimiyyəti orqanlarının əlaqəsi vacib rol oynayır. Amma görürsən ki, biri ağına-bozuna baxmadan çayların məcrasında ev tikib satdırır. Yaxud çay məcrasında istənilən formada qum, çınqıl daşınır. Bu, bağışlanmaz bir şeydir. Mən demirəm ki, çay yatağından qum-çınqıl daşımaq olmaz. Olar, amma mütəxəssislərin rəyi nəzərə alınmalıdır, çayın elə yerindən ki, orada doğrudan da axının dinamikasında və hərəkətində dəyişiklik baş verməyəcək. Amma biri gedib pulunu verib elə yerindən qum-çınqıl götürür ki, orada çayın yatağı intensiv yuyulmaya məruz qalır və hətta yaxınlıqda olan körpü üçün təhlükə yaradır. Nəticədə sel və daşqınlar zamanı yaxınlıqdakı əkin sahələri, yaşayış zonası ciddi ziyan çəkir.

- Son illər Azərbaycanın müxtəlif regionlarda qum-çınqıl karxanaları yaradılıb. Bu zaman müvafiq dövlət təşkilatlarının rəyi nəzərə alınıbmı?

- Əvvəla, bu məsələ mənim səlahiyyətimdən kənardır. Amma təbii ki, müvafiq qurumlardan mütləq rəy alınmalıdır. Bakı mərkəzində ağacları qırıb yerində tikinti işləri aparılır. Hacıbala Abutalıbov deyir ki, bunun üçün 49 təşkilatdan razılıq alırlar. Mən isə deyirəm ki, həmin 49 təşkilatın 48-dən alınan rəy formaldır, heç bir şeydir, əsas biridir. Əgər sürüşmə zonasında, yaxud 9 mərtəbəli binanın yanında 20 mərtəbəli bina tikilirsə, bu, normal sayıla bilməz. Amma sənədləri yoxlayanda görürsən ki, hamı həmin tikiliyə öz imzası ilə razılıq verib. Onların bir hissəsinin marağı var, digər hissəsini məcbur eləyiblər, digər hissəsi dövlət proqramına əsaslanaraq bu işi başlayıblar. Yəni bizdə qanuna riayət etməkdə, subordinasiyanı gözləməkdə, xüsusən də alim və mütəxəssislərin fikirlərinin eşidilməsində bir laqeydlik, hətta özbaşınalıq var, kim nə istəyir, onu da eləyir. İndi dediyiniz həmin qum-çınqıl karxanalarının sənədlərinə baxanda görürsən ki, hamısı düzdür, hər yerdən icazəsi var, amma təhlükəlidir.


İqlim dəyişmələri də torpaq sürüşməsinə təsirsiz ötüşməyəcək

İqlim dəyişmələrinin torpaq sürüşməsinə təsirlərinə gəlincə, Y.İsrafilov deyir ki, bu dəyişmələrin ölkəyə təsiri hələ öyrənilməkdədir: “Bu məlumatlarda göstərilir ki, son 10 ili götürsək, orta illik temperatur təxminən 0,6-0,7 dərəcə artır. Amma mənim fikrimcə, bu o demək deyil ki, iqlim dəyişir. Temperaturun artması faktdır. Biz iqlimin bir forması olan arid zonada yaşayırıq. Burada buxarlanma yağıntıların miqdarından 3,5-3,6 dəfə çoxdur. İstilik nəticəsində buxarlanma yağıntılardan çox olduğu üçün bizdə iqlimin təsirləri öyrənilməlidir. İqlim, yeraltı, yerüstü sular sürüşməyə, eləcə də zəlzələyə təkan verir, onu fəallaşdırır. Elmə məlum olan bu faktlar hazırda da öyrənilir. Ona görə də təbii ki, iqlimin dəyişməsinin bütünlükdə ekzogen proseslərə təsiri olacaq”. Belə ki, iqlim dəyişməsinin yağıntıların miqdarına təsiri olarsa, yağıntılar çoxalarsa, ekzogen proseslərin də fəallaşması qaçılmaz olacaq: ”Onun nəticəsində isə sürüşmələr də bir az çoxala bilər. Eləcə də iqlim dəyişmələrindən asılı olan bütün proseslər fəallaşa bilər. Amma hələ ki, iqlimin dəyişməsinin nəticəsini biz görmürük. Respublikada bu prosesi cihazlar qeyd edir, faktiki olaraq təsiri hiss olunmur”.







Comments