İqlim dəyişikliyi prosesi

               İQLİM   DƏYİŞİKLİYİ  PROSESİ

    Son dövrlərdə təhlükəli anomal proseslərin dinamikası artır, keçən əsrin sonlarından başlamış bu proses dünyada baş verən qlobal iqlim dəyişmələrinin nəticəsidir. Qlobal iqlim dəyişmələrinə səbəb olan əsas amil isə atmosferin yerə yaxın təbəqəsində orta illik temperaturun artmasıdır. Orta illik temperaturun dəyişməsi indiyədək dünyanın ayrı-ayrı regionlarında müxtəlifdir. Ancaq bütövlükdə 0,8-1 dərəcəyədək temperatur yüksəlib. Bu isə dünyanın mövcud iqlim sistemində rütubətin paylanmasını dəyişib. Burada əsas səbəb atmosferlə dünya okeanı səviyyəsində gedən istilik mübadiləsidir. Bu, həm də okeanlarda cərəyanların hərəkətinin dəyişməsinə səbəb olur. Okeanlarda cərəyanların hərəkət istiqamətini dəyişməsi isə dünyanın bu və ya digər regionunda quru ərazilərdə kəskin yağıntıların artmasına, yağıntının çoxillik normadan az olduğu ərazilərdə isə quraqlığa gətirib çıxarır. Ona görə də istənilən regionda sel, daşqın və təhlükəli hidrometeoroloji proseslərlə bağlı digər hadisələr baş verir. Qısaca desək, proses belədir: temperatur artırsa, buxarlanma da artır. Buxarlanma artırsa, buxarlanan su atmosferdə qalmır və yerə qayıtmalıdır. Yəni min illər ərzində Yer kürəsindən nə qədər su buxarlanıbsa, o qədər su yerə qayıdır. Bunun 14-15 faizi quruya, 84-85 faizi isə birbaşa okeana qayıdır.

Axır vaxtlar iqlim dəyişikliyi mövzusu dünya media nümayəndələri, siyasətçiləri, alimləri, adi insanlar və ən böyük şirkətlər arasında geniş müzakirə obyektinə çevrilib. Bu bir faktdır. Əsirlər ərzində, atmosfer istixana qazları üçün tullantılar atılan yer kimi istifadə edilmişdir və bu gün bəşəriyyət qarşısında bu prosesin real təhlükə sualı dayanıb. 

İqlim dəyişir: Hərarət qalxır, buzlaqlar əriyir, dəniz səviyyəsi yüksəlir, su təchizatı təhlükə altındadır. Çaylar və kənd təsərrüfat yerləri quruyur, səhraların sayı artır. Bioloji müxtəliflik dəyişir. Arktika əriyir, dəniz isinir. 


  • Qlobal iqlim dəyişikliyi problem olaraq qalır:

   Ötən həftə İtaliyanın Lakvilla şəhərində toplanan böyük səkkizliklərin zirvə toplantısında müzakirə olunan məsələlərdən biri iqlim dəyişkənliyinin törətdiyi fəsadlar idi. Böyük səkkizliyin məqsədi istiləşməni 2 dərəcə endirməkdir. 

Elmi araşdırmaların nəticəsinə görə isə qlobal temperaturun 1 selsi dəyişməsi üçün 1000, 1200 il vaxt tələb olunur. Bəs buna necə nail olsunlar? Axı atmosferə atılan tullantılar, istixana qazlarından istifadə bir an belə azaldılmır. Hətta qlobal iqtisadi tənəzzüldən çıxış yolları tapılsa da, iqlim böhranı məsələsi öz ciddiyyətini qorumaqdadır. Toplantıda iştirak edən ölkələrin liderləri inkişaf etməkdə olan Avropa ölkələrini də iqlim dəyişkənliyi ilə mübarizəyə yardım etməyə, eləcə də karbon qazı tullantılarının azaldılmasına kömək etməyə çağırdılar. 

Xatırladaq ki, bir neçə ildir mütəxəssislər iqlim dəyişməsindən və karbon qazlarından müntəzəm olaraq bəhs edir, dünyanın ən nüfuzlu beynəlxalq qurumları bu problemdən çıxış yolu axtarırlar. Lakin hələ də iqlim dəyişməsi problem olaraq qalmaqdadır. Yəni Yer kürəsi atmosferə atılan karbon qazının, elmi dildə desək, CO2 tullantılarının yaratdığı qlobal gərginliklə üz-üzədir. Aramsız yağıntılar, sunamilər, qitənin şimalında düşən istilər dünyada həm də sosial və iqtisadi itkilərlə müşahidə olunur. 

CO2 istiliyi özündə saxlamaq qabiliyyətindədir. Karbon qazı atmosferə düşdükdə onda güclü istiləşmə prosesi gedir. Yəni yeraltı sərvətlər də, anormal iqlim dəyişməsi də bu istilikdən yaranır. Mütəxəssislər bildirir ki, planetimizin mövcudluğu ərzində karbon qazının atmosferdə miqdarı cüzi olub. Sənaye inqilabı dövründə atmosferdəki hər milyon hissəcikdən yalnız 280-ni karbon qazının payına düşüb. Lakin o vaxtdan bəri atmosferdə karbon qazının miqdarı sürətlə artır. İndiki dövrdə mədən yanacağının istifadə edilməsi, meşələrin qırılması üzündən atmosferə düşən hər milyon hissəcikdən biri karbon qazının payına düşür. Proqnozlara görə, 20 ildən sonra bu rəqəm 450-yə çatacaq. Çünki atmosferə atılan toksik maddələrin həcmi hələ də yüksək olaraq qalır. 

Bütün bunların nəticəsində yer üzündə orta temperatur sürətlə artır, aramsız yağışlar yağır, qasırğalar qopur, torpaq erroziyaya uğrayır və şoranlaşma gedir. Bir neçə gün öncə Türkiyənin Qara dəniz bölgəsi ətrafında güclü istidən dərhal sonra baş verən aramsız yağış və qasırğa sel daşqınına səbəb oldu, evlər suyun altında qaldı, ağaclar kökündən qopdu və insan təlafatı ilə nəticələndi. Təbii fəlakəti təhlil edən mütəxəssislər bu təbiət hadisəsini, yəni həddən artıq güclü istini və ardınca da baş verən yağışı, dağıdıcı qasırğanı okeanlarda baş verən iqlim hadisələri, buzların əriməsi və torpaqların şoranlaşması ilə bağlayırlar. 

Alimlər bu yay da güclü istilərin olacağını, sərt küləklərin əsəcəyini və aramsız yağışların yağacağını bildirirlər. Təhlilçilər deyirlər ki, Amazoniya, Tayqa kimi iri meşələrin qırılmasının qarşısı alınarsa, karbon qazının udulması bir qədər artar, enerji balansı müəyyən qədər sabitləşər. 


  • İqlim dəyişıikliyi üzrə Yeni Qlobal Razılaşmaya olan Tələbat

Qısa faktlar:

   Düzgün istiqamətdə atılan ilk sanballı addım kimi, 1997-ci ilin Kyoto Protokolu dünyanın bir neçə sənayeləşmiş ölkələrində istixana qaz emissiyalarının bəzi hallarda azaldılması və stabilləşdirilməsində artıq kömək etmişdir. Bununla belə, Kyoto Protokolu altında emissarların azaldılması hədəfləri 36 sənayeləşmiş ölkə qrupuna aiddir və qlobal qaz emissiyalarının yalnız bir hissəsini əhatə edir. Protokolun öhdəlik mərhələsi 2012-ci ildə başa çatır.

İqlim dəyişikliyi və onun təsirlərinə dair elmi dəlillər göstərir ki, daha güclü beynəlxalq hərəkətin mühümlüyünə olan hiss böyüməkdədir. Kyuota Protokolunun ilk öhdəlik dövrü 2008-ci ilə kimi başlamasa da, iqlim dəyişikliyi üzrə yeni razılaşma əldə olunmalıdır. 

Çətinliklər:

Inkişaf etməkdə olan ölkələr  müdafiəsizdir- Ona görə ki, Inkişaf etməkdə olan ölkələr sənayeləşmiş ölkələrə nisbətən daha az gəlir əldə etdiklərindən, inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrlə müqayisədə  iqlim dəyişikliklərinin təsirlərinə daha çox məruz qalırlar və bu təsirlərə uyğunlaşmaq üçün çox az imkanları vardır. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrin emissiyaları bütövlüklə qalxir və sənayeləşmiş ölkələrə nisbətən emissiyaların adambaşına düşən səviyyələri daha azdır. Bir çox inkişaf etməkdə olan ölkələr üçün emissiyaların mütləq səviyyəsi ekstremal dərəcədə azdır. Növbəti qlobal razılaşma, sənayeləşmiş ölkələrin iqtisadı maraqlarını qorumaqla yanaşı, inkişaf etməkdə olan ölkələrin maraqlarına ünvanlanmalıdır. 


  • Danışıqlar Üçün Mərkəzi Məsələlər:

   Danışıqlar üçün  mümkün mövzular-gələcək iqlimlə bağlı razılaşmanın spesifik layihələrini qabaqcadan demək hələ tez olduğuna baxmayaraq, istiqamətləndirici prinsipləri və genişlənmiş sistemə daxil olacaq maddələri təyin etmək mümkündür. Sağlam hərtərfli razılaşmanı həll etmə-elə bir razılaşmanı ki, gələcək onilliklər üçün cığır qoyacaq-2009-cu ilə kimi təhlükəli şübhə ifadə etsə də, əsaslandırılmış cədvəl mümkündür. İqlim Dəyişikliyi üzrə 2007-ci ilin Dekabrında Balidə keçiriləcək Konfrans 2012-ci ildən sonrakı illər üçün iqlim dəyişikliyinin siyasəti üzrə hərtərəfli gündəliyin irəli sürülməsinə zəruri təklif üçün imkan yaradır. Əsas prinsiplər 2008-ci il ərzində müəyyən olunmalıdır və 2012-ci ildə ratifikasiya olunması üçün dünya ictimaiyyəti razılıq ələd etməlidir.

2012-ci ildən sonrakı iqlim dəyişikliyi rejimi, problemin qlobal həllinin ünvanlanmasının bütün aspektlərinə imkan yaratmaq üçün daha da genişləndirilməlidir, əlavə olaraq: 

  • Son zamanlar elmi tapıntılarla və biznesin uzunmüddətli investisiya planlaşdırma ehtiyaclarının uyğunluğu ilə bir sırada uzunmüddətli qlobal cavab;
  • Özlərinin tarixi məsuliyyəti və iqtisadi imkanları ilə bir sırada rəhbərlik etməyə davam etməli  sənayeləşmiş ölkələrin öz emissiyalarını daha çox azaltması; 
  • İnkişaf etməkdə olan ölkələrin bundan sonra da cəlb edilməsi, əsasən də həmin ölkələrin ki, emissiyaları artıq və yaxud da yaxın gələcəkdə atmosferik qatılaşdırırmasına əhəmiyyətli dərəcədə öz töhfəsini verir; 
  • Sosial- iqtisadi inkişafı qoruyaraq və kasıbçılığı azaldaraq, öz emissiyalarını məhdudlaşdırmaq və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmağa kömək məqsədilə inkişaf etməkdə olan ölkələr üçün stimul, və bunun üçün də;
  • Çox mənfəətli bazarı realizə etmək və inkişaf etməkdə olan ölkələrə stimul vermək üçün ehtiyac duyulan mənbələri səfərbər etməyə himayəlik etmək məqsədilə artırılmış karbon bazarı vasitəsilə elastiklilik; 

İqlim dəyişikliyi üzrə BMT-nin yüksək səviyyəli tədbiri - BMT-nin Katibi, General Ban-Ki-moon 24 Sentyabr 2007-ci ildə, Baş Məclisdə ümumi debatdan bir gün qabaq, Bali Konfransı üçün nöqteyi-nəzərlərin mübadiləsini asanlaşdırmaq və siyasi iradəni oyatmaq məqsədilə Nyu-Yorkda qeyri-rəsmi yüksək səviyyəli  tədbir təşkil edəcək. Tədbir, qeyri-rəsmi olsa belə, qlobal forumda iqlim dəyişikliyinə müraciətin vacibliliyini bir daha təsdiqləmək və bütün ölkələri hərtərəfli prosesə cəlb etmək imkanlarını təmin etmək məqsədini güdür.


  • İqlim dəyişikliyi bəşəriyyətə nə vəd edir?

   Son günlər dünyanın müxtəlif regionlarına dair hava proqnozu barədə verilən məlumatlarla tanış olduqda təəccüblənməyə bilmirsən. Dünya istiləşməkdən daha çox soyuyur. Londondan tutmuş Pekinədək hamı qalın qar kütləsilə mübarizə aparır. Sanki dünyada qlobal istiləşmə yox, qlobal buzlaşma prosesi gedir. Əslində bu iki proses biri digərinin nəticəsidir və qarşısı alınmazsa, planetimiz tarixində bəşəriyyət üçün təhlükəli olan mərhələsinə qədəm qoyacaq.

Bu gün artıq çox az adam qlobal istiləşmə faktına inanmır. Çünki elmi dairələr ictimaiyyəti məlumatlandırırlar ki, atmosferdə parnik qazlarının səviyyəsi fasiləsiz artır. Arktikada buzlar sürətlə əriyir. Yer kürəsindəsə havanın temperaturu dayanmadan artır və onun əsrin sonunadək minimum 2 dərəcə artacağı bildirilir. Bununla belə, elmdən uzaq dairələrdə məsələylə bağlı daha çox əfsanə və miflər dövr edir. Hər şeyin öz yoluna düşəcəyinə inananlar iddia edirlər ki, istiləşmə iqlim sistemindəki dəyişikliklərin bir hissəsidir. Ona görə ki, istiləşmə və soyuq iqlim şəraiti əvvəl də bir-birilərini əvəz edib. Faciənin baş verəcəyinə inananlarsa, əksinə, ehtiyat edirlər ki, qlobal istiləşmə hamımızın yeni buz dövrünə atacaq.

Beləliklə, aydın olur ki, qlobal istiləşmə tempi perspektivdə sürətlənəcək. Bəşəriyyətin bu prosesi qlobal fəlakətə çevrilməsi üçün təqribən 100 il vaxtı var. Əks təqdirdə, Arktikada və Qrenlandiyada əriyən iri buzlaq suyu Norveç-Qrenlandiya hövzəsində dəniz suyunun səthini şirinləşdirə və yeni qlobal buzlaşma dövrünün başlanmasına səbəb olmaqla müasir okean dövriyyəsini poza bilər. Doğrudur, son hesablamalar göstərir ki, belə bir ssenarinin gerçəkləşməsi üçün həddən artıq ərimiş buz suyu lazımdır. Amma istənilən halda qlobal istiləşmənin qarşısı alınmasıdır. Yoxsa hadisələrin inkişafı yerüstü canlıların xeyrinə cərəyan etməyəcək.






Resurs: http://www.lent.az/news.php?id=57817

                  http://climate.didev.org/qlobal06.html


                                      

                

Comments