İqlim dəyişir

İqlim dəyişir, dünya istilənir. Alimlər quraqlıq, sellər və fövqəladə hava şərtləri mövzusunda davamlı olaraq xəbərdarlıq edirlər. Gedərək artan təsirlərin ən böyük səbəbi isə insandır. 8 Maddədən yaranan bu məzmunda, iqlim dəyişikliyi mövzusunda məlumat sahibi olacağıq. 

İqlim dəyişikliyi nədir?
Dünyanın istiliyi nizamlı olaraq artır. Qlobal istiliyi ortalama səth bu anda 15 dərəcədədir.

Geoloji və digər elmi dəlillər sübut edirlər ki, keçmişdə səth istiliyinin ən yüksək dərəcəsi 27 dərəcə , ən aşağı isə 7 dərəcə olduğunu göstərir.Lakin Alimlər təbii tarazlığın, insanlardan qaynaqlanan sıx bir istiləşmə müddətiylə pozulduğunu və bu vəziyyətin dünyadakı həyatın böyük hissəsinin təbii olduğu iqlimin sabitliyi üçün əhəmiyyətli mənfəətimlərə gətirib çıxaracağını söyləyir.
İstiləşmənin dəlili nədir?
İstilik qeydləri 19-çu əsr sonlarında tutulmağa başlandı. Qlobal istiləşmə ortalama olaraq 20-çi əsrdə təxminən 0.6 dərəcə artdı. İstiliyin artmasıyla buzlaqların əriməsi səbəbiylə dəniz səviyyələri də 10-20 santinmetr arasında yüksəldi. Arktiq dəniz buzları, son bir neçə 10 ilin yaz və payız dövründə təxminən yüzdə 40-a çatan nisbətdə incəldi. Buna qarşılıq Antarktikanın bəzi hissələri daha da soyudu. Səth istiliyi və troposferdəki istilik arasında bəzi ziddiyyətlər gözə dəyir.
İstilik nə qədər yüksələcək?
İstixana təsiri yaradan qazların təsirinin qarşısı alınmazsa, 2100-ə qədər ortalama qlobal istilik 1.4-5.8 dərəcə artacaq. Mədəniyyətin ortaya çıxışından bəri qlobal istilik ortalama yalnız 1 dərəcə artdı. İstixana təsiri yaradan qazların qarşısı dərhal alınmazsa belə, alimlər təsirin uzun bir müddət daha davam edəcəyini söyləyir. Çünki böyük buz və su parçalarını da ehtiva edən iqlim sisteminin normala dönməsi yüzlərlə il ala bilər. Bəzi alimlər, Qrelandiya buzlaqlarında yaşanan ərimənin dərhal tədbiri alınsa belə geri dönülməz olduğunu düşünürlər. Yüzlərlə il davam edəcək bu əməliyyat, dəniz səviyyələrində yeddi metrlik bir yüksəlməyə səbəb ola bilər.


Nə bilmirik?
İstiləşməyə insan təsirinin nə qədər olduğunu və istiləşmənin zəncirləmə təsirlərinin nələr ola biləcəyini bilmirik. Qlobal istiləşmə, sabit buzlaqların əriməsi ilə istixana təsiri yaradan əmtəən qazının yüksək miqdarda artması kimi, gələcəkdə istiləşməni tətikləyəcək dəyişikliklərə yol aça bilər. Daha isti şərtlər səbəbiylə böyümə sürətləri artan bitkilərin, böyüdükcə atmosferdən daha çox karbon 4 oksid çəkməsi kimi istiləşməni yüngülləşdirici təsirlər edə bilər. Ancaq elm adamları, kompleks tarazlığın, bu müsbət və mənfi təsirlərə necə bir reaksiya verə biləcəyi mövzusunda əmin deyil.

Indi atmosferdə keçən 650 000 ildəkindən daha çox CO2 var. Yerin iqlim tarixinin tədqiqatları göstərir ki, hətta CO2 səviyyələrində baş verən xırda dəyişikliklər belə, ümumi olaraq, qlobal orta hərarətdə əhəmiyyətli dəyişikliklər əmələ gətirmişdir. Alimlər gözləyir ki, istixana qazı çirklənməsini azaltmaq üçün effektiv siyasətin olmadığı halda, qlobal orta hərarət 2100-cü ilə kimi daha 2.0 Farenhayt şkalası üzrə artaraq 11.5 dərəcə Farenhayta çatacaq. Hətta əgər hərarət dəyişikliyi verilən proqnozların kiçik hissəsi qədər olsa belə, iqlimdə baş verən dəyişikliklərin ciddi olacağı gözlənilir: daha güclü tufanlar, quraqlıqlar, dənizlərin səviyyəsinin artması nəticəsində aşınmaya (eroziya) məruz qalan sahilboyu ərazilər. Verilən proqnozlar özünü tam doğruldarsa, onda dünya qəfil və qarşısı alınmaz fəlakətlərlə üz-üzə qala bilər.

Qlobal istiləşmə nədir?

Bu da yer üzünün kifayət qədər isti qalmasını təmin edir. Amma son vaxtlar qalıq yanacaqların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və cəmiyyətlərdəki istehlak meylinin artması kimi səbəblərdən atmosferdə karbondioksid, əmtəən və diazot monoksit qazların yığılmasını arıtır. Alimlərə görə bu artım qlobal istiləşməyə səbəb olur. 1860-dən günümüzə qədər tutulan qeydlər, ortalama qlobal istiliyin 0.5 ilə 0.8 dərəcə arasında artdığını göstərir.

Alimlər son 50 ildəki istilik artımının insan həyatına gözə çarpacaq dərəcədə təsir etdiyinin fikirindədirlər.Üstəlik artıq geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşıırıq.Heç bir tədbir görülməzsə bu əsrin sonunda qlobal istiliyin ortalama 2 dərəcə artacağı təxmin edilir.Həmcinin dünya daxilində tutulmağa başlanan qeydlərdə bildirilib ki, son 150 illik dövr içində 2007-ci il ən isti il idi.Yaxşı bu istilik artımı yəni qlobal istiləşmə nələrə gətirib çıxarır, həyatımıza necə təsir edir?Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir.Qütblərdəki buzlaqlar əriyir, dəniz suyu səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkinləri artır. Məsələn 1960-cı illərin sonlarından bu yana Şimali Yarımkürədə qar örtüyündə yüzdə 10 azalma olub. 20-inçi əsr boyunca dəniz səviyyələrində də 10-25 sm arasında bir artım olduğu müəyyən olunub.

Qlobal istiləşməyə bağlı olaraq dünyanın bəzi bölgələrində qasırğalar, sellər və daşqınların şiddəti və sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı, şiddətli quraqlıqlar və səhralaşmalar baş verir.

Qlobal İstiləşmənin Səbəbləri.

İnsanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına Qlobal İstilik deyilir. Daha ətraflı açıqlamaq lazım olsa dünyanın səthi günəş şüaları tərəfindən isidilir.Dünya bu şüaları təkrar atmosferə əks etdirir amma bəzi şüalar su buxarı, karbondioksid və əmtəən qazının dünyanın üzərində meydana gətirdiyi təbii bir örtü tərəfindən tutulur.

2050-ci ildə 2 milyard insan suzuz qalacaq

2050-ci ildə dünyada 2 milyard insan sudan məhrum olacaq, 30 il sonra da 3 milyard insan istifadə olunan su qaynaqlarını itirəcək. İsveçin paytaxtı Stockholmda "Dünya Su Həftəsi Forumu"nda təqdim edilən, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan "İqlim dəyişiklikləri və su" mövzulu hesabatına görə, dünyadakı iqlim dəyişiklikləri su qaynaqlarına da təsir edir. Hesabata görə, 2050-ci ildə dünyada iki milyard insan sudan məhrum oalacaq, 30 il sonra da 3 milyard insan istifadə edə biləcəyi su ehtiyyatlarını itirəcək.

Dünya Su Həftəsi Forumuna təqdim edilən BMT hesabatını tanıdan Hollandiyalı səlahiyyətli Michael van deyər Valk, iqlim dəyişikliklərinin su qaynaqlarına da təsir etdiyini bildirdi. Məqsədi, dünyada su mövzusunda yaşanan vəziyyətin ciddiliyini qərar verici vəziyyətində olan siyasətçilərə daha detallı göstərmək və həll axtarışlarını sürətləndirmək olduğunu söyləyən Michael van deyər Valk, yağmurların azalmasıyla bir çox ölkədə su ehtiyatlarının quruduğunu izah etdi. Hesabata görə, dünya əhalisi ilə birlikdə əkinçilik və sənaye istehsalı artır, dünyanın iqtisadiyyatı böyüyür ancaq su qaynaqları sürətlə tükənir. Hesabatda ayrıca xülasəylə bu başlıqlar yer almışdır:

Dünya əhalisinin yüzdən 20%-ni təşkil edən 30 ölkə su çətinliyi ilə qarşı-qarşıya durur. 2025-ci ildə isə bu ölkə sayı 50-yə catacaq və dünya əhalisinin yüzdə 25-i su çətinliyi ilə üz-üzə gələcək.

Dünyada 1950-ci illərə görə su ehtiyatları yüzdə 15 ilə 30 nisbətində azalmışdır. Buna qarşılıq 2050-ci ildə isə su ehtiyyatı bu günkündən yüzdə 50 çox olacaq. İqlim dəyişiklikləri su ehtiyatlarına da təsir etdiyi üçün, dəyişikliklər qlobal böhrana səbəb olacaq.


Qalıq Yanacaqlar:

Kömür, neft və təbii qaz dünyanın bu günki enerji ehtiyacının cox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾'ünün yarısının çıxarılması

qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır.

Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə

daxil edilir.

İstixana Qazlarının Meydana gəlməsi:

Günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. Bir qisimi litosferden, bir qisimi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutularaq dünyanı istitməkdə olan səth və troposfer normadan isti olur. Bu hadisə, günəş şüalarıyla istilənən amma içindəki istiliyi çölə buraxmayan istixanaları xatırladır; bu səbəblə də bunu təbii istixana təsiri olaraq adlandırılar

Istixana Təsirinin Əhəmiyyəti:

İstixana təsiri təbii olaraq meydana gələn və iqlim üzərində əhəmiyyətli rol oynayandır. Sənaye inqilabı ilə birlikdə, xüsusilə 2-ci dünya döyüşündən sonra, insan fəaliyyəti istixana qazlarının miqdarını hər keçən il artıraraq yüksək nisbətlərə çatdırmışdır.

Bu təbii təsiri artıran karbondioksid, metan, su buxarı, azotoksit və kloroflorokarbonlar istixana qazları olaraq adlandırmışdırlar. Ozon təbəqəsinin incəlməsi də başqa bir faktordur.

İstixana Qazları : Karbondioksid (CO2):

Dünyanın istiləşməsində əhəmiyyətli bir rolu olan CO2, Günəş şüalarının yer üzünə çatması əsnasında bu şüalara qarşı keçiricidir. Beləcə yer üzünə çarpıb əks olunduqlarında onları sorur.

18 və 19-cu əsrlərdə CO2-in atmosferdəki cəmi 280-290 ppm arasında ikən, qalıq yanacaqların istifadə edilməsi nəticəsində indiki vaxtda təxminən 350 ppmə qədər çıxmışdır. Edilən ölçülmələrə görə atmosferdəki CO2 miqdarı 1958-dən etibarən 9% artmış və günümüzdəki artım miqdarı illik 1 ppm olaraq hesablanmışdır.

İstixana Qazlarının Bilinən və Ola biləcək Təsirləri:

Dünyanın istiliyi sənaye inqilabından bu yana 0,45ºC artmışdır. Bunun əsas səbəbi qalıq yanacaqların yanması nəticəsi ortaya çıxan CO2 və digər istixana qazlarıdır. Artan əhali və böyüyən iqtisadiyyatın enerji ehtiyacları da çoxalmaqdadır. Bu ehtiyacın qarşılanması isə qalıq yanacaq istehlakının

artmasına və atmosferdəki CO2 miqdarının böyük ölçüdə çoxalmasına səbəb olmasıdır. İstilik artımının ola biləcək təsirləri nəzəriyyələr formasında araşdırılmaqdadır.


İqlim dəyişikliyi nəzarətsiz qalsa, qlobal istiləşmənin qarşısı alınmasa, 1930-cu illərin Böyük Depressiyasına bənzər iqtisadi fəlakət yarana bilər. Dünya iqtisadiyyatına 3.68 trilyon funt sterlinqdən çox ziyan dəyə bilər. Oktyabrın 30-da yayılmış İqlim Dəyişikliyinin İqtisadiyyatı adlı «Stern» İcmalında belə deyilir. İcmalı Birləşmiş Krallığın Maliyyə Nazirliyinin tanınmış iqtisadçısı Nikolas Stern hazırlayıb. Məqsəd iqlim dəyişikliyinin iqtisadi fəsadlarını dərindən araşdırmaq və bu fəsadların qarşısını almaq üçün çıxış yolları təklif etməkdir.

Hesabata görə, əgər iyirmi ilə bir iş görülməsə, orta qlobal temperatur 5 dərəcə arta bilər. Nikolas Stern deyir ki, iqlimdə belə bir dəyişiklik heç vaxt qeydə alınmayıb və bu sonuncu Buz Dövrüylə müqayisə oluna bilər: «Sonuncu Buz Dövründə temperatur indikindən beş dərəcə az idi. Belə fərqlər dəyişdirilə bilir. Fiziki coğrafiyanı yenidən çəkmək insan coğrafiyasını dəyişmək deməkdir».

Ser Nikolas Sternin 700 səhifəlik hesabatının rəsmi təqdimatında baş nazir Toni Bler də iştirak edib: «Temperaturun 2-3 dərəcə artması o deməkdir ki, buzlaqlar əriyəcək və bir milyarddan çox adamın su ehtiyatı azalacaq, dənizlərin səviyyəsinin qalxması 200 milyon adamı evsiz-eşiksiz qoyacaq. Məhsulun azalması xüsusilə Afrikaya aclıq və ölüm gətirəcək. Malyariya kimi xəstəliklər yayılacaq, 40-adək heyvan və bitki növünün kökü kəsilə bilər».

Nikolas Stern təklif edir ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün dərhal qlobal Ümumi Daxili Məhsuoun 1 faizi-təxminən 184 milyard funt sterlinq vəsait ayrılmalıdır. Əgər bu pul indi ayrılmasa, sonda məbləğ 20 dəfə çox ola bilər.

Hesabatın əhəmiyyətinə gəldikdə isə, bu xəbərdarlığı ekoloq deyil, tanınmış iqtisadçı edir. Üstəlik hesabatda deyilənlər Kyoto Protokolunun əleyhinə olanların, məsələn, ABŞ prezidenti Corc Buşun arqumentlərinə ziddir. Sonuncunun fikrincə, dünya iqlim dəyişikliyi və iqtisadi artım arasında seçim etməlidir.


Comments