İqlim dəyişmələrinin ekoloji təsiri



Elmi-texniki tərəqqinin sürətlə inkişafı yeni-yeni mərhələlərə qədəm qoymuşdur. Kimya sənayesinin inkişaf etməsindən irəli gələn soyutma sistemlərinin istehsalı ilbəil genişlənir. Soyuducu sistemlərində geniş təlabata ehtiyac duyulan soyuducu qazların istifadəsi həyacan doğurmaya bilməz. Belə ki, həmin qazlar bir necə qazların qarışığından əldə edilir. 

Bu kimi qazların bəşəriyyətə nə verə biləcəyi öyrənilməsə də, soyuducu və kondisionerlərin istehsal sənayesinə çevrilməsi mümkün olmuşdur. Günümüzün reallığı onu tələb edir ki, elm və təhsildə ekoloji düşüncə və təfəkkürün inkişafına nail olub ətraf mühiti təhlükələrdən qoruyaq. Soyuducu qazların əldə edilməsində xlor, flüör, karbon və hidrogenin qarışığından ibarət olan Freonlar 12-22 qazlarından soyuducu və kondisionerlərdə istifadə edilməsi günümüzün reallığıdır. Freon qazları tətbiq olunduğu gündən bu günə qədər müəssisələrin və təşkilatların iqtisadiyyatında dönüş yaratmışdırsada, digər tərəfdən əks təsirini gizlətmişdir. Son illərin elmi araşdırmaları onu təsdiq edir ki, Freon qazlarının illər boyu istifadəsi tədricən ozon qatının deşilməsinə səbəb olur. Elmi araşdırmalar bir daha sübut edir ki, ozon qatının yox olması əhəmiyyətli iqlim və hava dəyişikliklərinə, o cümlədən qlobal istiləşmələrə gətİrib cıxarmışdır.

Hərbi sənaye sahələrindən olan RLS-lərdə Freon qazlarından istifadə çoxluq təşkil edir. Freon soyuducu qazlarından istifadə nəticə etibarı ilə parnik effektli qazların çoxalmasına gətirib çıxarır və uzun illərdir ki, biz bunun təsirini görürük. Parnik effektli qazların yaranma səbəbi birmənalı şəkildə elmi-texniki tərəqqinin inkişaf etməsidir. İqlim dəyişmələrinin bu cür vüsət almasının səbəbi parnik effektli qazların artmasıdır. Son illər zavallı bəşəriyyəti 

təlatümlər içində yaşadan iqlim dəyişmələrinin ekoloji və seysmoekoloji aktivliyi genişlənmişdir. 

Müasir ekoloji problemlərin inkişafında avtomobillərin xeyli artması, hava nəqliyyatından istifadələrin çoxalması, bununla yanaşı su nəqliyyatı gəmilərinin və tangerlərin hərəkəti zamanı atmosferə buraxılan (Dizel) ağır yanacaqdan istifadə edilməsindən törənən azotoksid qazlarının yaratdığı ekoloji çirklənmələr danılmazdır. Ümumdünya ölkələrinin ekoloqları və aidiyyatı təşkilatlar həyacan təbili çalaraq karbon qazının artmasına öz münasibətlərini bildirmişlər. Bunun nəticəsi olaraq respublikamızda bir vaxtlar avtomobillərdən ətraf mühitə buraxılan azotoksid və dəm qazına qarşı geniş və möhtəşəm tədbirlər keçirilmişdir. Qismən də olsa, həyata keçirilən tədbirlər öz bəhrəsini verdi: azotoksid və dəm qazının azalmasına nail olundu.

Lakin bununla razılaşmaq mümkündürmü?

İqlim dəyişmələrinə və qlobal istiləşmənin baş verməsinə yalnız avtomobillərinmi təsiri olmuşdur?

Belə ki sözügedən məsələ barədə, heç vaxt diqqətimizdə olmayan, həmişə ekoloji çirkləndirmələrdə mətləbdən kənar qalan hava nəqliyyatının təyyarələrin təsiri barədə nə deyə bilərik?

Hava nəqliyyatı yüksək templə inkişaf edirsədə, bir o qədər də ekoloji amillərə təsir göstərir. Bununla belə yenə də ekoloji sahələrə hər il ayrılan büdcə azlıq təşkil edir. Söz yox ki, təyyarə və kosmanavtika sənaye sahələrinin inkişafı labüddür. Təəssüf ki, hava nəqliyyatına ayrılan xərclər ekoloji mühafizə tədbirlərilə müqayisədə qat-qat çoxdur. Bunun nəticəsi olaraq parnik effektli qazların yaranmasında təyyarələrin ekoloji çirkləndirmələrdə ciddi təsir dairəsinə malik üstünlukləri mövcuddur. İnkişaf etmiş ölkələrin ekoloqlarının ekoloji elmi araşdırmalarından aldığımız məlumatda bildirilir:

Sitat: Müasir texnikalardan istifadə zamanı avtomobillərdən hava təbəqəsinə buraxılan ozotoksid dəm qazları nəticəsində karbon qazının qatılığı 9-10 % artmışdır. Belə ki, 90-cı ildən Beynəlxalq hava nəqliyyatının uçuşları zamanı parnik effektli qazların yaranmasının 83%-i təyyarələrin payına düşür. Təyyarələrin ucuşu zamanı reaktiv mühərrikdən çıxan sıxılmış yanacaq karbon (CO2) oksigenlə (O2)qarışaraq iki dəfə çox zəhərli tullantılara çevrilməklə ekoloji amillərə və antropaloji faktorlara öz təsirini görsətməkdədir. Yükdaşıma təyyarələri, hətta yüksək səviyyədə ucan zaman təyyarədən buraxılan karbon qazının ekoloji fəsadları onu təsdiq edir ki, havada karbonun və oksigenin bir-biri ilə qarışması zamanı səmada qalın ağ rəngli bulud kimi iz salır.

Ekoloqların araşdırmaları onu da təsdiq edir ki, yükdaşıyan təyyarələrin çox yüksəkdən uçması daha zəhərli maddələrin təsir dairəsini aktivləşdirir. Bu da parnik effektli qazların yaranmasına rəvac verib, iqlim dəyişmələrinə təsir edir. Müqayisə etsək görərik ki, adi sərnişin daşıyan təyyarələrin uçuşu vaxtı ətraf mühitə buraxdığı parnik effektli zəhərli qazın miqdarı bir gündə şəhərdaxili nəqliyyatdan havaya buraxılan azotoksid və dəm qazlarından çoxdur. Əfsuslar olsun ki, bu günə qədər hava nəqliyyatı, o cümlədən yükdaşıma təyyarələri zamanı ekoloji çirkləndirmələrə qarşı ekoloji vergi siyasətindən kənar qalır. Belə ki, ekoloji çirkləndirmələrə ekoloji vergiödəmə siyasəti reallaşarsa hər bir müəssisə və təşkilat, o cümlədən hava nəqliyyatı tərəfindən ətraf mühitə parnik effektli zəhərli qazların buraxılmasının qarşısının alınması təmin edilə bilər.

Sitat: Beynalxalq Dövlətlərarası İqlim Dəyişmələri üzrə Ekspertin bildirdiyinə görə təyyarələrin gecə uçuşları üç-dörd dəfə çox iqlim dəyişmələrinə öz təsirini göstərir ki, nəticədə karbon dioksid qazlarının buraxılması qlobal istiləşmənin fəallığını aktivləşdirir. Yəni səmada əmələ gələn "ağ bulud"- zəhərli maddələrin oksigenlə qarışması zamanı sıxılmış qaz, su buxarına, su damcılarına, turşulu azot və sulfata çevrilməklə iki saata qədər hava qatında qalır.

                           

Görkəmli rus seleksiyaçısı Miçurinin məşhur bir deyimi var: təbiətdən mərhəmət gözləməyək ki, o bizə nə verəcək, biz təbiətdən onu zorla alaq. Təbiət insanlara nə lazım olmuşdursa onu bəxş etmişdir. Lakin bunların müqabilində biz təbiəti ekoloji çirkləndirmələrdə zorakılığa məhkum edirik. Dünyanı zavallı günə salmaqla məşğuluq. Dərk etmək istəmirik ki, ekoloji təfəkkürün inkişafına nail olaq. Daha vacibdir Ana təbiətmizin qorunması başlıca istiqamətlərdən olmalıdır. Canlı, lakin dili olmayan təbiətin ekoloji çirklənmələri artıq məcrasından çıxmışdır. Kənd təsərrüfatında əkinçilik tərəvəzlərinin genlərinin dəyişdirilməsi- "GMO" mənşəlli toxumlarla əvəz edilərək, geniş yayılması ilə təbiətə qarşı zorakılıq tətbiq edilmişdir. Öz növbəsində bioloji amillər, mənşəyi bilinməyən "GMO" bitkilərin qurbanına çevrilərək süni qanunların dəyişmə təsirinə məruz qalır. Həmin məhsullar nəinki təbiətə neqativ təsirini görsətməkdədir, eyni zamanda insanlarda yoluxucu xəstəliklərin yayılmasına əsas verir. Buna səbəb maldarlığın inkişaf etmə prosesində süni (GMO) mayalanmaların və quşçuluq fabriklərində tez yetişdirilən quşların ərsəyə gəlməsində aparılan təcrübələrin "GMO" mənşəlli olmasıdır. Bunların inkişafına səbəb təbiətdən istədiyimizi alıb ona qarşı zorakılıqlar etdiyimiz halda təbiət bunları qəbul etməyib.                            

Təbiətin "danışan dilinə" və qəzəbinə cavab verə bilmirik. Belə ki, təbiətin danışan dili onun Qasırğası, Qarı, Leysan Yağışı, Dolusu, Şaxtası, Seysmoekoloji dağıntıları, başqa sözlə təbii fəlakətləridir. Bu zaman yenə də nədənsə zavallı təbiəti ittiham edib, onu günahlandırırıq. Lakin bir istiqamətdə inkişafın törətdiyi texnogen dağıntılar ekoloji fəlakətlərin yaranmasına səbəbkar olduğumuzu görmək istəmirik. Təbiətin qəzəbi iqtisadiyyatda da öz təsirini göstərir. İnsan əlləri ilə əkib-becərilən kənd təsərrüfatı məhsulları təbii fəlakətlərin qurbanına çevrilir. Dağıntıya məruz qalır. Yenə də şüurlu elm fədailəri, məmurlar və insanlar bununla belə təbiətin ekoloji amillərinə qarşı küt təfəkkür siyasətini davam etdirirlər. Canlı təbiət də insan kimi xəstəliyə düçar olur. Təbiətin sağlamlığı ondan irəli gəlir ki, özünün varlığını, füsunkar gözəlliyini özündə ehtiva edir. Təbiətin xəstəliyi o zaman baş qaldırır ki, təbii sərvətlərini özündə saxlaya bilmir. Vulkanlar, təbii zəlzələlər, Neft-qaz püskürməsi və daş kömürün təbii dağıntıları, şəlalələri, kəhrizləri yaratmaqla təbiət sanki özünü sağaldır. Neft ölkələrində baş verən təbii fəlakətlərin yaranması məhz təbiətin xəstəliyindən əmələ gəlmişdir. Lakin təbiət, xəstəliyindən xilas olma zamanı həm də strateji əhəmiyyətli təbii sərvətlərini bəxş edir. Neft, qaz və daş kömür bu gün dünyanı təmin edən strateji əhəmiyyətli enerji mənbələridir.

Mövcud müasir texnologiyalar sayəsində emal edilən təbii sərvətlərin istehsalı ilə ekoloji çirklənmələrə səbəb oluruq. Strateji əhəmiyyətli sərvətlərimiz-neft, qaz və kömür atmosferə çoxlu miqdarda CO2 karbon dioksid ixrac edir. Ekosistemlərin dəyişməsində bu maddə kifayət qədər təsirini əsirgəmir. Kömür istehsalının emalı ekoloji mühitə ciddi təsirini göstərərək hər an ekoloji uçurumlara səbəb olur. Antropagen fəaliyyət ölümlə nəticələnir. Neft məhsullarının emal edilməsində dünya üzrə neftin 40 % istehsalına nail olunub. Əldə olunan neftin 60 %-i yararsız halda tullantılara çevrilib ekoloji çirklənmələr, üfunətli iyin zəhərli kükürdlü qazı əmələ gətirir. Zavallı bəşəriyyət insandan yüksək biliyi və texnologiyaları əsirgəməmişdir. Digər tərəfdən isə o, yüksək dərəcədə təhlükə doğuran ekoloji fəsadlarla qarşı-qarşıya qalmaqda şər və böhtanlarla üzləşməli olub. Doğrudur, yenə də təbii ağırlıqlar təbiətin üzərinə düşür. Ekosistemlər dəyişir. Ətraf mühit ekoloji cəhətdən ifrat dərəcədə cirkli olduğu kimi insanların da ekoloji şüur və təfəkkürü çirklənmişdir.

Belə isə nə etməliyik ki, elm adamları, məmurlar, digər qrup insanlar ekoloji cəhətdən maariflənsinlər və sonda, ekoloji çirklənmələrin qarşısı alınsın. Nəhayət, təbiət də öz axarında yaşasın. Nəticə etibarı ilə insanlar ekoloji cəhətdən sağlam təfəkkürlü olsunlar. Həqiqətən də yalnız bu yolla ekoloji fəsadlardan təbiəti xilas edə bilərik.

Elmi-texniki tərəqqinin sürətlə inkişafı yeni-yeni mərhələlərə qədəm qoymuşdur. Kimya sənayesinin inkişaf etməsindən irəli gələn soyutma sistemlərinin istehsalı ilbəil genişlənir. Soyuducu sistemlərində geniş təlabata ehtiyac duyulan soyducu qazların istifadəsi həyacan doğurmaya bilməz. Belə ki, həmin qazlar bir necə qazların qarışığından əldə edilir.
   Bu kimi qazların bəşəriyyətə nə verə biləcəyi öyrənilməsə də, soyducu və kondisianerlərin istehsal sənayesinə cevrilməsi mümkün olmuşdur. Günümüzün reallığı onu tələb edir ki, elm və təhsildə ekoloji düşüncə və təfəkkürün inkişafına nail olub ətraf mühiti təhlükələrdən qoruyaq. Soyducu qazların əldə edilməsində xlor, flüör, karbon və hidrogenin qarışığından ibarət olan Freonlar 12-22 qazlarından soyuducu və kondisianerlərdə istifadə edilməsi günümüzün reallığıdır. Freon qazları tətbiq olunduğu gündən bu günə qədər müəssisələrin və təşkilatların iqtisadiyyatında dönüş yaratmışdırsada, digər tərəfdən əks təsirini gizlətmişdir. Son illərin elmi araşdırmaları onu təsdiq edir ki, Freon qazlarının illər boyu istifadəsi tədricən ozon qatının deşilməsinə səbəb olur. Elmi araşdırmalar bir daha sübut edir ki,ozon qatının yox olması əhəmiyyətli iqlim və hava dəyişikliklərinə, o cümlədən qlobal istiləşmələrə gətrib cıxarmışdır.Hərbi sənaye sahələrindən olan RLS-lərdə Freon qazlarından istifadə coxluq təşkil edir. Freon soyuducu qazlarından istifadə nəticə etibarı ilə parnik effektli qazların coxalmasına gətirib cıxarır və uzun illərdir ki, biz bunun təsirini görürük. Parnik effektli qazların yaranma səbəbi birmənalı şəkildə elmi-texniki tərəqqinin inkişaf etməsidir. İqlim dəyişmələrinin bu cür vüsət almasının səbəbi parnik effektli qazların artmasıdır. Son illər zavallı bəşəriyyəti təlatümlər icində yaşadan iqlim dəyişmələrinin ekoloji və seysmoekoloji aktivliyi genişlənmişdir.     

                                          

Müasir ekoloji problemlərin inkişafında avtomobillərin xeyli artması, hava nəqliyyatından istifadələrin coxalması, bununla yanaşı su nəqliyyatı gəmilərinin və tangerlərin hərəkəti zamanı atmosferə buraxılan (Dizel) ağır yanacaqdan istifadə edilməsindən törənən azotoksid qazlarının yaratdığı ekoloji cirklənmələr danılmazdır. Ümumdunya ölkələrinin ekoloqları və aidiyatı təşkilatlar həyacan təbili calaraq karbon qazının artmasına öz münasibətlərini bildirmişlər. Bunun nəticəsi olaraq respublikamızda bir vaxtlar avtomobillərdən ətraf mühitə buraxılan azotoksid və dəm qazına qarşı geniş və möhtəşəm tədbirlər kecrilmişdir. Qismən də olsa, həyata kecrilən tədbirlər öz bəhrəsini verdi: azotoksid və dəm qazının azlamasına nail olundu.Lakin bununla razılaşmaq mümkündürmü?İqlim dəyişmələrinə və qlobal istiləşmənin baş verməsinə yalnız avtomobillərinmi təsiri olmuşdur?
Belə ki sözügedən məsələ barədə, hec vaxt diqqətmizdə olmayan, həmişə ekoloji cirkləndirmələrdə mətləbdən kənar qalan hava nəqliyyatının təyyarələrin təsiri barədə nə deyə bilərik? Hava nəqliyyatı yüksək templə inkişaf edirsədə, bir o qədər də ekoloji amillərə təsir göstərir. Bununla belə yenə də ekoloji sahələrə hər il ayrılan büdcə azlıq təşkil edir. Söz yox ki, təyyarə və kosmanavtika sənaye sahələrinin inkişafı labüddür. Təəssüf ki, hava nəqliyyatına ayrılan xərclər ekoloji mühafizə tədbirlərilə müqayisədə qat-qat coxdur. Bunun nəticəsi olaraq parnik effektli qazların yaranmasında təyyarələrin ekoloji cirkləndirmələrdə ciddi təsir dairəsinə malik ustünlukləri mövcuddur. İnkişaf etmiş ölkələrin ekoloqlarının ekoloji elmi araşdırmalarından aldığmız məlumatdabildirilir:
   
   Sitat: Müasir texnikalardan istifadə zamanı avtomobillərdən hava təbəqəsinə buraxılan ozotoksid dəm qazları nəticəsində karbon qazının qatılığı 9-10 % artmışdr. Belə ki, 90-cı ildən Beynəlxalq hava nəqliyyatının ucuşları zamanı parnik effektli qazların yaranmasının 83%-i təyyarələrin payına düşür. Təyyarələrin ucuşu zamanı reaktiv mühərrikdən cıxan sıxılmış yanacaq karbon (CO2) oksigenlə (O2)qarışaraq iki dəfə cox zəhərli tullantılara cevrilməklə ekoloji amillərə və antropaloji faktorlara öz təsirini görsətməkdədir. Yükdaşıma təyyarələri, hətta yüksək səviyyədə ucan zaman təyyarədən buraxılan karbon qazının ekoloji fəsadları onu təsdiq edir ki, havada karbonun və oksigenin bir-biri ilə qarışması zamanı səmada qalın ağ rəngli bulud kimi iz salır.Ekoloqların araşdırmaları onu da təsdiq edir ki, yükdaşıyan təyyarələrin cox yüksəkdən ucması daha zəhərli maddələrin təsir dairəsini aktivləşdirir. Bu da parnik effektli qazların yaranmasına rəvac verib, iqlim dəyişmələrinə təsir edir. Müqayisə etsək görərik ki, adi sərnişin daşıyan təyyarələrin ucuşu vaxtı ətraf mühitə buraxdığı parnik effektli zəhərili qazın miqdarı bir gündə şəhərdaxili nəqliyyatdan havaya buraxılan azotoksid və dəm qazlarından coxdur. Əfsuslar olsun ki, bu günə qədər hava nəqliyyatı, o cümlədən yükdaşıma təyyarələri zamanı ekoloji cirkləndirmələrə qarşı ekoloji vergi siyasətindən kənar qalır. Belə ki, ekoloji cirkləndirmələrə ekoloji vergiödəmə siyasəti reallaşarsa hər bir müəssisə və təşkilat, o cümlədən hava nəqliyyatı tərəfindən ətraf mühitə parnik effektli zəhərli qazların buraxılmasının qarşısının alınması təmin edilə bilər.

Sitat: Beynalxalq Dövlətlərarası İqlim Dəyışmələri üzrə Ekspertin bildirdiyinə görə təyyarələrin gecə ucuşları üc-dörd dəfə cox iqlim dəyişmələrinə öz təsirini göstərir ki, nəticədə karbon dioksid qazlarının buraxılması qlobal istiləşmənin fəallığını aktivləşdirir. Yəni səmada əmələ gələn "ağ bulud"- zəhərli maddələrin oksigenlə qarışması zamanı sıxılmış qaz, su buxarına, su damcılarına, turşulu azot və sulfata cevrilməklə iki saata qədər hava qatında qalır.
   Görkəmli rus seleksiyaçısı Micurinin məşhur bir deyimi var: təbiətdən mərhəmət gözləməyək ki, o bizə nə verəcək, biz təbiətdən onu zorla alaq. Təbiət insanlara nə lazım olmuşdursa onu bəxş etmişdir. Lakin bunların müqabilində biz təbiəti ekoloji cirkləndirmələrdə zorakılğa məhkum edirik. Dünyanı zavallı günə salmaqla məşğuluq. Dərk etmək istəmirik ki, ekoloji təfəkkürün inkişafına nail olaq. Daha vacibdir Ana təbiətmizin qorunması başlıca istiqamətlərdən olmalıdır. Canlı, lakin dili olmayan təbiətin ekoloji çirklənmələri artıq məcrasından çıxmışdır. Kənd təsərrüfatında əkincilik tərəvəzlərinin genlərinin dəyişdirilməsi- "GMO" mənşəlli toxumlarla əvəz edilərək, geniş yayılması ilə təbiətə qarşı zorakılq tətbiq edilmişdir. Öz növbəsində bioloji amillər, mənşəyi bilinməyən "GMO" bitkilərin qurbanına cevrilərək süni qanunların dəyişmə təsirinə məruz qalır. Həmin məhsullar nəinki təbiətə neqativ təsirini görsətməkdədir, eyni zamanda insanlarda yolxucu xəstəliklərin yayılmasına əsas verir. Buna səbəb maldarlığın inkişaf etmə prosesində süni (GMO) mayalanmaların və quşculuq fabrikilərində tez yetişdirilən quşların ərsyə gəlməsində aparılan təcürbələrin "GMO" mənşəlli olmasıdır. Bunların inkişafına səbəb təbiətdən istədiyimizi alıb ona qarşı zorakılıqlar etdiyimiz halda təbiət bunları qəbul etməyib.
   Təbiətin "danışan dilinə" və qəzəbinə cavab verə bilmirik. Belə ki, təbiətin danışan dili onun Qasırğası, Qarı, Leysan Yağışı, Dolusu, Şaxtası, Seysmoekoloji dağıntıları, başqa sözlə təbii fəlakətləridir. Bu zaman yenə də nədənsə zavallı təbiəti ittiham edib, onu günahlandırırıq. Lakin bir istiqamətdə inkişafın törətdiyi texnogen dağıntılar ekoloji fəlakətlərin yaranmasına səbəbkar olduğumuzu görmək istəmirik. Təbiətin qəzəbi iqtisadiyyatda da öz təsirini göstərir. İnsan əlləri ilə əkib-becərilən kənd təsərüfatı məhsulları təbii fəlakətlərin qurbanına cevrilir.

                                         

 Dağıntıya məruz qalır.Yenə də şüurlu elm fədailəri, məmurlar və insanlar bunula belə təbiətin ekoloji amillərinə qarşı küt təfəkkür siyasətini davam etdirirlər. Canlı təbiət də insan kimi xəstəliyə dücar olur. Təbiətin sağlamlığı ondan irəli gəlir ki, özünün varlığını, füsunkar gözəlliyini özündə ehtiva edir. Təbiətin xəstəliyi o zaman baş qaldırır ki, təbii sərvətlərini özündə saxlaya bilmir. Vulkanlar, təbii zəlzələlər, Neft-qaz püskürməsi və daş kömürün təbii dağıntıları, şəlalələri, kəhrizləri yaratmaqla təbiət sanki özünü sağaldır. Neft ölkələrində baş verən təbii fəlakətlərin yaranması məhz təbiətin xəstəliyindən əmələ gəlmişdir. Lakin təbiət, xəstəliyindən xilas olma zamanı həm də strateji əhəmiyyətli təbii sərvətlərini bəxş edir. Neft, qaz və daş kömür bu gün dünyanı təmin edən strateji əhəmiyyətli enerji mənbələridir.

 Mövcud müasir texnologiyalar sayəsində emal edilən təbii sərvətlərin istehsalı ilə ekoloji çirklənmələrə səbəb oluruq. Strateji əhəmiyyətli sərvətlərimiz-neft, qaz və kömür atmosferə çoxlu miqdarda CO2 karbon dioksid ixrac edir. Ekosistemlərin dəyişməsində bu maddə kifayət qədər təsirini əsirgəmir. Kömür istehsalının emalı ekoloji mühitə ciddi təsirini göstərərək hər an ekoloji ucrumlara səbəb olur. Antropagen fəaliyyət ölümlə nəticələnir. Neft məhsullarının emal edilməsində dünya üzrə neftin 40 % istehsalına nail olunub. Əldə olunan neftin 60 %-i yarasız halda tullantılara çevrilib ekoloji çirklənmələr, ufunətli iyin zəhərli kükürdlü qazı əmələ gətirir. Zavallı bəşəriyyət insandan yüksək biliyi və texnologiyaları əsirgəməmişdir. Digər tərəfdən isə o, yüksək dərəcədə təhlükə doğuran ekoloji fəsadlarla qarşı-qarşıya qalmaqda şər və böhtanlarla üzləşməli olub. Doğrudur, yenə də təbii ağırılıqlar təbiətin üzərinə düşür. Ekosistemlər dəyişir. Ətraf mühit ekoloji cəhətdən ifrat dərəcədə cirkli olduğu kimi insanların da ekoloji şüur və təfəkkürü çirklənmişdir.

 Belə isə nə etməliyik ki, elm adamları, məmurlar, digər qrup insanlar ekoloji cəhətdən maariflənsinlər və sonda, ekoloji cirklənmələrin qarşısı alınsın. Nəhayət, təbiət də öz axarında yaşasın. Nəticə etibarı ilə insanlar ekoloji cəhətdən sağlam təfəkkürlü olsunlar. Həqiqətən də yalnız bu yolla ekoloji fəsadlardan təbiəti xilas edə bilərik. limlərin qənaətinə görə, atmosferə istixana qazlarının antropogen tullanması səbəbindən, artıq 2020-ci ildə ərzaq çatışmazlığı baş verəcək və Yer kürəsinin hər beş sakinindən biri aclığa məhkum olacaq. Bu barədə iqlimşünasların “Ümumdünya ekoloji fondu” qeyri-kommersiya təşkilatının məlumatında xəbər verilir.
Hazırda Yer kürəsinin hər 7 sakinindən biri qida çatışmazlığından əziyyət çəkir.
İqlimin dəyişilməsi üzrə Hökumətlərarası Ekspertlər qrupu üzvlərinin dərc olunmuş məlumatlarını ümumiləşdirən alimlər belə qənaətə gəliblər ki, istixana qazlarının atmosferə atılması səbəbindən planetin iqliminin istiləşməsi 2020-ci ildə bir çox ölkələrdə ərzaq məhsulları istehsalının azalmasına səbəb olacaq. Bu, planetin artan əhalisini yedizdirməyə kifayət etməyəcək. İqlimşünasların mülahizələrinə görə, istixana qazlarının müasir ssenari üzrə heç bir məhdudiyyət olmadan atmosferə tullanması prosesinin davam etdirilməsi 2020-ci ildə sənayeləşdirilmə dövrü ilə müqayisədə iqlimin Selsi şkalası üzrə 2,4 dərəcə istiləşməsi ilə nəticələnəcək. Yer kürəsinin əhalisi isə həmin vaxtadək minimum 900 milyon nəfər artaraq, 7,8 milyard nəfərə çatacaqdır. İqlim dəyişiklikləri ilə əlaqədar müxtəlif ölkələrdə məhsuldarlığın aşağı düşməsi onunla nəticələnəcək ki, buğda tədarükü kəsiri 14 faizə çatacaq, lazım olduğundan 11 faiz az düyü, 9 faiz az qarğıdalı istehsal ediləcəkdir. Yeganə, paxlalı bitkilərin məhsuldarlığı 5 faiz yüksək olacaq.

Ərzağın çatışmamasının səbəbi isə iqlimin dəyişməsi və suyun çətin əldə edilməsi olacaqdır - əkin sahələrinin suvarılması üçün daha çox səy göstərmək lazım gələcəkdir, bir çox regionlarda yağıntıların miqdarı azalacaq, temperatur yüksələcək. 

Bundan əlavə, yetişdirilən taxıl bitkilərinin təxminən 35 faizinin ev heyvanlarının yemlənməsi üçün sərf edildiyini nəzərə alan alimlər ət istehsalında da kəsirin olacağını gözləyirlər. Bu, real qiymətlərin artıq cari onillikdə 20 faiz yüksəlməsinə səbəb ola biləcək.

Ümumdünya ekoloji fondun icraçı direktoru, Liliana İzas deyib ki, “İnsanların iqlimin dəyişməsi məsələlərinə biganəliyi təkcə gələcək nəsillərin deyil, hazırda yaşayan insanların da taleyinə öz təsirini göstərəcək. 

Alimlər qeyd edirlər ki, bu səbəbdən, atmosferə tullanan karbon qazının miqdarının azaldılması çox mühüm addımdır. Təəssüf ki, ölkələrin rəsmi şəxsləri hazırda bu məsələdə razılığa gələ bilməmişlər. Bundan əlavə, hesabatın müəllifləri bildirirlər ki, iqlim parametrlərinin dəyişilməsi ilə əlaqədar olaraq ərzaq bitkilərinin bu və ya digər növlərinin yetişdirilməsi zonalarının vaxtaşırı dəyişdirilməsi müsbət nəticəsini verə bilər.
Alimlər qidalanma rasionunda yeni zülal və karbohidratlara – şirin kartof batatı və paxlalı bitkilər kimi meyvəköklü bitkilərin yetişdirilməsinə qlobal surətdə keçməni aclığın aradan qaldırılmasının daha bir üsulu hesab edirlər.                         

  Gəncədə “Ekologiya – 2010” ümumşəhər tədbirlərinin yekun mərhələsi olub
bu gün Gəncə Regional Elm Mərkəzi, şəhər Təhsil İdarəsi və Metodiki Mərkəzin təşkilatçılığı ilə birgə  “Ekologiya – 2010” ümumşəhər tədbirlərinin yekun mərhələsi olub. 

    Tədbir öncəsi qonaqlar şagidlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Daha sonra məktəb şagirdləri “Ekologiya-2010” proqramı çərçivəsində keçirilmiş müsabiqə materiallarının qısa referat məruzələri ilə təbii sərvətlərimizin qorunması istiqamətində “Qlobal istiləşmənin qarşını necə almaq olar?”, “İqlim dəyişilmələri və yerli şəraitdə enerjiyə qənaət”, “İşğal olan torpaqlarda ekoloji vəziyyət”, “Bitki örtüyünün məhvi nəyə gətirib çıxara bilər” və digər mövzular ətrafında fikir mübadiləsi və şagirdlərin irəli sürdükləri təkliflərlə qonaqları tanış etdilər. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Çıxış edən qonaqlar Gəncə şəhərində “Ekologiya-2010” proqramı çərçivəsində həyata keçirilən tədbirlər haqqında ətraflı danışaraq, analoji tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayaraq, yaşıllığın hər zaman qorunmasının vacibliyini bildirdilər.                                         

Mirdaməd Sadıqov –Azərbaycan Dövlət Aqrar Universitetin rektoru: “Bu gün bu məktəbdə təşkil olunan Ekologiya ilə bağlı böyük bir tədbir əlbəttə ki, Azərbaycan təhsil sisteminə müxalif olan bütün şəxslərə böyük bir cavab oldu. Şagirdlərin çıxışı, bu məktəbdə gözəl bir ekspozisiyanın təşkil edilməsi və şagirdlərin o cür öz təkliflərinin verməsi Azərbaycan Təhsil sisteminin uğurlu inkişafına xüsusi ilə Gəncə təhsilinin oncül yer tutmasına bir bariz nümunədir”.  

    Xatırladaq ki, “Ekologiya-2010” proqramı cərçivəsində Gəncə şəhərində yerləşən orta məktəblərdə Ekologiya həftəsi, diskussiyalar, açıq dərslər vasitəsi ilə ekoloji proqramlar haqda məruzələr, ağacları qoruyaq kompaniyası və digər bu sahədə mühüm tədbirlər həftəsi keçirilib. 

    Afaq Əliyeva –Gəncə şəhər Təhsil İdarəsinin Metodiki Mərkəzinin direktoru: “Ekologiya ili ilə əlaqədar olaraq şəhər məktəblərində referat yazı işlərinin müsabiqəsi elan olundu. Əl işləri, foto, rəsm müsabiqələri elan olundu və bu müsabiqəyə qatılan uşaqlar təbii ki, axtarışlara başladılar. Həm qlobal problemlərin müzakirəsi ilə bağlı məktəblərdə keçirilən müəllimlərlə diskussiyalar şagirdlər üçün təşkil olunan dəyirmi masalar və bu problemlərin inşa yazılarında özünü əks etdirməsi, şagirdlərin referatlarında, tədqiqat işlərində əks etdirməsi onu göstərdi ki, şagirdlərimiz də, kiçik yaşlı məktəblilərimiz də artıq aşağı siniflərdən başlayaraq, kiçik yaşlardan başlayaraq ekoloji dünya görüşünün formalaşması, ekoloji təfəkkürün formalaşması, şagirdlərin problemlərə öz münasibətləri onların öz düşüncə tərzinin formalaşması məqsədi ilə bu günki tədbiri keçirdik. Bütün bu işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamları ilə həm Gəncə Regional Elmi Mərkəzin əməkdaşlarının köməkliyi ilə bu tədbirlər həyata keçirildi”. 

     “Ekologiya-2010” proqramı çərçivəsində həmçinin orta məktəblərdə ümummilli lider Heydər Əliyevə məxsus “Mən istərdim ki, Siz hamınız təbiəti qoruyanlar olasınız” fikirlərini özündə əks etdirən inşa müsabiqə keçirilib. Şəhər məktəblərindən 7 nəfəri müsabiqənin qalibi elan olunaraq, fəxri fərmanla təltif olundular. Tədbir şagirdlərin ifasında mahnılar və rəqslərlə davam etdi.

    Gəncədə “ Ekologiya-2010 ” tədbiri 38 saylı orta məktəbdə yekunlaşdı. Təbiətimizi qoruyaq ki, gələcəyimiz də qoruya bilək. 

    Artıq ikinci həftədir ki, 190 ölkədən olan nümayəndələr Kopenhagendəki sammitdə iqlim dəyişikliyilə mübarizə yollarına dair yeni qlobal razılaşmanın əldə olunmasına çalışırlar

Danimarka naziri Connie Hedegaard BMT konfransının sədri vəzifəsindən istefa verib. Onu baş nazir Lars Løkke Rasmussen əvəzləyəcək.

Ban ki Mun kasıb ölkələri iqlim sənədini imzalamağa çağırır

BMT-nin Kopenagendə keçirilən iqlim dəyişikliyi sammitində razılaşma əldə edilməsi vaxtına az qalır və BMT-nin baş katibi Ban Ki-mun inkişaf etməkdə olan ölkələri qlobal istiləşmə ilə mübarizə üçün uzunmüddətli yardım alacaqları barədə ümidlərindən əl çəkməyə çağırıb. 

Kasıb ölkələrin tələb etdiyi və Qərb ölkələrinin ayırmaq istədiyi maliyyə vəsaiti həcmi arasında fərq sammitdə əsas problemlərdən bidirir. 

Ancaq cənab Ban deyib ki, ümumi razılaşmaya gəlinməsi mümkündür. 

BBC-nin ətraf mühit məsələləri üzrə müxbiri bildirir ki, Efiopiyanın baş naziri Meles Zenavi varlə ölkələri milyardlarla dollar ayırmağa çağırır. O, bunun üçün yeni yollar təklif edir və onlardan biri də bankirlərin bank əməliyyatlarına vergi tətbiq edilməsidir. O, bu vəsaitlə iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kasəb ölkələrə yardım edilməsini təklif edir. 

BBC müxbiri xəbər verir ki, dünya liderləri artıq sammitə toplaşıblar. 

Danışıqların uğursuzluğa düçar olmasının qarşısını almaq üçün səylər davam edir. Görüş cümə günü başa çatacaq. 

Müxbirimiz xəbər verir ki, danışıqlar varlı və kasıb ölkələr arasında parçalanmaları əks etdirən mübahisələr ucbatından çətinliklərə üzləşməkdədir. 

Nümayişçilər həbs olunub

Danimarka polisi Kopenhagendə keçirilən sammitə etiraz məqsədilə toplaşmış nümayişçiləri gözyaşardıcı qazlarla dağıdıb. 

Yüzlərlə insan binanın bayırında barrikadaları dağıtmağa cəhd göstərib. 

Polis 200 nəfərin həbs edildiyini bildirib. 

Kopenhagen sənədi nədir?

Bu sənəd 2012-ci ildə müddəti başa çatan Kioto Protokolunu əvəz etməlidir. Amma bütün ümidlərə və gözləntilərə baxmayaraq, iştirakçı ölkələr arasında böyük parçalanma var və bu parçalanmalar Kioto protokolundan yox, 1992-ci ildə Rio de Janeyroda başlamış proseslərdən qaynaqlanır. 

Rio de Janeirodakı Yer Kürəsi mövzusuna həsr olunmuş sammit dünyanın iqlimin dəyişilməsinə və temperaturun artmasına reaksiyanın başlanğıcı idi. Burada toplaşan siyasi liderlər saziş imzalayaraq onu BMT-nin iqlim dəyişikliyi ilə bağlı deklarasiyası adlandırdılar. Məqsəd - istixana qazlarının tullantısını sabitləşdirmək və insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq idi. 

                                           

Deklarasiyanın dördüncü maddəsində deyilirdi ki, öhdəliklər müxtəlif olsa da, məqsəd birdir. Bu o demək idi ki, ölkələr ötənlərdə havaya tulladıqları qazların həcmini azaltmalıdırlar. 

Bu sənəd inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı dərin fərqi göstərirdi. 1995-ci ildə BMT-nin iqlim dəyişikliyi üzrə hökumətlərarası qurumu belə nəticəyə gəlmişdi ki, temperaturun artmasında insan müdaxiləsinə dair dəlil var. Bu, insanların müdaxiləsi nəticəsində havaya atılan istixana qazlarının həcmini azaltmaq haqqında çağırışların artmasına gətirmişdi. 

Kioto protokolunun tarixçəsi

İkinci dəfə iqlim məsələsini müzakirə etmək imkanı Yaponiyanın Kioto şəhərində nəsib oldu. 1997-ci ildə günlərlə davam edən danışıqlardan sonra BMT konvensiyasının məqsədlərinə nail olmaq istiqamətində ilk kollektiv addım atıldı. 

Kioto protokolu 37 sənayeləşmiş ölkəni karbon qazı tullantısını azaltmağa cavabdeh edirdi. Hindistan və Çin kimi ölkələrə qarşı tullantı məhdudiyyətləri yox idi. 


İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı bu fərq ABŞ-da qəbul edilən saziş üçün çox önəmli idi. Bir çox amerikalı siyasətçi Çinə qarşı karbon tullantıları məsələsində məhdudiyyətlərin olmamasından qəzəbli idi. 

Həmin vaxt çıxış edən senator Çak Heygel amerikalı siyatəçilərin fikrini belə ümumiləşdirmişdi: "Bu, Amerika üçün çox əl verməyən sövdələşmədir. Mən inanmıram ki, prezident bunu imzalasın". 

Beləliklə, saziş senata təqdim edilməmiş Klinton administrasiyası onu rədd etdi. Corc Buşun dövründə isə ABŞ qlobal proseslərdə iştiraka elə də meylli deyildi. 

Çoxları bunun ədalətsiz olduğunu hesab edirdi. 2007-ci ildə bir çox ölkələrin təzyiqi altında ABŞ çətinliklə də olsa iki istiqamətdə gedən danışıqlarda iştirak etməyə razılıq verdi. Bu danışıqlar Kopenhagen sammiti zamanı bütün tərəflərin bir yerə gəlməsini nəzərdə tutur. 

Kopenhagen perspektivləri və çətinlikləri

Amma iki il davam edən danışıqlar bir nəticə vermədi. Bu yaxınlarda Barcelonada ətraf mühitin müdafiəsi fəalları iqlim dəyişikliyinə həsr olunmuş toplantının keçirilməsinə maneə yaratmağa çalışmışdılar. Onlar irəliləyişin asta getdiyindən şikayətlənirdilər. 

Zəngin ölkələr deyirlər ki, dünya dəyişib və yeni sövdələşməyə daha iri inkişaf etməkdə olan ölkələrin havaya atdıqları tullantılara məhdudiyyətlərin qoyulması da daxil edilməlidir. Axı, indi real olaraq geniş karbon tullantısı prosesi məhz bu ölkələrdə baş verir. 

İnkişaf etməkdə olan ölkələr isə deyirlər ki, 1992-ci ildə edilən vədlərə əməl edilməyib və onlar öz xalqlarını yoxsulluqdan çıxarmalıdırlar. Bu fundamental çətinliklərə görə, BMT rəsmiləri və hökumətlər Kopenhagendə əməl edilməsi qanuni olan sövdələşmənin əldə edilməyəcəyini etiraf ediblər. 

Bir çox inkişaf etməkdə olan ölkələr temperaturun artması kimi ciddi reallıqlarla üzləşiblər və onlar gecikmələrdən qəzəblidirlər. Onlar zənginləri günahlandırırlar. 

Aqustin Ncamşi Kamerundandır və o, Pan Afrika İqlim uğrunda Ədalət alyansını təmsil edir: "Paradoks bundan ibarətdir ki, biz zəngin ölkələrlə onların münasibətini dəyişməyə yönəlmiş danışıqlar apararkən, iqlim yoxsul insanları həyatlarını dəyişməyə məcbur edir. İnkişaf etmiş ölkələr bunu bilməlidirlər. Bu, diplomatiya, vergi məsələsi deyil. Bu, ölüm-dirim məsələsidir. Onlar bunu dərk etməlidirlər." 

İnkişaf etməkdə olan ölkələrdə inamsızlıq və yorğunluq Kopenhagendə sazişin əldə edilməsi istiqamətində əsas maneə ola bilər. Vasitəçilər texniki məsələlərdə razılığa gələ bilsələr də, hərtərəfli saziş əldə etmək üçün lazım olan güzəştlərin çatışmazlığı ucbatından BMT dünya liderlərinə üz tutub. Bu liderlərin əksəriyyəti Kopenhagen sammitində iştirak edir. 

 




Mənbələr: www.adalet-az.com

                    www.hafta-ici.com














Comments