İqlim dəyişikliyi

İqlim dəyişikliyi


İqlim dəyişir, dünya istilənir. Alimlər quraqlıq, sellər və fövqəladə hava şərtləri mövzusunda davamlı olaraq xəbərdarlıq edirlər. Gedərək artan təsirlərin ən böyük səbəbi isə insandır.

İnsanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına Qlobal İstilik deyilir. Daha ətraflı açıqlamaq lazım olsa dünyanın səthi günəş şüaları tərəfindən isidilir. Dünya bu şüaları təkrar atmosferə əks etdirir amma bəzi şüalar su buxarı, karbondioksid və əmtəən qazının dünyanın üzərində meydana gətirdiyi təbii bir örtü tərəfindən tutulur.

Dünyanın istiliyi nizamlı olaraq artır. Qlobal istiliyi ortalama səthi bu anda 15 dərəcədədir.

İstilik qeydləri 19-çu əsr sonlarında tutulmağa başlandı. Qlobal istiləşmə ortalama olaraq 20-çi əsrdə təxminən 0.6 dərəcə artdı. İstiliyin artmasıyla buzlaqların əriməsi səbəbiylə dəniz səviyyələri də 10-20 santinmetr arasında yüksəldi. Arktiq dəniz buzları, son bir neçə 10 ilin yaz və payız dövründə təxminən yüzdə 40-a çatan nisbətdə incəldi. Buna qarşılıq Antarktikanın bəzi hissələri daha da soyudu. Səth istiliyi və troposferdəki istilik arasında bəzi ziddiyyətlər gözə dəyir.


İstilik nə qədər yüksələcək?
İstixana təsiri yaradan qazların təsirinin qarşısı alınmazsa, 2100-ə qədər ortalama qlobal istilik 1.4-5.8 dərəcə artacaq. Mədəniyyətin ortaya çıxışından bəri qlobal istilik ortalama yalnız 1 dərəcə artdı. İstixana təsiri yaradan qazların qarşısı dərhal alınmazsa belə, alimlər təsirin uzun bir müddət daha davam edəcəyini söyləyir. Çünki böyük buz və su parçalarını da ehtiva edən iqlim sisteminin normala dönməsi yüzlərlə il ala bilər. Bəzi alimlər, Qrelandiya buzlaqlarında yaşanan ərimənin dərhal tədbiri alınsa belə geri dönülməz olduğunu düşünürlər. Yüzlərlə il davam edəcək bu əməliyyat, dəniz səviyyələrində yeddi metrlik bir yüksəlməyə səbəb ola bilər.

Qlobal istiləşmə insanlar üçün daşqınlar, quraqlıq, meşə yanğınları, sunami və epidemiya qədər təhlükə kəsb edən təbiət prosesidir.

İstiləşməyə insan təsirinin nə qədər olduğunu və istiləşmənin zəncirləmə təsirlərinin nələr ola biləcəyini bilmirik. Qlobal istiləşmə, sabit buzlaqların əriməsi ilə istixana təsiri yaradan əmtəən qazının yüksək miqdarda artması kimi, gələcəkdə istiləşməni tətikləyəcək dəyişikliklərə yol aça bilər. Daha isti şərtlər səbəbiylə böyümə sürətləri artan bitkilərin, böyüdükcə atmosferdən daha çox karbon 4 oksid çəkməsi kimi istiləşməni yüngülləşdirici təsirlər edə bilər. Ancaq elm adamları, kompleks tarazlığın, bu müsbət və mənfi təsirlərə necə bir reaksiya verə biləcəyi mövzusunda əmin deyil.

Qlobal istiləşmə günəş radiasiyasının artmasına, ultrabənövşəyi aqressiv şüaların insana mənfi təsirinə, mutasiyalara, dəri xərçənginə səbəb ola bilir. Qlobal istiləşmə torpağın eroziyası  münbit humus qatının itirilməsi prosesini də sürətləndirir. Qlobal istiləşmə nəticəsində 30-40 ildən sonra Azərbaycanın əkinəyararlı torpaqlarının səhralaşmasına səbəb ola bilər.

Qlobal istiləşmə qida sektoruna bilavasitə və dolayı yollarla təsir edir. Yerdəki bütün canlılara, yazın gəlişini-oyanışı xəbər verən əsas siqnallardan biri temperaturun artmasıdır. Qlobal istiləşmə zamanı temperatur mövsümü qabaqladığından bitkilər erkən çiçək açaraq vegetasiyaya başlayır. Kəskin gecə-gündüz temperatur qradiyenti, qar, dolu, çiçəkləri və son nəticədə məhsulu məhv edir. Dolayı təsiri isə torpaqların səhralaşması ilə bağlıdır. Torpağın məhsulu su balansı ilə bağlıdır. O, isə düşən yağıntı ilə buxarlanma arasındakı fərq ilə ölçülür. Temperatur artımı buxarlanmanı artırır. Son nəticədə ərazidə səhralaşma prosesi baş verir, bitki örtüyü və bioloji müxtəliflik azalır, torpağın məhsuldarlığı kəskin aşağı düşür. Bütün bunlar sonda ərzaq qıtlığına, qida çatışmazlığa, kənd təsərrüfatının, ölkə iqtisadiyyatının və aqrar sektorun zəifləməsinə səbəb olur.

Qlobal istiləşmənin qarşısının alınması üçün iki çox vacib addım atılmalıdır. Birincisi vacib addım kütləvi yaşıllaşdırma işlərinin aparılması, meşə sahələrinin artırılması və mühafizəsindən ibarətdir. İkinci vacib addım müəssisələrin, xüsusilə sənaye müəssisələrinin ekoloji standartlara ISO standartlarına keçməsidir.

Qlobal istiləşmənin qarşısının alınması ücün nələr etmək lazımdır?

Bunlara əlavə olaraq bir neçə maddə daha əlavə etdik. Xahiş olunur  yalnız oxumaqla qalmayaq. Tətbiqimiz lazım olduğunun fərqinə varaq.

  1. Yenilənə bilər enerji qaynaqları istifadə edilməli

  2. Qənaətli lampalar istifadə edilməli

  3. Küçə dirəklərinin lampaları, qənaətli lampalarla dəyişdirilməli

  4. İstehsalda ibarət olan yaranan artıq enerji itkisini azaltmaq üçün, keyfiyyətli geyimlər alınmalı, uzun müddət geyilməli

  5. Enerji qənaəti təmin edən binalar tikilməli, bu binalarda yaşamalı

  6. Karbon artımının azaldılması üçün lazımlı işlər görülməli. Xüsusilə fabriklərin, təbiətə saldığı karbon miqdarı azaldılmalı

  7. Kondisioner istifadəsi azaldılmalı, ev və işyerindəki havanın yenilənməsi üçün pəncərələr açılmalı

  8. Yenilənə bilər enerji qaynaqlarının istifadəsinin artması üçün bu cür meydana gəlmələrə dəstək verilməli

  9. Yanacaq sərfi aşağı olan vasitələr alınmalı

  10. Bağça əkinçiliyi dəstəklənilməli, məhsullar bu istehsalçılardan alınmalı

  11. Yolçu təyyarələrinin karbon püskürtdüyü göz önünə alınaraq, hava sahənliklərində tənzimləməyə gedilməli, ən qısa yoldan çatış nöqtəsinə getmələri təmin edilməli

  12. Tez-tez səyahət etmək məcburiyyətində olanlar ilə uzun məsafəli təyyarə səfəri edənlər, bunlara qarşılıq ağac əkməlidir. Heç olmasa çirklədikləri dünyaya az da olsa faydaları olar. Səyahətləri iş gərəyi edənlər üçün də işə götürənlər dövrəyə girməli. Səbəb olduqları çirkliliyə qarşılıq, dünyanı gözəlləşdirmək üçün də məşğul olmalıdır

  13. İşlə çalışılmayan zamanlarda kompüterlər bağlanmalıdır. Hazır gözləmədəki və ekran qoruyucusu aktiv kompüterlər də enerji xərcləməsinə səbəb olar

  14. Uzun müddət istifadə edilməyəcək bütün elektrikli əşyalar ştepseldən çıxarılmalıdır. Məsələn, tətilə gedərkən soyuducundakı yeməklər çıxarılaraq, çeki ştepseldən çəkilə bilər.

  15. Kağızların geri çevrilməsi maksimum ölçüdə təmin edilməli

  16. Enerji qənaəti təmin edən ev alətləri istifadə edilməli

İqlim dəyişikliyi bəşəriyyətə nə vəd edir?

Son günlər dünyanın müxtəlif regionlarına dair hava proqnozu barədə verilən məlumatlarla tanış olduqda təəccüblənməyə bilmirsən. Dünya istiləşməkdən daha çox soyuyur. Londondan tutmuş Pekinədək hamı qalın qar kütləsilə mübarizə aparır. Sanki dünyada qlobal istiləşmə yox, qlobal buzlaşma prosesi gedir. Əslində bu iki proses biri digərinin nəticəsidir və qarşısı alınmazsa, planetimiz tarixində bəşəriyyət üçün təhlükəli olan mərhələsinə qədəm qoyacaq.

Bu gün artıq çox az adam qlobal istiləşmə faktına inanmır. Çünki elmi dairələr ictimaiyyəti məlumatlandırırlar ki, atmosferdə parnik qazlarının səviyyəsi fasiləsiz artır. Arktikada buzlar sürətlə əriyir. Yer kürəsindəsə havanın temperaturu dayanmadan artır və onun əsrin sonunadək minimum 2 dərəcə artacağı bildirilir. Bununla belə, elmdən uzaq dairələrdə məsələylə bağlı daha çox əfsanə və miflər dövr edir. Hər şeyin öz yoluna düşəcəyinə inananlar iddia edirlər ki, istiləşmə iqlim sistemindəki dəyişikliklərin bir hissəsidir. Ona görə ki, istiləşmə və soyuq iqlim şəraiti əvvəl də bir-birilərini əvəz edib. Faciənin baş verəcəyinə inananlarsa, əksinə, ehtiyat edirlər ki, qlobal istiləşmə hamımızın yeni buz dövrünə atacaq. Bəs, kim haqlıdır? Doğrudanmı bizi qlobal buzlaşma gözləyir, yoxsa deyilənlər, sadəcə, ehtimaldır?

Dünyada buzlaşma üçün şərait həmişə olub. Bununla bağlı ilk dəfə ötən əsrin 30-cu illərində astronom və fizik Milyutin Milankoviç məlumat verib. Alimin fikrincə, buzlaşmaya səbəb yaradan faktorlardan biri Yer kürəsinin oxunun çevrədən ellipsə doğru və geriyə dəyişməsidir. Bundan başqa, planetin oxunun əyilmə bucağı da dəyişir və bu azmış kimi, əyilmə bucağı həm də fırlanır. Buna görə də, qütblər Günəşdən qeyri-bərabər istilik alır. Bu dövri dəyişikliklər mütəmadi olaraq baş verir, yəni Yer kürəsini təkcə Günəş deyil, digər kosmik cismləri də cəlb edir. Şimal və Cənub qütblərinin bu dəyişikliklərə reaksiya verdiyi də məlumdur. Ekvatordasa, əksinə, istilik dəyişikliyi daha az hiss olunur, çünki o Günəş tərəfindən bərabər ölçüdə daimi işıqlandırılır. Amma buna baxmayaraq, hazırki buzlaşma yalnız müəyyən anlarda baş verir və Yer kürəsinin tarixində qısa dövrü əhatə edir.

Bununla belə, təqribən 1,8 milyon il öncə Yer kürəsi aşkar və sərt iqlim dəyişiklik tsiklinə daxil olub: istilik fazaları buzlaşma dövrlərilə əvəz edilib. Bəs, niyə belə olub? Amerikalı alim V.Brokerin sözlərinə görə, qütblərdə planet oxunun dəyişməsi üzündən baş verən iqlim dəyişikliklərini gücləndirən faktorlar var və 1,8 milyon il əvvəl məhz bu faktorlar işə düşüb. Həmin vaxt Atlantik və Sakit okeanı birləşdirən Panama boğazı yox olub. Buna qədər Atlantik okeanından su maneəsiz olaraq Sakit okeana tökülüb, Qolfstrim cərəyan sisteminin də formalaşması bu ana təsadüf edir. Məhz bu hadisə planetdə iqlimin istidən soyuğa dəyişməsinə məcbur edib, daha dəqiq desək, iqlimin birindən digərinə dəyişməsinə Qolfstrim sisteminin formalaşması səbəb olub.

Qeyd etmək yerinə düşərdi ki, Qolfstrim cərəyanı tropik və subtropik enliklərdə «Qolfstrim», şimal enlikdə Şimal-Atlantik, qütb enliklərindəsə Norveç cərəyanı adlanır. Məhz qütb enliklərində, obrazlı desək, isti üst suların şimala doğru hərəkət etməsinə şərait yaradan müasir okean dövriyyəsinin mühərriki yerləşir. Bu isti cərəyan suları həddən artıq duzludur və Norveç-Qrenlandiya hövzəsində güclü şəkildə soyuyan zaman onun sıxlığı əhatəsindəki suyun sıxlığından artıq olur. Ağırlıq qüvvəsi sayəsində cərəyan suları dərinliyə enərək cənub istiqamətli dərin sualtı cərəyan formalaşdırır. Bu cərəyan Antarktidanın sahillərinə doğru hərəkət edir, sonrasa şaxələnir. Bir qolu Hind okeanına, digərisə Sakit okeana istiqamətlənir. Lakin hər iki qol sonda yuxarı qalxaraq Karib dənizinə və Meksika körfəzinə qayıdır. Qolfstrim cərəyanı da başlanğıcını buradan götürür. Dairə beləcə qapanır. Buzlaşmaarası dövrdə Dünya okeanında suyun dövriyyəsi də məhz belə baş verir.

Qeyd etmək lazımdır ki, Qərbi Avropanın istilik büdcəsinin 30 faizini Qolfstrim cərəyanı təmin edir. Məhz bu cərəyan sayəsində Avropada qış isti və mülayim keçir. Müqayisə edin: Norveç sahilində yanvar ayında orta aylıq temperatur 0-5 dərəcə olduğu halda, Çukotkada -30-35 dərəcə təşkil edir. Hər iki ərazi eyni enlikdə yerləşməsinə baxmayaraq fərq böyükdur.

Bəs, buz dövrü nədir?

Qütblər az həcmdə Günəş enerjisi aldığı zaman soyumağa başlayır. İsti su istənilən səviyyədə şimali doğru hərəkət edə bilmir, ona görə ki, cənub tərəfdə soyumağa başlayır. Doğrudur, okeanın konveyeri «işləyir», ancaq zəifləmiş rejimdə «çalışır» və orta enliklərdə temperatur 8-10 dərəcə aşağı düşür ki, bu da buz dövrünün üçün şərait yaradır. Yay mövsümü o dərəcədə soyuq olur ki, yuxarı şimal enliklərində başlanması qar yayda tam ərimir və növbəti qışa qalır. Bu da buzlaqların böyüməsinə səbəb olur. Qeyd etmək zəruridir ki, məhz Şimal yarımkürəsi buz dövrünün başlanmasına «cavabdehdir», ona görə ki, Antarktidada buzlaq daima mövcuddur. Antarktidada buz qatının həcmi böyükdür, kontinentin orta hissəsində buz qatının qalınlığı təqribən 4 min metr təşkil edir. Bu buz qatı buzlaşmalarası dövrdə ərimir, lakin buzlaşma dövrlərində həcmcə də böyümür. Məsələ ondadır ki, buz qatı okeanla əhatə olunub, okeanın suyu da buzlaşmır, çünki okeanın həcmi çox böyükdür və su daim yerini dəyişir. Yəni cənub qütbündə buzlaşmalarası dövrdə ərazidə xarici görkəmcə çox az şey dəyişir. Amma Şimal qütbünün ətrafındakı bütün materiklərdə-Şimali Amerikada, Kanada, Polşada, Almaniyada, Baltikyanı ölkələrdə və Asiyada, o cümlədən Rusiya Federasiyasında quru ərazilər güclü buz qatlarına bürünür. Ümumi temperaturun aşağı düşməsi və geniş buz örtüklərinin yaranması planetin mənzərəsini dəyişir. Kontinentlərdə bütki örtüyü dəyişir: enliyarpaqlı meşələr yerini tundra meşələrinə verir. Amma planetin daha çox qütb və qütblərarası əraziləri dəyişikliklərə məruz qalır.

Nə qədər kədərli olsa da, buz dövrləri təxminən 100 min il sürür, yəni 10 min davam edən buzlaşmalararası dövrlərdən daha uzun çəkir. Planetimizin iqlim sisteminin xüsusiyyəti belədir. İndi yaşadığımız buzlaşmalararası dövr artıq 10 min ildir davam edir. Vurğulamaq lazımdır ki, insan sivilizasiyası məhz bu son 10 min il ərzində inkişaf edib. Bəs, bəşəriyyəti qarşıda nə gözləyir?

Bu gün atmosfer sürətlə isinir və bu da buz qatının əriməsinə səbəb olur. Hazırda planetdə iki böyük buzlaq var. Biri qalınlığı 2 kilometrə çatan Qrenlandiyada, digərisə qalınlığı 4 kilometrə çatan Antarktidada yerləşən buzlaqdır. Bundan başqa, Şimal Buzlu okeanda və yüksək dağ buzları da var. Qısası, dünyada əriyəsi çox buz mövcuddur. Buzların əriməsi Dünya okeanının səviyyəsini artırır. Dəniz səviyyəsindən aşağı ərazilərdə yaşayan insanların sayı az deyil və okean sularının səviyyəsinin artması yaşayış üçün böyük təhlükə törədir.

Amma bu da son təhlükə deyil. Buzlaqların üst qatının azalması albedonun səviyyəsini aşağı salır. Albedo-Yer kürəsi səthinin Günəş şüalarını əks etdirmək qabiliyyətidir. Yerin səthi nə qədər parlaq olarsa, Günəş şüalarını bir o qədər əks etdirəcək və nəticədə yer səthi daha az isinəcək. Buzlar Günəş enerjisinin təqribən 80-90 faizini, okeansa cəmi 5 faizini əks etdirir. Artıq qalan 5 faiz udulur və istiləşməyə sərf olunur. Yəni qlobal istiləşmə prosesi daha da sürətlənir.

Bundan başqa, Yer kürəsinin böyük əraziləri əbədi buzlaşmalarla örtülüdür. Yalnız Afrika və Avstriya istisna təşkil edir. Rusiya ərazisinin 65 faizi əbədi buzlaqlardan ibarətdir. Problem ondadır ki, əbədi buzlaqlar karbon qazının və metanın güclü potensial mənbəyidir. Hesablamalara görə, buzlarda cəmləşən karbon qazı hazırda atmosferdə mövcud olan karbon qazından iki dəfə çoxdur. Atmosferin isinməsi də əbədi buzlaqların əriməsini sürətləndirir və bu da karbon qazının və metanın azad olmasına şərait yaradır. Son nəticədə «istixana effekti» güclənir.

Beləliklə, aydın olur ki, qlobal istiləşmə tempi perspektivdə sürətlənəcək. Bəşəriyyətin bu prosesi qlobal fəlakətə çevrilməsi üçün təqribən 100 il vaxtı var. Əks təqdirdə, Arktikada və Qrenlandiyada əriyən iri buzlaq suyu Norveç-Qrenlandiya hövzəsində dəniz suyunun səthini şirinləşdirə və yeni qlobal buzlaşma dövrünün başlanmasına səbəb olmaqla müasir okean dövriyyəsini poza bilər. Doğrudur, son hesablamalar göstərir ki, belə bir ssenarinin gerçəkləşməsi üçün həddən artıq ərimiş buz suyu lazımdır. Amma istənilən halda qlobal istiləşmənin qarşısı alınmasıdır. Yoxsa hadisələrin inkişafı yerüstü canlıların xeyrinə cərəyan etməyəcək.

Resurslar:

http://deyerler.org/48344-dqlim-djyieikliyi-ilj-badld-plan-hazdrlandb.html

http://www.azecology.az/news/intheworld/582-304qlim-d601yi351ikliyi-insan.html

http://qlobalistilesme.110mb.com/idn.html.

http://climate.didev.org/

http://www.nida.az/component/content/article/22-yail-hr/186-qlim-dyiikliyi-briyyt-n-vd-edir

Comments