Iqlim dəyişikliyi prosesinin modelləşdirilməsi

 

İQLİM DƏYİŞİKLİYİ PROSESİNİN MODELLƏŞDİRİLMƏSİ

REFERAT İŞİ



Yer kürəsinin iqlimi daim dəyişir. Keçmişlərdə planetin iqlimi təbii hadisələrlə əlaqədar dəyişib. Lakin müasir zəmanəmizdə iqlim dəyişikliyi dedikdə əsasən, 1900-cü illərdə baş verən dəyişiklilər nəzərdə tutulur.Son illər ərzində müşahidə etdiyimiz və qarşıdam gələn 80 il ərzində gözlənilən iqlim dəyişiklilərinin, təbii proseslərdən daha çox insan fəaliyyəti ilə bağlı olduğu düşünülür.İqlim dəyişikliyindən danışarkən, istixana effekti deyilən istilah olduqca mühümdür, çünki bu, Yer kürəsini isti saxlayan qazlara aiddir.Belə düşünülür ki, məhz bəşəriyyətin əlavə olaraq havaya buraxdığı istixana qazları problemin əsasını təşkil edir. Son günlər dünyanın müxtəlif regionlarına dair hava proqnozu barədə verilən məlumatlarla tanış olduqda təəccüblənməyə bilmirsən. Dünya istiləşməkdən daha çox soyuyur. Londondan tutmuş Pekinədək hamı qalın qar kütləsilə mübarizə aparır. Sanki dünyada qlobal istiləşmə yox, qlobal buzlaşma prosesi gedir. Əslində bu iki proses biri digərinin nəticəsidir və qarşısı alınmazsa, planetimiz tarixində bəşəriyyət üçün təhlükəli olan mərhələsinə qədəm qoyacaq. 


İqlim dəyişikliyi nədir?

Dünyanın istiliyi nizamlı olaraq artır. Qlobal istiliyi ortalama səth bu anda 15 dərəcədədir. Geoloji və digər elmi dəlillər sübut edirlər ki, keçmişdə səth istiliyinin ən yüksək dərəcəsi 27 dərəcə , ən aşağı isə 7 dərəcə olduğunu göstərir.Lakin Alimlər təbii tarazlığın, insanlardan qaynaqlanan sıx bir istiləşmə müddətiylə pozulduğunu və bu vəziyyətin dünyadakı həyatın böyük hissəsinin təbii olduğu iqlimin sabitliyi üçün əhəmiyyətli mənfəətimlərə gətirib çıxaracağını söyləyir.

Təsirlər

  • Dəniz səviyyəsinin qalxması:


Havanın temperaturu yüksəldikcə, okean atmosferdəki istini udur və bunun nəticəsində suyun səviyyəsi qalxır. 

Yüksələn hava hərarəti Qrenlandiya və Anatrktikadakı buz örtüklərini təsirləndirsə də, güman edilmir ki, onlar okean səviyyəsini təsirləndirəcək qədər ərisinlər. 

Lakin əgər bu ərimə prosesi davam edərsə, qarşıdan gələn min il ərzində dünya okeanının səviyyəsi bir-neçə metr yüksələ bilər. 

Məsələn artıq “aşağı emissiya ssenarisində” hesablanıb ki, 2080-ci ilədək suyun səviyyəsi 9 santimetrdən 48 santimetrədək qalxa bilər. 

“Yüksək emissiya ssenarisində” bu rəqəm müvafiq olaraq 16 və 69-dur.

Bu isə o deməkdir ki, bir çox adaların həyatı ciddi şəkildə təsirlənəcək və hətta təhlükə altına düşəcək.

Misal kimi Sakit Okeandakı Tuvalu adasını göstərmək olar. Orada əhali artıq dəniz səviyyəsinin qalxmasından və içməli suyun şorlaşmasından əziyyət çəkir.

Böyük Britaniyada su səviyyəsinin qalxması həm də torpaq dəyişmələri ilə müşaiyət olunur. Belə ki, adanın cənub hissəsini su basır, şimal hissədə isə bunun əksi baş verir. 

  • Səhhətimiz:


İqlim dəyişikliyi insanların səhhətini və həyatının bir çox sahələrini təsirləndirir.

Yediyimiz ərzaq, içdiyimiz su, nəfəs aldığımız hava – bunların hamısı iqlim dəyişikliyinə bağlıdır. 

Bundan əlavə qış aylarında daha ağır leysanların yağacağı gözlənilir.

Başqa yerlərdə əksinə qışın mülayimləşməsi müşahidə oluna bilər. Bunun yaxşı tərəfi odur ki, birbaşa soyuqla əlaqəli ölümlər 20 min civarında azalacaq, lakin əvəzində təhlükəli bakteriyalar mövsümi olaraq donub ölməyəcək və xəstəliklər daha sürətlə yayılacaq. 

Əvəzində isti vurması ilə bağlı ölümlərin sayı arta bilər. Ultrabənövşəyi süalanmanın artması isə dəri xərçəngi kimi xəstəliklərin geniş yayılmasına yol aça bilər.

Məsələn, isti yerlərin xəstəliyi sayılan malyariya kimi xəstəliklərin virusu daha soyuq şimal ərazilərə yayıla bilər. 

Alimlər hesablayıblar ki, yoxsul ölkələrdə qlobal istiləşmənin fəsadlarını tənzimləmək daha problematik olacaq. 

  • Uyğunlaşma:


Bəşəriyyət ilk öncə qlobal istiləşmənin və iqlim dəyişikliyinin özündən asılı olan səbəblərini aradan qaldırmalıdır. 

Düşünülür ki, gələcək bərpa olunan enerji növlərinə məxsusdur. Söhbət yel dəyirmanlarından, geotermal və su enerjisindən, atom elektrik stansdiyalarından gedir.

Bütün bunlar, əlbəttə, hökumətlərin görəcəyi qlobal işlərdir. Lakin ayrı-ayrı insanlar da öz həyat tərzlərinə dəyişiklik etməli olacaqlar.





İstilik nə qədər yüksələcək?

İstixana təsiri yaradan qazların təsirinin qarşısı alınmazsa, 2100-ə qədər ortalama qlobal istilik 1.4-5.8 dərəcə artacaq. Mədəniyyətin ortaya çıxışından bəri qlobal istilik ortalama yalnız 1 dərəcə artdı. İstixana təsiri yaradan qazların qarşısı dərhal alınmazsa belə, alimlər təsirin uzun bir müddət daha davam edəcəyini söyləyir. Çünki böyük buz və su parçalarını da ehtiva edən iqlim sisteminin normala dönməsi yüzlərlə il ala bilər. Bəzi alimlər, Qrelandiya buzlaqlarında yaşanan ərimənin dərhal tədbiri alınsa belə geri dönülməz olduğunu düşünürlər. Yüzlərlə il davam edəcək bu əməliyyat, dəniz səviyyələrində yeddi metrlik bir yüksəlməyə səbəb ola bilər.







Bəs, buz dövrü nədir?


Qütblər az həcmdə Günəş enerjisi aldığı zaman soyumağa başlayır. İsti su istənilən səviyyədə şimali doğru hərəkət edə bilmir, ona görə ki, cənub tərəfdə soyumağa başlayır. Doğrudur, okeanın konveyeri «işləyir», ancaq zəifləmiş rejimdə «çalışır» və orta enliklərdə temperatur 8-10 dərəcə aşağı düşür ki, bu da buz dövrünün üçün şərait yaradır. Yay mövsümü o dərəcədə soyuq olur ki, yuxarı şimal enliklərində başlanması qar yayda tam ərimir və növbəti qışa qalır. Bu da buzlaqların böyüməsinə səbəb olur. Qeyd etmək zəruridir ki, məhz Şimal yarımkürəsi buz dövrünün başlanmasına «cavabdehdir», ona görə ki, Antarktidada buzlaq daima mövcuddur. Antarktidada buz qatının həcmi böyükdür, kontinentin orta hissəsində buz qatının qalınlığı təqribən 4 min metr təşkil edir. Bu buz qatı buzlaşmalarası dövrdə ərimir, lakin buzlaşma dövrlərində həcmcə də böyümür. Məsələ ondadır ki, buz qatı okeanla əhatə olunub, okeanın suyu da buzlaşmır, çünki okeanın həcmi çox böyükdür və su daim yerini dəyişir. Yəni cənub qütbündə buzlaşmalarası dövrdə ərazidə xarici görkəmcə çox az şey dəyişir. Amma Şimal qütbünün ətrafındakı bütün materiklərdə-Şimali Amerikada, Kanada, Polşada, Almaniyada, Baltikyanı ölkələrdə və Asiyada, o cümlədən Rusiya Federasiyasında quru ərazilər güclü buz qatlarına bürünür. Ümumi temperaturun aşağı düşməsi və geniş buz örtüklərinin yaranması planetin mənzərəsini dəyişir. Kontinentlərdə bütki örtüyü dəyişir: enliyarpaqlı meşələr yerini tundra meşələrinə verir. Amma planetin daha çox qütb və qütblərarası əraziləri dəyişikliklərə məruz qalır. 




Dünyada buzlaşma üçün şərait həmişə olub. Bununla bağlı ilk dəfə ötən əsrin 30-cu illərində astronom və fizik Milyutin Milankoviç məlumat verib. Alimin fikrincə, buzlaşmaya səbəb yaradan faktorlardan biri Yer kürəsinin oxunun çevrədən ellipsə doğru və geriyə dəyişməsidir. Bundan başqa, planetin oxunun əyilmə bucağı da dəyişir və bu azmış kimi, əyilmə bucağı həm də fırlanır. Buna görə də, qütblər Günəşdən qeyri-bərabər istilik alır. Bu dövri dəyişikliklər mütəmadi olaraq baş verir, yəni Yer kürəsini təkcə Günəş deyil, digər kosmik cismləri də cəlb edir. Şimal və Cənub qütblərinin bu dəyişikliklərə reaksiya verdiyi də məlumdur. Ekvatordasa, əksinə, istilik dəyişikliyi daha az hiss olunur, çünki o Günəş tərəfindən bərabər ölçüdə daimi işıqlandırılır. Amma buna baxmayaraq, hazırki buzlaşma yalnız müəyyən anlarda baş verir və Yer kürəsinin tarixində qısa dövrü əhatə edir. 

İstiləşmənin dəlili nədir?


İstilik qeydləri 19-çu əsr sonlarında tutulmağa başlandı. Qlobal istiləşmə ortalama olaraq 20-çi əsrdə təxminən 0.6 dərəcə artdı. İstiliyin artmasıyla buzlaqların əriməsi səbəbiylə dəniz səviyyələri də 10-20 santinmetr arasında yüksəldi. Arktiq dəniz buzları, son bir neçə 10 ilin yaz və payız dövründə təxminən yüzdə 40-a çatan nisbətdə incəldi. Buna qarşılıq Antarktikanın bəzi hissələri daha da soyudu. Səth istiliyi və troposferdəki istilik arasında bəzi ziddiyyətlər gözə dəyir.



Nə bilmirik?


İstiləşməyə insan təsirinin nə qədər olduğunu və istiləşmənin zəncirləmə təsirlərinin nələr ola biləcəyini bilmirik. Qlobal istiləşmə, sabit buzlaqların əriməsi ilə istixana təsiri yaradan əmtəən qazının yüksək miqdarda artması kimi, gələcəkdə istiləşməni tətikləyəcək dəyişikliklərə yol aça bilər. Daha isti şərtlər səbəbiylə böyümə sürətləri artan bitkilərin, böyüdükcə atmosferdən daha çox karbon 4 oksid çəkməsi kimi istiləşməni yüngülləşdirici təsirlər edə bilər. Ancaq elm adamları, kompleks tarazlığın, bu müsbət və mənfi təsirlərə necə bir reaksiya verə biləcəyi mövzusunda əmin deyil.






Comments