İqlim dəyişikliyi

İqlim dəyişir, dünya istilənir. Alimlər quraqlıq, sellər və fövqəladə hava şəraitləri mövzusunda davamlı olaraq çıxış edirlər. Gedərək artan təsirlərin ən böyük səbəbi isə insandır. Bir neçə maddədən yaranan bu referatda, iqlim dəyişikliyi mövzusunda məlumat alacağıq.







Dünya insanların əlindədir...


  • İqlim dəyişikliyi nədir?

Dünyada temperatur nizamlı olaraq artır. Qlobal istiləşmənin orta həddi təxminən 15 oCdir. Elmi dəlillər sübut edir ki, keçmişdə yer səthində istiliyinin ən yüksək dərəcəsi 27 dərəcə, ən aşağı isə 7 dərəcə olduğunu göstərir. Alimlər təbii tarazlığın pozulmasında insanları günahkar hesab edir və belə tez bir müddətdə qlobal istələşmənin davam etməsini dünyadakı həyatın məhvi olduğunu iddia edirlər.

  • İstixana təsiri nədir?

İstixana təsiri, atmosferdə olan bir təbəqənin yaratdığı təsirdir. Bu təbəqə Günəşdən gələn şüaların dünyadan əks olunduqdan sonra təkrar atmosferin xaricinə çıxmasına maneə törədir. İstixana təsiri olmasaydı dünya son dərəcə soyuq bir planet halına gəlirdi.

İstixana təsirini artıraraq dünyanın normaldan çox istiləşməsinə səbəb olan qazlardan ən geniş yayılanı CO2-dir. Bu qazlar müasir sənayedə və əkinçilikdə istifadə edilir, qalıq yanacaqların yanmasıyla ortaya çıxır.

Atmosferin konsentrasiyası hər keçən gün artır. Məsələn, atmosferdəki CO2 konsentrasiyası 1800-cü illərdən sonra 30% artdı.


Dünya zəhərləyən qaz...

  • İstiləşmənin sübutu nədir?

Qlobal istiləşmə 19-cu əsrin sonlarında aşkar olundu. 20-ci əsrdə təxminən 0.6 dərəcə artdı. İstiliyin artması ilə buzlaqların əriməsi nəticəsində dənizdə suyun səviyyəsi 10-20 santimetr arasında yüksəldi.

Arktiq dəniz buzları, son bir neçə 10 ilin yaz və payız dövründə təxminən 40% nisbətində əridi. Buna qarşılıq Antarktikanın bəzi hissələri daha da soyudu. Səth istiliyi və troposferdəki istilik arasında bəzi ziddiyyətlər gözə dəyir.


Aysberqlər əriyir...

  • İstilik nə qədər yüksələcək?

İstixana təsiri yaradan qazların təsirinin qarşısı alınmazsa, 2100-ə qədər qlobal istilik 2-6 dərəcə artacaq. İstixana təsiri yaradan qazların qarşısı dərhal alınsa belə, alimlər təsirin uzun müddət daha davam edəcəyini söyləyirlər. Çünki böyük buz və su parçalarını da ehtiva edən iqlim sisteminin normal halaq dönməsi yüzlərlə il ala bilər.

Bəzi alimlər, Qrelandiya buzlaqlarında yaşanan ərimənin dərhal tədbiri alınsa belə geri dönülməz olduğunu düşünürlər. Yüzlərlə il davam edəcək bu əməliyyat, dəniz səviyyəsində yeddi metrlik bir yüksəlməyə səbəb ola bilər.

  • Hava vəziyyəti necə olacaq?

Qlobal mənada daha çox sərt hava hadisələri ortaya çıxacaq. Sahil bölgələrdə yağmur miqdarı artarkən, quru bölgələrdə isti havanın təsiriylə quraqlıq baş verəcək. Artan fırtınalar və dəniz səviyyələri səbəbiylə daha çox sel meydana gələcək. Bununla birlikdə, hava temperaturlarıbölgələrə görə çox böyük fərqli olacaq və bu vəziyyətin nəticələri təxmin edilməyəcək qədər güclüdür.

Havanın təsiri...
  • Təsirləri nələr olacaq?

Şirin su qaynaqlarının azalması, qida istehsalı şərtlərindəki ümumi dəyişikliklər və sellər, fırtınlar, isti dalğalar və quraqlıq səbəbiylə ölümlər yaşanacaq və digər potensial təhlükələr gündəmə gələcək. Bu vəziyyət ən çox, sürətli iqlim dəyişməsinə qarşı hazırlıq edə bilməyən yoxsul ölkələrə təsir edəcək.

Həyat sahələrinin sürətli dəyişməsinə ayaq uydura bilməyən bir çox bitki və heyvan növünün nəsili yox olacaq. Dünya Sağlamlıq Təşkilatının məlumatlarına görə, qızdırma və qeyri-kafi bəslənmə kimi səbəblərdən milyonlarla adam ölümlə üz-üzə gələcək.

  • Qlobal istiləşmə doğrudurmu?

Qlobal istiləşməyə şübhəylə yanaşanlar belə dünyanın gedərək istiləndiyini inkar etmir. Şübhələrinin dayağını, qlobal istiləşmə təsirinin insan fəaliyyətləri səbəbiylə ortaya çıxmış olmasına bağlayırlar.

Bəziləri hal-hazırda şahid olduğumuz dəyişikliklərin fövqəladə olmadığını söyləyir. Buna ən böyük dayaqları isə insan var olmadan əvvəl qlobal iqlim şərtlərində yaşanmış olan dəyişiklikləri nəzərdə tuturlar.

Bəzi alimlər, istiləşməni bir müddətdir günəşdə olan yüksək fəaliyyətlərə bağlayır. Bununla birlikdə, iqlimin təbii dəyişmələrinin ən təpəsində belə bir şeylər olduğu və bunda da insanın günahlandırılmasıdır.


Comments